04 sen 11:38aktual

“Sponsor məsələsi tezliklə həll olunacaq”

Ramin Musayev ”Qarabağ”ın “Sevilya”dan xal alacağını düşünür
“Səbail” – “Qarabağ” görüşünü izləyənlər arasında PFL-in prezidenti Ramin Musayevi də görmək olardı. Oyuna VİP-lojadan baxan qurumun rəhbəri matç başa çatandan sonra xidməti avtomobilinə doğru gedirdi ki, jurnalistlərin əhatəsinə düşdü. Musayev həm 90 dəqiqə ilə bağlı fikirlərini dilə gətirdi, həm də son günlərin aktual suallarına cavab verdi.
- "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiz?
- Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilya"dı. O biri rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.
- Konkret nə?
- "Sevilya"dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!
- "Neftçi" - "Sumqayıt" matçında başverənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiz?
- Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü – İntizam Komitəsinin iclasından sonra hər şeyi, yekun nəticəni biləcəksiz.
- Yaşanan olayla bağlı şəxsi fikrinizi bilmək olar?
- Birincisi, olmamalı idi. Olubsa, bunun cavabı olmalıdı. Xoşagəlməz hadisə məşqçinin məşqçiyə əl qaldırmasıdı. Futbolda hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması, məncə, qeyri-etikdi, bunu normal hesab etmirəm. Belə olmamalıdı, baş verməsi düzgün deyil.
- Artıq 3 tur geridə qaldı. Çempionatın səviyyəsi size qane edir?
- Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu haqda 5-6 turdan sonra nəsə demək mümkündü. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini, taktikalarını tam ortaya qoya bilməz. Futbolçular istirahətdən yeni qayıdıblar. Sözsüz ki, avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxta ehtiyac yoxdu. Ancaq digər komandalara vaxt lazımdı.
- "Qarabağ"ın 4:0 hesablı səfər qələbəsinə sevindiz, yoxsa "Səbail"in eynihesablı məğlubiyyətinə məyus olduz?
- Məyus olmalı bir şey yoxdu. Çünki "Qarabağ" futbolda artıq öz sözünü demiş komandadı. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiz, Ramin müəllim yenə "Səbail"i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla yaxşı oyun göstərdi.
- "Neftçi" ilə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, kim baxacaq oyuna?
- Televizorda oyuna baxırdıq da. Deyirsiz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdı.
- PFL titul sponsorusuz qalıb. Bu məsələdən nə xəbər var?
- Həll olunmalıdı. Bu gün saat 2-də danışmışıq (söhbət bazar günü olub – H.). İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də əcnəbi şirkətdi.
- Ötən mövsümdən borclu qalan klublar var?
- Xeyr. Şükür, hamısı ödəyib. Həm də elə çox borcları yox idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar