20 sen 12:25aktual

Naib Abdulladan AFFA-ya sərt ittihamlar


“Elxan Məmmədova bu haqqı kim verib ki, 20 minlik həkim ordusunun adına “bizdə həkim yoxdu” kimi ifadəni yamayır-yapışdırır?”
Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar İttifaqı assosiasiya tərəfindən tanınmasa da, yeni təsis olunan qurumun İcraiyyə Komitəsində (İK) təmsil olunan şəxslər sona qədər mübarizə aparacaqlarını bildirirlər. İK-da yer alanlardan, ittifaqın yaradılmasında irəlidə gedənlərdən biri də Naib Abdulladı. Bu dəfə onunla söhbətləşməyi lazım bildik. Naib bəylə müsahibədə həm ölkə futbolunda tibbi personalın durumundan, həm də yaratdıqları ittifaqdan danışdıq.
- Naib bəy, uzun illər həkim kimi futbol sahəsində çalışsaz da, futbolsevələr sizi yaxından tanımır. Əvvəlcə özünüz barədə məlumat verməyinizi istərdik.
- 1981-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsini bitirmişəm. 1981-dən1985-ci ilədək Naxçıvan Muxtar Respublikasında Qanköçürmə stansiyasında şöbə müdürü kimi çalışmışam. 1985-dən 1990-cı ilə kimi Muxtar Respublikanın Müalicə İdman Dispanserinin baş həkimi, sonrakı 5 ildə Qanköçürmə Stansiyasının baş həkimi, 1995-dən 1999-cu ilədək Bakı şəhər 1 saylı klinikanın (keçmiş Semaşko) Qanköçürmə şöbəsinin müdiri, eyni zamanda 2 saylı Tibb Texnikomunun müəllimi, Bakı şəhərinin baş transfizioloqu olmuşam. 2003-dən 2005-ə kimi isə “Nefçi”nin həkimi təyin olunmuşam. Bu illərdə “Neftçi” çempion və 2003/04 mövsümündə ölkə kubokunun qalibi olmuşdu. Ölkənin ən köklü klubundan ayrıldıqdan sonra qısa müddət “Ankaragücü” klubuna dəvət olundum. Ancaq ailə vəziyyəti imkan vermədiyinə görə orda fəaliyyətimi davam etdirə bilmədim. Belədə vətənə dönəndə “Bakı” rəhbərliyindən iş təklifi aldım. 2005/06 “futbol ili”ndə bu klubla da çempionluğu bayram etmişəm. 2007-09-cu illər aralığında “Qarabağ”ın düşərgəsində çalışdım. 2009-da Azərbaycan Respublikası İdman Tibb Mərkəzinə (Dispanserinə) direktor təyin edilmişəm. 2012-dən 2017-ci ilin dekabıına kimi Azərbaycanın U-15, U-16, U-17, U-19 yığmalarının həkimi olmuşam. Müqavilə müddətim 2018-ci ilin martında tamamlansa da, Qurban Qurbanovun milliyə gəlişi ilə heç bir sorğu-sual olunmadan, heç bir təzminat ödənilmədən düşərgədən uzaqlaşdırılmışam.
- Qurban bəyin gəlişi ilə yığmadan uzaqlaşdırldığınızı bildirdiz. Sorğu-sual olmasa da, özünüz bunun səbəbini öyrənməyə cəhd etdiz?
- Əlbəttə, öyrənməyə çalışdım. Bilirsiz, AFFA sistemində işə girən və çıxarılan adamların çavab ala biləcəyi bir adam var. O da AFFA-nın baş katibi Elxan Məmmədovdu. Mən onun qəbulunda olub, işdən uzaqlaşdırılmağımın səbəbini öyrənməyə çalışdım. Mənə növbəti həftədə görüşəcəyini bildirdi. O vaxtdan bu günə kimi iki il keçib. Hələ də növbəti həftəni gözləyirəm. Mənə nümayəndəsi vastəsi ilə xəbər göndərdi. Nümayəndəsinin dediyinə görə, AFFA-nın Tibb Departamentinin rəhbəri, ukraynalı Slavik Xamenkonu qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri yanına çağırıb. Ondan "guya" Naib Abdullaya qarşı niyə belə ədalətsizlik etmisiz, heç olmasa, işdən çıxarırdızsa, çağırıb xəbərdar edərdiz” deyə "tənbehedici" formada soruşub. Xamenko isə “mən burda kiməm” deyərək, “qərarları Rəşadla Qurban verir. Naib Abdullanın işdən çıxarılması onların fikridi, mən isə onların dediyini etmişəm” cavabını verib.
- Həkim, uzun illər müxtəlif yaş qrupu üzrə yığmalarda çalışmısız. Yığma komandalarda tibbi təchizatın vəziyyəti necədi?
- Əvvəlcə kiçik bir xatırlatma edim, sonra sizin sualı cavablayım. Tibbi təchizat deyəndə nəzərə alınmalıdı: 1. Tibbi aparatlar. 2. Dərman və sarğı materialları ilə təchizat. 3. Vitaminləşdirmə. 4. Qidalanma. 5. Yığmaya çağrılan futbolçuların sağlıq durumundakı hazırkı vəziyyət. 6. Profilaktik olaraq futbolçuların ildə 2 dəfə məcburi tibbi müayinədən keçirilməsi və lazım olan tədbirlərin görülməsi. Təssüflər olsun ki, sadaladıqlarım sıfır şkalasından bir qədər yüksək olar. Mən Avropa klublarında işləməmişəm. O zaman çalışdığım “Ankaragücü” ilə bir müqayisə aparım. 2009-cu ildə çalışdığım “Qarabağ” əsas komandanın futbolçularına bir ilə dərman və sarğı marerialları üçün 11-12 min manat vəsait ayırırdı. Türkiyə klubunda isə bir futbolçuya bir mövsümə 3 min, 3500 dollarlıq müalicə xərcləri nəzərdə tutulurdu. İndi müqayisəni özünüz edin. 6 ildən bir qədər də artıq müddətdə baş katib tibbi heyətlə yalnız 1 dəfə, o da Xomenkonu bizə baş həkim kimi sırıyanda 2-3 dəqiqəlik görüşüb. Yalnız qapıdan çıxarkən ona “Elxan müəllim, U-21-in və əsas millinin üzvlərinin səhhəti üçün həm klub, həm də özlərinin aldığı məvacib imkan verir ki, ildə iki dəfə müayinə olunsunlar. Bəs 21 yaşadək futbolçuların səhhəti ilə kim maraqlanacaq , kim bu müayiəni təşkil edəcək” sualını ünvanladım. “Xomenko gəlib, suallarınızı ona verin, hər şey düzələcək” cavabını verdi.
- Xomenkonun bizə sırındığını bildirdiz. Belə çıxır ki, ukraynalı həkimin fəaliyyətindən narazısız. Bizdə bu sahəni bilən yoxdu ki, kənardan mütəxəssis dəvət olunur?
- Əvvəlki sualınızın davamını tamamlayım, sonra bu sualınıza aydınlıq gətirərəm. Ən adi, hamınızın bildiyi bir məsələni deyim. Əksər vitaminlər 1-2 ay müddətinə verilir. Milli isə ən çoxu ikihəftəlik yığışır. Alınan vitaminləri komanda üzvlərinə doza ilə verəndə qaydayla bir-iki ay verəcəyin vitamini 4-5 gün verib sonra olmadığına görə dayandırırsan. Bu kimə və nəyə lazımdı? Nədənsə alınan dərman və sarğı materiallarının bizə verilən qiyməti satış qiymətindən qat-qat baha başa gəlir. İkincisi, 6 ildən bir qədər artıq millidə işlədim. Orda çalışdığım müddətdə yalnız şəxsimə aid olan tibbi aparatları hətta baqaja vermədən hara getdiksə, özümlə daşıdım. Azərbaycanda istər yerli, istərsə də legioner futbolçuların fərdi tibbi kartları yoxdu. Kim harda, necə gəldi "guya" tibbi müayinədən keçir. Nəticədə ölkəyə daxil olan əcnədi futbolçuların, həmçinin müxtəlif səfərlərə gedən yerli oyunçuların hansı təhlükəli xəstəliyin daşıyıcısı olub-olmaması müəmma olaraq qalır. Bu haqda çox fikir mübadiləsi aparmaq olar.
- Həkim, ümumiyyətlə, bu gün klublarda tibbi personalın səviyyəsi necədi? Nəyə görə əksər aparıcı klublarda həkimlər ölkə xaricindən dəvət olunur?
- Əvvəla deyim ki, istər AFFA, istərsə də klub rəhbərlərinin ölkə xaricindən həkim dəvət etməsi xüsusi istedad və bacarığın olmasına görə deyil. Bu daha çox korporativ maraqlara xidmət məsələsidi. Məsələn, mən AFFA-dan 2 il 7 ayda 182 manat pul almışam. İndi Elxan Məmmədova sual verin, görək Xomenko AFFA-dan nə qədər aylıq əməkhaqqı alır? Yaxud Berti Foqtsun dövründə ildə iki-üç dəfə Azərbaycana gələn alman həkimə aylıq nə qədər maaş verilirdi? Mənim bu məsələdəki prinsipal mövqeyim də məhz bundan ibarətdi ki, Məmmədova bu haqqı kim verib ki, 20 minlik həkim ordusunun adına “bizdə həkim yoxdu” kimi ifadəni yamayır-yapışdırır? Biz Moldova kimi ölkə ilə də müqayisə oluna bilmirik. Neçə ildi ki, “Nefçi”də moldavan həkim çalışır. Ondan əvvəl isə “Xəzər Lənkəran”da idi. Bunu irqçilik kimi yox, milli təəssüb hissi kimi qəbul etməyinizi istərdim.
- Sözlərinizdən belə başa düşmək olar ki, əcnəbi həkimlərin Azərbaycana dəvət oluhnmasının arxasında "çirkli pulların yuyulması", şişirdilmiş qiymət siyasəti durur...
- Bu məsələnin səbəbini legioner həkimləri ölkəyə dəvət edənlər bilir, mən yox. Yaxşı olar ki, sualın cavabını onlara himayədarlıq edib ölkəyə dəvət edənlərdən soruşun. Mən faktı deyirəm, araşdırma aparmaq sizin işinizdi.
- Son günlər mediada ən çox müzakirə olunan məsələlərdən biri sizin də İcraiyyə Komitəsində təmsil olunduğunuz və Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar İttifaqıdı. Təsis konfransından sonra assosiasiya bəyanat yayaraq qurumun onlara heç bir aidiyyatının olmadığını bildirdi. Halbuki təxminən iki ay öncə baş katiblə görüşmüşdüz və Elxan Məmmədov təşəbbüsünüzü xoş qarşılamış, sizə dəstək olacağını bildirmişdi. Sizcə, qısa vaxtda baş katibin təşkilata fərqli münasibəti nədən qaynaqlanır?
- Mən Məmmədovla görüşümüzün ayrı-ayrı detallarına tam bir yazı və yaxud bir veriliş həsr edəcəm. AFFA-nın bəyanatına gəlincə, orda deyilir ki, Həmkarlar İttifaqı təsis edən adamlar AFFA ilə nə keçmişdə, nə də indi heç bir əməkdaşlıq etməyiblər. Onda sual olunur: Boris Xetaqurov, Asəf Namazov, Orucəli Durmuşov hansı kolxozdan təqaüdə çıxıblar, yaxud Nazim Süleymanov, Babək Alxasov, Əfqan Talıbov, Nadir Şükürov, Naib Abdulla, Novruz Əzimov, Samir Ələkbərov hansı ölkənin AFFA-sında çalışıblar? Hərdən deyirlər ki, bəlkə işçi müqaviləsi ilə çalışmısız? Deyək ki, hətta işçi müqaviləsi ilə işləmişik. Bu bizim vətəndaş kimi konstitusion hüquqlarımızı məhdudlaşdırmır axı. Bunun mənim Həmkarlar İttifaqı yaratmağıma nə dəxli var? Mən və adını çəkdiyim, çəkmədiyim bir çox insanlar AFFA-dan əməkhaqqı alıb, vergi verib, sosial müdafiə fonduna pul ödəyib. Bunu necə danmaq, yaxud əsas gətirmək olar? Bəlkə başqa dəlil desəydilər, yeri olardı. Bu cür münasibət, AFFA-nın yeni yaranmış təşkilata allergik reaksiyası "qəbul edə bilmərəm" eqosunun emosional təzahür formasıdı. Çünki bu təşkilat AFFA-nın istək və arzularına uyğun yaradılmayıb.
- Bundan sonra nə etmək fikrindəsiz? İdeyanızı inkişaf etdirmək yönündə fəaliyyətinizi davam etdirəcəksiz, yoxsa məlum bəyanatdan sonra AFFA-nın indiki rəhbərliyi ilə mübarizə aparmağın mənasız olduğunu düşünürsüz?
- Biz bu təşkilatı yaradarkən düşünməmişik ki, AFFA bizi qəbul edəcək, ya etməyəcək. AFFA rəhbərliyini görəcəyimiz iş barədə xəbərdar etmək bizim borcumuz idi. Məmmədovun təklifi ilə onunla görüşmüşük. Deməli, biz küçədən keçən təsadüfi adamlar deyilik ki, baş katib öz təşəbbüsü ilə bizimlə görüşmək arzusunu bildirib. Təsis konfransımıza mətbuat xidmətindən Etibar bəyi göndəriblər. AFFA-nın adını hər cür küləkdən, yağışdan, korroziyadan göz bəbəyi kimi qorumaq istəyən AFFA rəhbərliyinə demək istəyirəm: bizim haqlı mübarizəmizə heç kim və heç nə mane ola bilməz. Hətta müvafiq qurumlardan qeydiyyatdan keçməsək belə. Çünki biz konstitusiya ilə təsbit olunmuş haqq və hüquqlarımızın müdafiəsi uğrunda sonadək mübarizə aparacağıq. AFFA-nın adını biabır edən rəhbərlik və onun törəmə qurumları olan PFL, RFF, Hakimlər Komitəsi, Tibb Departamenti, Məşqçilər Komitəsi, Futbol Veteranları İttifaqı, futbol məktəblərinin rəhbərləri, Uşaq Futbolu Departamenti və sair qurumlar futbol adına Azərbaycan insanına yaşatdığı acılara görə bir qədər abrına kor olub, istefa mədəniyyətinə riayət edib Lixtenşteyn - Azərbaycan oyunundan sonra istefa verməli idi. Bu daha yerində atılmış addım və doğru qərar olardı. Müstəqillik dönəmindən üzü bəri 27 ildi ki, futbol adına eyni simalar eyni planlama ilə Azərbaycan insanına xəcalət hissi yaşadır. İnanıram ki, bir gün gələcək, bu yaramazlığı edənlər futbol azarkeşləri qarşısında cavab verəcəklər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:41 Nazarov Rəşad Sadıqovun rekorduna göz dikib? Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub Bütün xəbərlər
Ən çox oxunanlar