11 sen 15:24aktual

PFL hələ ki yeni sponsorla anlaşa bilməyib


Aslan Şahgəldiyev: “İki xarici, bir yerli şirkətlə danışıqlar davam edir”
“Topaz”ın premyer-liqaya sponsorluqdan imtinasından sonra Peşəkar Futbol Liqası rəhbərliyinin yeni sponsorla bağlı tender elan etməsindən xəbərdarsız. Ötən saylarımızın birində bununla bağlı xəbəri diqqətinizə çatdırmışdıq. Onu da bildirmişdik ki, tender sentyabrın 6-da başa çatacaq.
Artıq deyilən müddət bitib, bu gün ayın 10-du. Ancaq PFL tenderin nəticəsi ilə bağlı hansısa açıqlama verməyib. Bundan belə qənaətə gəlmək olar ki, ya premyer-liqaya sponsorluq etmək istəyən biznes strukturu yoxdu, ya da beləsi var, sadəcə, PFL-in irəli sürdüyü şərtlər onları qane etmir. Halbuki qurumun prezidenti Ramin Musayev bugünlərdə mətbuata açıqlamasında bəzi şirkətlərlə danışıqların davam etdiyini, yaxın günlərdə onlardan biri ilə əməkdaşlığa başlayacaqlarını bildirmişdi.
Məsələyə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Tenderin vaxtı bitsə də, hələ ki danışıqlar davam edir. Premyer-liqaya sponsorluq etmək istəyən bir neçə şirkət var. Ancaq hazırda ortada rəsmi heç bir anlaşma olmadığından onların adını çəkə bilmərəm. Bu etik cəhətdən də düz deyil. Bütün məsələlər tam həll olunandan, müzakirələr başa çatandan sonra ictimaiyyətə bununla bağlı açıqlama veriləcək, yeni sponsorun təqdimat mərasimi keçiriləcək. Bu məsələnin bu gün və ya bir neçə gündən sonra olacağını indidən deyə bilmərəm. Çünki məndə də dəqiq məlumat yoxdu”.
Ramin Musayevin açıqlamasında diqqəti çəkən məqamlardan biri də əcnəbi bukmeker kontoru ilə danışıqlar aparıldığını deməsidi. Musayev ad çəkməsə də, mediada PFL-in Türkiyənin “İddaa” şirkəti ilə anlaşacağı xəbəri tirajlandı. Aslan bəylə söhbətdə bu məsələyə də münasibət bildirməsini istədik: “Ramin müəllim heç bir bukmeker şirkətinin adını çəkməyib. Ancaq bizim mətbuatda “İddaa”nın adı hallanır. Açığı, mən də bu xəbəri mediadan oxudum. Bu haqda heç bir bilgiyə malik deyiləm. Belə bir şey olsaydı, mənə də deyərdilər. Açığı, üç şirkətlə danışıqlar davam edir. Onlardan ikisi xarici, biri isə yerlidi”.
“Topaz”ın premyer-liqaya sponsorluqdan imtina etməsi PFL-lə şirkət arasında soyuqluq yaradıb. Söylənilənlərə inansaq, çempionatın təşkilinə cavabdeh qurum kimi PFL də qarşı tərəfdən premyer-liqa matçlarına pul qoyuluşu qəbulunun dayandırlmasını tələb edib. Yəni “Topaz” öz oyun siyahılarına Azərbaycan çempionatının qarşılaşmalarını salmamalıdı. Təbii ki, bu absurd tələbdi. Heç bir ölkədə çempionatı keçirən qurum bukmeker kontorlarına bu qadağanı qoymur və qoya da bilməz. Belə bir şey olsa, dünyada xaos əmələ gələr. Hər ölkədə kontorlardan pul qoparmaq üçün təşkilatçılar belə şantaj yolundan yararlanar. Şahgəldiyev də deyilənlərin həqiqəti əks etdirmədiyini söylədi: “PFL tərəfindən “Topaz”a dedyiniz məsələ ilə bağlı heç bir tələb irəli sürülməyib. Bununla bağlı məktub göndərməmişik. “Topaz”a belə sənəd göndərilsəydi, ən azı mənim xəbərim olardı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar