13 sen 13:05aktual

Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu


“Azərbaycan futbolunda haqq və hüquqları müdafiə edən bir təşkilat olmalıdı ki...”
Ötən saylarımızda veteran futbolçu Nazim Süleymanovun Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı adlı təşkilat yaratdığını, qurumun üzvlərinin geridə qalan müddətdə bir çox bölgələrə səfər etdiyini, veteran futbolçularla görüşdüyünü xəbər vermişdik. Dünən isə Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təsis konfransı keçirildi. Tədbirə futbol ictimaiyyətinin tanınmış nümayəndələri ilə yanaşı, müxtəlif bölgələrədən veteranlar dəvət olunmuşdu. Saat 14.00-da başlayan konfransın ilk yarımsaatı media nümayəndələri üçün qapalı oldu. Həmin müddətdə konfrans iştirakçıları gündəlikdə duran məsələrləri müzakirə etməklə yanaşı, səsvermə yolu ilə İcraiyyə Komitəsinin üzvlərini seçiblər. Sonradan əldə etdiyimiz məlumata görə, təklif olunub ki, səsvermənin forması müəyyən edilsin. Müzakirələrdən sonra səsvermənin açıq formada keçirilməsinə qərar verilib. Təklif səsə qoyularaq qəbul olunub. Toplantıda çıxış edən Orucəli Durmuşov, Naib Abdulla bildiriblər ki, təşkilatın yaradılması ayrı-ayrı problemlərin həllində böyük rol oynayacaq. Və təklif olunub ki, komitə 11 nəfərdən ibarət olsun. Namizədlər iclas iştirakçıları tərəfindən irəli sürülüb. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov İcraiyyə Komitəsinin üzvü seçiliblər. Qapalı iclasda iştirak edən mənbəmiz onu da bildirdi ki, təşkilata kimin sədrlik edəcəyi məsələsi də səsverməyə çıxarılıb və ilkin olaraq Əfqan Talıbov sədr seçilib. Lakin İcraiyyə Komitəsinin üzvü Naib Abdulla konfrans iştirakçılarına müraciət edərək, “təşkilata ictimaiyyət arasında daha çox nüfuzu olan, tanınmış şəxs rəhbərlik etməlidi” deyərək Nazim bəyin namizədliyini irəli sürüb. Bundan sonra təşkilatın adı müzakirəyə çıxarılıb. Əfqan Həmzəyev və Nail Abdulla ölkə başçısının Həmkarlar Komitəsi ilə bağlı qərarından sitatlar gətirərək, ad dəyişikliyinin zərurətindən söz açıblar və bildiriblər ki, qanuna əsasən Həmkarlar İttifaqı hansısa qurumun tərkibində fəaliyyət göstərməlidi. Bu üzdən qərara alınıb ki, bundan sonra təşkilat AFFA-nın Həmkarlar İttifaqı adı altında fəaliyyət göstərsin. Jurnalistlərin konfrans salonuna girişinə icazə veriləndə artıq yeni sədrin seçilməsi yenidən səsverməyə çıxarıldı. Konfrans iştirakçıları bu dəfə media nümayəndələrinin gözü qarşında yekdilliklə Nazim Süleymanovun namizədliyini dəstəklədilər və o təşkilata sədr seçildi.
Konfransda fəxri qonaq kimi iştirak edən xalq artisti Ağadadaş Ağayev çıxışında Süleymanovu təbrik etməklə yanaşı, ölkə futbolunun durumundan söz açaraq, yığmanın nəticələrinə görə utandığını bildirdi: “Nazim Süleymanov Azərbaycan futbolunun tanınmış nümayəndəsidi. Ona yeni işində uğurlar arzulayıram. Ümid edirəm ki, yeni yaranan təşkilat Azərbaycan futbolunun inkişafına töhfə verəcək. Bəlkə də mən müğənni olmasaydım, peşəkar futbolçu olacaqdım. Futbola sevgim sonsuzdu. Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, millimiz uğursuz nəticələrlə bizləri məyus edir. Düzdü, son matçda Xorvatiya ilə heç-heçə etməklə bizləri müəyyən qədər sevindirdi. Ancaq biz belə təsadüfi uğurlar istəmirik. Çox istərdim ki, yığmanın baş məşqçisi azərbaycanlı mütəxəssislərdən biri olsun. Nəyə görə mənim ödədəyim vergidən əcnəbi məşqçi maaş almalıdı? Azərbaycanda yetərincə bacarıqlı çalışdırıcılar var. AFFA-nın hazırkı rəhbəri ilə xoş münasibətimiz var. Rövnəq Abdullayevə hörmətim sonsuzdu. Onunla da dəfələrlə futbolumuz barədə danışmışıq, fikirlərimi ona da bildirmişəm. Ancaq ruslar demişkən, “slujba slujboy, drujba drujboy”. Mən ekran qarşısında oturub yığmanın zəif çıxışını izləyəndə dostluq yada düşmür, utanıram. Bizə futbolu bilən, millətini sevən kadrlar lazımdı. Bir daha həm Nazim müəllimə, həm də yeni təsis olunan təşkilata gələcək işlərində uğurlar arzulayıram”. Tədbirə dəvət olunan başqa qonaqlar da çıxış edərək xeyir-dualarını verdikdən sonra konfrans başa çatdı.
Sonda təşkil olunan brifinqdə Nazim Süleymanov jurnalistlərin sullarını cavabladı.
- Təbrikə görə təşəkkür edirəm. Bizdə təsis qrupu yaradılmışdı. Onlarla birlikdə fəaliyyət göstərirdik. AFFA-da baş katiblə də görüşdük. Söhbət əsnasında məlum oldu ki, AFFA-nın Həmkarlar İttifaqı yoxdu. Bilirsiz ki, biz bölgələrdə olduq, futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Onların problemləri ilə tanış olduqdan sonra fikirləşdik ki, belə bir qurum yoxdusa, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı yox, elə AFFA Həmkarlar İttifaqı yaradılsın.
- Bu adla bağlı, yəqin ki, AFFA-nın razılığını almısız...
- Ulu öndərin imzaladığı qanunda da var ki, Həmkarlar İttifaqı heç kimdən icazə almır və azad şəkildə fəaliyyət göstərir.
- Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata açıqlamalarında bugünkü görüşə dəvət almadıqlarını qeyd ediblər. Sanki sizin yeni Həmkarlar İttifaqına solaxay baxırlar...
- Sizə sual verirəm. Həmkarlar Təşkilatı, yaxud da digər təşkilatların fərqi var, yoxsa hamısı eynidi?
- Xeyr, fərqli fərqlidi...
- Belədisə, biz bir-birimizə dəstək olmalıyıq. Düzdü? Başqaları haqda danışmaq fikrində deyiləm. Bu gün biz AFFA Həmkarlar İttifaqını təsis etdik. Kim bu təşkilatın üzvüdüsə, burda iştirak edir. Ona görə də kiməsə dəvət göndərməməliyik.
- Gələcək fəaliyyətiniz haqda da məlumat verərdiz...
- Bayaq bu barədə ətraflı danışdıq. Məqsədimiz daha da böyümək, bölgələrdə komitə yaratmaqdı. Bu gün üzvlərimizin sayı 150 nəfərə yaxındı. Azərbaycan futboluna xidmət etməyə çalışırıq. Azərbaycan futbolunda haqq və hüquqları müdafiə edən bir təşkilat olmalıdı ki, haqsızlığa məruz qalan, ədalətsizliklə üzləşən insanların hüquqlarını qoruyaq.
- Həmkarlar İttifaqının konkret hansı səlahiyyətləri olacaq?
- AFFA-ya müraciət edəcəyik. Qurumun nəzdində bizə yer verməlidilər. Qanunda da var ki, assosiasiya bizə məhdudiyyət qoymamalı, əksinə, şərait yaratmalıdı ki, fəaliyyətimizi genişləndirək. AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşümüzdə bu məsələ müzakirə olundu. Baş katib bizə gözəl təşəbbüslə çıxış etdiyimizi və dəstək olacağını bildirdi.
- Bəs şərait yaratmasalar, necə olacaq?
- Bu, ictimai təşkilatdı. Hamımız Azərbaycan futboluna xidmət etməyə çalışırıq.
- Özünüz də qeyd etdiz ki, bölgələrdə nümayəndəriniz olacaq. Bu yöndə işlər aparılıb?
- Görüşlər keçirilib, yenə də olacaq. Bölgələrdə də komitələr təsis edib, ora sədr seçəcəyik.
- Belə söz-söhbətlər də gəzir ki, Nazim Süleymanov artıq futbolun idarəetməsində özünü göstərmək istəyir və ilk addımlarını atır...
- Mən futbolçu olmuşam, indi isə PRO kateqoriyalı məşqçiyəm. Sabah dəvət gəlsə, gedib məşqçi işləyəcəm.
- Mən funksioner kimi nəzərdə tuturdum. Məsələn, AFFA-da bir vəzifə sahibi...
- Bu gün Azərbaycan futbolunda belə bir təşkilatın yaranması zərurəti var idi ki, bu sahədə çalışanların haqq və hüquqlarını qorusun. AFFA bizim fəaliyyətimizi dəstəkləyir.
RƏŞAD
P.S. Əfqan Talıbovun əvvəlcə sədr seçildiyini, sonradan Naib həkimin istrəyi ilə Süleymanovun namizədliyinin irəli sürüldüyünü tədbir başa çatandan sonra bildik. Bu üzdən brifinqdə yeni sədrə yaşananlarla bağlı sual verilmədi. Növbəti sayımızda qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı Bütün xəbərlər
Ən çox oxunanlar