20 sen 13:04aktual

3 manatlıq bilet 8, 5 manatlıq bilet 10 manata...


“İ-Ticket” “qara bazar”ın işbazları üçün şərait yaradır
Yığma və klub səviyyəsindəki təmsilçilərimizin beynəlxalq oyunlar zamanı adlı-sanlı rəqiblərlə qarşılaşmasına azarkeşlərdən çox işbazlar sevinir. Futbolsevər sevinc hissi ilə yanaşı, azarkeşlik etdiyi komandanın məğlub olmaq ehtimalını da göz önünə alıb ikili hisslər keçirirsə, işbazları öz məqsədi maraqlandırır: pul qazanmaq!
İllərdi bu mövzuda yazırıq, zaman-zaman ortaya faktlar qoymuşuq, di gəl ki, dərdə dərman tapılmır. Söhbət “qara bazar”dakı işbazların əməllərindən gedir. Srağagün, yəni “Qarabağ” – “Sevilya” qarşılaşmasından əvvəl rayonda yaşayan yaxın tanışın xahişi ilə Respublika stadionunun kassasına yaxınlaşmışdım. 3, uzağı 5 manatlıq bilet almaqda maraqlıydım. Pəncərəyə yaxınlaşan kimi satıcıdan kassada yalnız 15 və 20 manatlıq biletlərin qaldığını öyrəndim. Məyus halda ərazini tərk edirdim ki, bir nəfər yaxınlaşdı: “qaqa, bilet lazımdı”?
- Aha, bilet istəyirəm.
- Məndə var.
- Neçə manatlıq?
- 10 manata.
- Baxım.
- Baxım deyəndə ki, 5 manatlıq biletdi, 10-a satıram.
- 3 manatlıq var?
- Bəli, varımdı.
- Onu neçəyə satırsan?
- 8 manata.
- Bahadı.
- Neçə dənə lazımdı?
- 2 dənə.
- 15 manat ver, ikisini götür.
Başımı yelləyib uzaqlaşıram. Bu an növbəti “qardaş” yaxınlaşır. Eyni mövzu, eyni sual və eyni qiymətlər. Sadəcə, bu şəxs 3 manatlıq bileti 3-dən çox alacağım halda birini 6 manatdan satacağını təklif edir. Təbii ki, razılaşmıram.
Əlbəttə, cibimdə polis orqanlarına məxsus vəsiqə olmadığından ciddi tədbir görmək istəyim ürəyimdə qalır. Əlacım olsaydı, hər ikisini maşına oturdub, “uf” demədən bölməyə aparar, qanun çərçivəsində canlarını alardım. Lakin cibimdəki jurnalist vəsiqəsiydi deyə, gücüm yalnız yazmağa çatır.
İşbazların bu əməllərini həyata keçirmək prosesi olduqca sadədi. Deməli, kassalardan bilet almaq üçün heç bir rəsmi sənəd tələb olunmur. Və hər adam maksimum 5 bilet almaqda azaddı. Odu ki, biletlər satışa çıxarılan gün alverçilər özləri ilə 5-10 nəfər götürüb düşürlər kassaların canına. Nəticədə xeyli sayda bilet əldə edirlər ki, əsl futbol azarkeşləri 3-5 manatlıq biletlərə həsrət qalır. Oyuna 2 gün qalmışdan etibarən isə biletləri 2-3 qat bahasına mənim kimi ucuz bilet axtaranlara təklif edirlər. Oyunun başlamasına dəqiqələr qalmış qiymətlər kəllə-çarxa qalxır. Əminəm ki, 3 manatlıq bileti azı 10 manata təklif edəcəklər. Üstəlik, stadiona daxil olmaq istəyən kim(lər)sə daha artığını ödəmək istəyib, əlini cibinə salacaq.
Bütün idman növlərində və bütün turnirlərdə müşahidə olunan “qara bazar”ın qarşısını almaq təkcə Azərbaycan polisi üçün yox, dünyadakı bütün güc strukturları üçün mümkünsüzə çevrilib. Hətta dünya çempionatı, Olimpiada kimi mötəbər turnirlərdə işbazlar əməllərini asanlıqla həyata keçirirlər. Sadəcə, burda sual doğuran məqam “Qarabağ”ın bu işin qarşılığında hansı tədbirlər görməsidi. Ən azı kassalara mülki geyimli ”cəsuslar” göndərmək olar, ya da biletlərin bir ələ ikidən artıq satılmamasını təmin etmək. Beyni qurdalamaqla başqa çıxış yolları tapmaq da mümkündü.
Bu səbəbdən “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovu aradıq ki, mövzuya şərh versin, işbazların əməllərinə münasibət bildirsin: “Dediklərinizdən xəbərdarıq. Bununla bağlı dəfələrlə bizə müraciət olub. Lakin artıq üç ildi bilet satışına klub nəzarət etmir. 2017-ci ildən bu yana bu iş “İ-Ticket”ə həvalə olunub. Çünki azarkeşlərin onlayn satışın olmaması və biletlərin yalnız bir nöqtədə satılması ilə bağlı ciddi narazılığı vardı. Biz də azarkeşlərin marağını nəzərə alıb “İ-Ticket”lə anlaşdıq. Ona görə də bu mövzuda suallarınızı adı çəkilən şirkətə ünvanlamağınızı xahiş edirik. Çünki bilet satışına cavabdehlik daşıyan onlardı”.
Növbəti sayımızda yenidən bu mövzuya qayıdacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar