06 sen 13:12aktual

Beqoviç “Qarabağ”ın qrupdan çıxacağına ümid edir


“Skamyada oturub pul qazanmaq mənlik deyil”
Asmir Beqoviçin “Qarabağ”a transferi ölkəsində sakit qarşılanmayıb. Bosniya və Hersoqovinadan olan futbolsevərlər təcrübəli qolkiperin “köhlən atlar”la müqavilə bağlamasına və bununla da Avroliqanın qrupunda çıxış etmək şansı qazanmasına isti yanaşır.
Həmkarımız Vedran Radenoviç iki gün öncə “Qarabağ”la anlaşan futbolçudan müsahibə götürüb. Qolkiperin nezavisne.com saytına dedikləri ilə siz də tanış olun.
- “Qarabağ”la müqavilə bağlamağı təklif edəndə çox düşündün?
- Açığı, təklif alanda heç bir dilemma yaşanmadı. Çünki bu, karyeramda olduqca vacib qərar və addım idi. Bu dəqiqə önəmli olan toparlanmaq və nəyə qadir olduğumu göstərməkdi. “Qarabağ” böyük hədəfləri olan klubdu. Təkcə daxili çempionatda yox, həm də avrokuboklarda uğurlu nəticələr qazanmağı hədəf seçiblər. Hələ ki yanvara qədər anlaşmışıq. Həmin vaxt yenidən masa arxasına əyləşib, yeni əməkdaşlığın vacib olub-olmadığını müzakirə edəcəyik.
- Belə başa düşdüm ki, “Bormut”a qayıtmağı istisna edirsən.
- Səmimi danışaq, son vaxtlar komandanın oyunlarını kənardan izləyirdim. Bu belə davam edə bilməzdi. Ona görə də “Qarabağ”a keçməyi qərara aldım. Skamyada oturub pul qazanmaq mənlik deyil. Oynamaq istəyirəm və ümid edirəm ki, “Qarabağ”ın Avroliqanın qrupunda mübarizə aparması mənim üçün əla imkandı. Bu dəqiqə vacib olan budu. Vaxtı çatanda İngiltərəyə qayıtmaqla bağlı kimlərləsə söhbət etmək mümkün olacaq.
- Səncə, “Qarabağ” Avroliqada nə edə bilər?
- Bu onların avrokuboklarda oynadığı ilk qrup mərhələsi deyil. Kifayət qədər ciddi, yaxşı təşkilatlanmış, təcrübəli komandadı. Əlbəttə, hədəfləri böyükdü, amma Avroliqa kimi turnirdə zəif rəqib olmur. “Sevilya” Avropa futbolunda özünəməxsus izi olan klublardandı, lakin bu o demək deyil ki, biz onlarla mübarizə apara bilmərik. Pley-offda “Linfild”lə oyunlar “Qarabağ”ın hansı keyfiyyətə sahib olduğunu göstərdi. APOEL-lə “F91 Düdelanj” “Sevilya”dan zəif ola bilər, lakin bu komandaların autsayder adlandırılması ilə razılaşa bilmərəm. Fikrimcə, 1/16 finala yüksəlmək tapşırığının öhdəsindən gələ bilərik.
- Çoxları səni yığmanın siyahısından silib...
- Lakin mən bu fikirdə deyiləm. Çünki məğlub psixologiyası mənə yaddı. Bu dəqiqə mənim üçün vacib olan yeni komandamda şans qazanmaq və bundan maksimum yararlanmaqdı. Bunu bacarsam, AÇ-2020-nin seçmə mərhələsində iştirak edən millimizə kömək edə bilərəm. İçi mən daxil hər bir futbolçu özünü baş məşqçiyə göstərmək haqda düşünməlidi, düşünür. “Qarabağ”da əlimə əla şans düşəcək.
- Yığmanı çalışdıran Robert Prosineçki ilə danışırsan?
- Hələ ki millidən xəbərsizəm. Düzünə qalsa, xeyli vaxtdı əlaqəmiz yoxdu. Ona görə də haqqımda nə düşündüklərini bilmirəm. Lazım gələndə oynamağa və bacarığımı ortaya qoymağa hazıram.
Vaxtilə yığmamızı çalışdırmış, hazırda Bosniya və Hersoqovina millisinə rəhbərlik edən Prosineçki də Beqoviçin seçiminə münasibət bildirib. Həmkarımız müsahibənin sonunda təcrübəli mütəxəssisin qısa fikrinə də yer ayırıb: “Beqoviçin daim oynamaq üçün özünə yeni iş yeri tapmasına sevindim. Klubda oynayırsansa, deməli, yığmada da çıxış edə bilərsən. Bu qədər səy göstərirsə, deməli, milliyə dəvət olunacaq. Mənim Asmirlə heç bir problemim yoxdu”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar