11 sen 14:50aktual

Mütəxəssislər Səlahəti qınadılar


Hüseyn Məhəmmədov: “İnanmıram ki, Yurçeviç Kramarenkonun fikrini öyrənmədən, özbaşına “çərçivə” ilə bağlı qərar versin”
Etibar Şükürov: “Balayevdən fərqli Ağayevin yığma təcrübəsi daha çoxdu”

Səfərdə Uelsə məğlub olan yığmanın oyunu barədə müxtəlif fikirlər səslənir. Çoxlarının fikrincə, Nikola Yuçeviçin rəhbərliyi altında milli Kardiffdə cari seçmə mərhələdə ən yaxşı oyununu keçirdi. Ancaq martda Xorvatiya ilə səfər oyununda olduğu kimi, bu dəfə də son dəqiqələrdə buraxılan qol ölkənin əsas komandasını 1 xaldan etdi.
Kardiffdəki görüşdən sonra istər sosial şəbəkələrdə, istər mediada, istərsə də futbol kuluarlarlarında məğlubiyyətin səbəbkarı kimi Səlahət Ağayevin adı çəkildi. Hamı “Neftçi”nin də şərəfini qoruyan qapıçının çıxışlarda səhvindən sonra uelslilərin sevindiyini vurğuladı. Onların fikrincə, Pavel Paşayevin avtoqolunda “çərçivə”ni boş qoyaraq irəli çıxan qapıçı Qaret Beylin başla fərqləndiyi anda da qərar verməkdə çətinlik çəkdiyindən qızıldan qiymətli saniyələri boşa verdi ki, “Real”ın ulduzu bundan yararlanaraq komandasına 3 xalı gətirən qolun müəllifi oldu. Bundan başqa, baş məşqçinin Qazaxıstanda legioner həyatı yaşayan Emil Balayevə şan verməməsi də çox söz-söhbətə səbəb olub.
Bəs mütəxəssislər Səlahətin Uelslə qarşılaşmadakı oyununu necə dəyərləndirirlər? Görəsən, onlar da o fikirdədilər ki, Kardiff məğlubiyyətinin əsas günahkarı Ağayevdi? Məsələ ilə bağlı öncə veteran qolkiper Hüseyn Məhəmmədovun fikirlərini öyrəndik: “Əvvəlcə onu bildirim ki, yığma səfərdə Uelsə qarşı heç də pis oynamadı. Əzmkarlıq hesabına mübarizə apardılar, bacarıqlarını tam ortaya qoydular. Səlahətə gəlincə, bəli, qokiperin hər iki qolda səhvi var idi. Birinci qolda irəli çıxmasına heç bir ehtiyac yox idi. Həmin an topun getdiyi istiqamətdə rəqibin bir oyunçusu belə yox idi. Əvəzində bizim iki müdafiəçimiz o zonada idi. Onlar da çox asanlıqla topu götürəcəkdilər. Səlahət çıxışa qərar vermişdisə, yenə düz addım atmadı. Ən azı irəli çıxıdığını komanda yoldaşlarına bildirməliydi. İkinci qolda da oxşar səhvə yol verdi. Top havada olarkən rəqibin iki futbolçusu onun qarşısını kəsmişdi. O topa çatmayacağını görürdü, ancaq nədənsə qapıçı meydançasını tərk etdi. Yerində qalsaydı, böyük ehtimalla Beylin zərbəsini tutacaqdı. Çünki onun zərbəsindən sonra top bir qədər hündürdən, ancaq düz traektoriya ilə “çərçivə”yə getdi. Hər hansı küncə yönələn zərbə deyildi ki, onu dəf etmək çətin olsun. Səlahət - Emil söhbətinə gəlincə, bu məsələdə bütün suallar ilk növbədə yığmanın qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkoya ünvanlanmalıdı. İnanmıram ki, Yurçeviç Kramarenkonun fikrini öyrənmədən, özbaşına “çərçivə” ilə bağlı qərar versin. Məncə, Qazaxıstanda özünü yaxşı tərəfdən göstərən Balayevə şans tanımağın vaxtıdı. Ola bilsin, Uelslə matçda Səlahətin təcrübəsini və boyunun bir qədər uca olmasını nəzərə alıb ona start heyətində şans verdilər. Ancaq yenə deyirəm, Balayevə də güvənmək lazımdı”.
Fikrini öyrəndiyimiz daha bir veteran qolkiper, uzun illərdi “Sumqayıt”da çalışan Etibar Şükürov da hər iki qolda Ağayevin səhvinin olduğunu bildirdi: “Bizlərdə yaxşı bir söz var: görünən dağa nə bələdçi. Uelslə matçda Səlahət Ağayevin yol verdiyi səhvləri hamı gördü. Kənara gedən, qapıya heç bir təhlükə olmayan topu tutmaq üçün irəli çıxmağın nə mənası var idi? Onsuz da top bizim futbolçulara çatırdı. Səlahət çox kobud səhvə yol verdi. Qapımızda gördüyümüz ikinci qolu da qokiperin ayağına yazmaq olar. Qarşısında rəqibin futbolçusu ola-ola, qapıçı meydançasını tərk edib topa oynamaq düzgün deyildi. Yox, irəli çıxmısansa, sona qədər getməlisən. Ancaq Ağayev sanki bir anlıq tərəddüd içində qaldı. Bilmədi çıxsın, ya da xətdə qalsın. Məncə, çıxmışdısa, qarşısındakı futbolçuya dəyib özünü yerə atmalıydı. Belədə hakim epizodu “qapıçıya qarşı fol” kimi dəyərləndirib fitini səsləndirəcəkdi. Lakin o nə bunu etdi, nə də topa çatdı. Qapıda kimin dayanması isə yığmanın qapıçılarla işləyən məşqçisinin qərarından asılıdı. Yəqin ki, Kramarenko oyundan əvvəl Yurçeviçlə fikir mübadiləsi aparıb və “çərçivə”ni Səlahətə tapşırmağa qərar verilib. Fikrimcə, bu düzgün addım idi. Çünki Balayevdən fərqli Ağayevin yığma təcrübəsi daha çoxdu. Qapıçı mövqeyi elədi ki, əksər məşqçilər bu yöndə risk etməyi lazım bilmirlər. Balayevin də vaxtı çatacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar