26 avq 11:53aktual

“Linfild” azarkeşləri qələbəni “yuxu” adlandırır


“Ümid edirəm ki, babamın ürəyi birdəfəlik dayanmayacaq”
“Linfild”in “Qarabağ” üzərindəki qələbəsi cümə axşamının sürpriz nəticəsi kimi yadda qaldı. Avrokuboklarda ciddi uğuru olmayan komandanın ardıcıl 5 il qruplara yüksələn kollektivlə matçda qələbə qazanacağı heç kimin ağlına gəlməzdi. Lakin meydan sahibləri istəkli və əzmkar oyunla bunu bacardılar.
Özlərinin də dediyi kimi, tarixi zəfərə baxmayaraq, Şimali İrlandiya mətbuatında məlum qarşılaşmayla bağlı xüsusi yazılara rast gəlmək mümkün deyil. Həmkarlarımız matçın nəticəsini və bir-iki gəlişigözəl söz yazmaqla işlərini bitmiş sayıblar. Odu ki, yerli mətbuatda sizə təqdim edə biləcəyimiz xüsusi heç nə tapa bilmədik.
Əvəzində klubun rəsmi “feysbuk” səhifəsində kifayət qədər canlanma müşahidə olunmaqdadı. Səhifəni işlədən admin oyundan şəkillər paylaşaraq həmin statusa bu sözləri yazıb: “Bu, sadəcə, yuxu idi. Daim xatırlanacaq gecəni unutmaq olmaz. Yuxudan oyanmısız, yoxsa hələ də yuxu görürsüz?”
Azarkeşlər də öz növbəsində bu paylaşıma maraqlı şərhlər yazıblar. Və həmin şərhlərdən britaniyalıların nə dərəcədə sevincli olduqlarını görmək mümkündü. Sanki “Linfild” Çempionlar Liqası kubokunu Belfasta aparıb.
David Brown: “Devid Hilinin “göylər”i və ağ ordu”.
Chris Moore: “Hələ də yuxudayam”.
Denis McConnell: “Bu nə gecəydi belə? Əhsən sizə, qəhrəmanlar”.
Billy Walker: “Mən başlığı belə qoyardım: “Uindzor”da brilyant gecə. Biz azarkeşlər komandanın bir parçası olmağa çalışdıq, fikrimcə, bunu bacardıq. İndi isə qrup xəyalları ilə yaşayırıq”.
Michael Stewart Copeland: “İnanılmaz nəticədi. Ümid edirəm ki, babamın ürəyi birdəfəlik dayanmayacaq”.
George Jackson: “İndiyə qədər “Uindzor”da dəhşətli oyunlar görmüşdüm, amma beləsini yox. Bu nə idisə, başqa bir şey idi. Tarixin yaddaşına qızıl hərflərlə yazılacaq hesab qeydə alındı”.
David Law: “Klublarımızın Avropada göstərdiyi ən layiqli oyun və nəticələrindən biri”.
Bobby Doolan: “Admin, sizcə, bu yuxudan oyanmaq olar? Mən hələ də yatıram, çünki bir həftə sonra da eyni yuxunun təkrarını görmək istəyirəm”.
Gary Russell: “Sevincdən sizin əlləriniz titrəyə bilər, mənim barmaqlarım əsir”.
Lars Roland Dahl: “Linfild”ə ancaq bu yaraşardı. İnanılmaz geridönüş etmək, rəqibə göz açmağa imkan verməmək, bununla da qrupun biraddımlığına qədər irəliləmək. İndi qalır cavab görüşündən sərfəli nəticə ilə qayıdıb, Şimali İrlandiyada ayaqüstə alqışlanmaq. Bacaracaqsız!”
Bil O Neill: “Bunu bacardızsa, səfərdə daha artığını edəcəksiz. Çünki “Qarabağ”ın qələbə qazanmaqdan başqa yolu yoxdu”.
Philip Joosten: “Linfild”dən hər şey gözləyirdim. Amma bunu yox. Həqiqətən möhtəşəm gecə, əla yuxu oldu”.
Alan Prentice: “Reyncers”lə “Linfild” eyni qrupda? Fantastika olacaq ki”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar