21 avq 14:46aktual

“Qarabağ” dörd futbolçusunu Belfasta aparmayacaq


Ağdamlıları azı 20 nəfər dəstəkləyəcək
Avqustun 22-də Belfastdakı “Vindzor Park”da “Linfild”in qonağı olacaq “Qarabağ” bu gün vətəni tərk edəcək. Ağdamlıları aparacaq çarter reysli təyyarə Bakı vaxtı ilə 20.00-da havaya qalxıb, təxminən 7 saatlıq uçuşdan sonra mənzil başına çatacaq. Çempion səfərə heç də tam heyətlə yollanmayacaq. Belə ki, cəzalılar – Rahil Məmmədovla Riçard Almeydanın, eləcə də uzun müddətə sıradan çıxan Filip Ozobiçin və tam sağalmayan Bədavi Hüseynovun Bakıda qalması məqsədəuyğun sayılıb.
Baş məşqçilərin mətbuat konfranslarının başlama vaxtı da artıq məlumdu. Belə ki, Devid Hili jurnalistlər önünə 21.00-da çıxacaq. Bundan yarım saat sonra isə Qurban Qurbanov oyunla bağlı fikirlərini dilə gətirəcək. Saat 21.45-də “köhlən atlar”ın “Vindzor Park”da oyunöncəsi son məşqi start götürəcək.
İndiki məqamda düşündürücü suallardan biri Belfastdakı arenada “Qarabağ”sevərlərin olub-olmayacağıdı. Klubun mətbuat katibi Nurlan İbrahimovla bu mövzuda danışarkən sevindici xəbər aldıq. Böyük Britaniyada, əsasən də Şimali İrlandiyada yaşayan azərbaycanlılar matça ciddi maraq göstərirlər. Stadiondakı yerini tutmaq istəyən azarkeşlər var ki, onlar bununla bağlı “Qarabağ”a müraciət ediblər. İlkin ehtimallara görə, qonaqlar üçün ayrılan tribunada azı 20 azərbaycanlının yer alacağı gözlənilir.
Görüşün canlı yayınını bu dəfə də “CBC Sport” öhdəsinə götürüb. Bunaqədərki səfər oyunlarını futbolsevərlərə çatdıran telekanal Şimali İrlandiyadan da birbaşa yayın təşkil edəcək. Oyunu Pərviz Musayev şərh edəcək. Avqustun 29-da Bakıda keçiriləcək cavab görüşünü də “CBC Sport” təqdim edəcək.
“Qarabağ”ın səfər matçını idarə edəcək hakimlər briqadasının adına aydınlıq gəlib. UEFA-nın Hakimlər Komitəsi oyunu İsveçrədən olan ədalət təmsilçilərinə həvalə edib. Meydanda əsas söz sahibi Sandro Şerer olacaq. Bu işdə ona yan xətlərdə Stefan de Almeyda ilə Bekim Zoqay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.
2015-ci ildən beynəlxalq oyunlara təyinat alan Şereri “dünənki uşaq” adlandırmaq ədalətsizlik olar. 31 yaşı olmasına baxmayaraq, 4 il ərzində 36 beynəlxalq görüş idarə etmək imkanı qazanıb. Bunların arasında Avropa çempionatının və Çempionlar Liqasının təsnifat mərhələ qarşılaşmaları, eləcə də Avroliqanın qrup mərhələsinin oyunları var. Di gəl ki, yığma və klub səviyyəsində bizimkilərlə yolu cəmi bir dəfə kəsişib ki, o da “Qarabağ”ın, həm də səfər qarşılaşmasına təsadüf edib. Ağdamlılar ötən il noyabrın 8-də, “Vorskla” ilə Ukraynada üz-üzə gələndə meydanda əsas söz sahibi Şerer idi. İsveçrəli bu oyunda rəqibin qapısına penalti təyin etməklə Araz Abdullayevin fərqlənməsinə şərait yaratmışdı. Ümumilikdə 6 sarı vərəqəyə al atmışdı ki, poltavalılar bu yolla 4 dəfə cəzalandığı halda, bizimkilərdən Maksim Medvedevlə Vild-Donald Gerye qarşısında açıq rəngli vərəqə görmüşdü.
Bu arada “Qarabağ”ın Avroliqanın pley-off mərhələsindəki rəqibi “Linfild” Şimali İrlandiya çempionatında növbəti oyuna çıxıb. Çempionatda 3-cü turun oyunları olmasına baxmayaraq, “göylər” 2-ci matçını keçirib. Avqustun 10-da doğma azarkeşləri önündə “İnstitute”ni məğlub edən paytaxt təmsilçisi bu dəfə “Kolreyn”i qəbul edib. Oyun olduqca maraqlı alınıb. “Linfild” 61-ci dəqiqəyə qədər hesabda 0:3 geri düşsə də, 65-ci dəqiqədə Coel Kuper, 72-ci dəqiqədə Şeyn Laveri meydan sahiblərini ümidləndirib. Son dəqiqələrdə bərabərlik qolu üçün irəli atılan “Qarabağ”ın rəqibi istəyinə çatmayınca, rəqib futbolçu Emmett Makqukin qarşılaşmada son nöqtəni qoyub - 2:4. Maraq üçün qeyd edək ki, “Linfild” 78-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Buna Rayan Makgivernin qırmızı vərəqə alması səbəb olub.
Baş məşqçi Devid Hili bu görüşdə avqustun 13-də “Sutyeska” ilə Belfastda baş tutan oyunda şans verdiyi 11 futbolçudan yalnız dördünə əsas heyətdə güvənib. Bu isə o deməkdi ki, aparıcı oyunçuların böyük əksəriyyəti “Qarabağ”la matç ərəfəsində dincəlmək imkanı qazanıb.
Hili oyundan sonra fikirlərini dilə gətirib: "Kolreyn" bizə ötən mövsüm də "Vindzor Park"da futbol dərsi keçmişdi. Həmin matçdakı performansla nə qədər alçaldığımı heç vaxt unutmayacam. Lakin növbəti ev oyunumuzda bu rəqibi məğlub etdik və çempionluq yolunda önəmli addım atdıq. Bu dəfə yenə uduzduq və məğlubiyyət mənimlə qalacaq. Yenilgini həzm etmək çətindi. Bir neçə gün sonra "Qarabağ"a qarşı keçirəcəyimiz oyunu düşünməliyik. Avropada bizi böyük oyunlar gözləyir. Ancaq çempionatı da düşünürük, bu görüşlərdə qalib gəlmək istəyirik. Azarkeşlər möhtəşəm idi, əla ab-hava yaratmışdılar. Təəssüf ki, asan şəkildə təslim olduq".
Bu arada "Linfild"in prezidenti Roy Makgivern də komandasının şanslarını dəyərləndirib: "Futbol elədi ki, gərək həmişə xəyal edəsən. "Qarabağ"la oyunda hər şey ola bilər. Amma realist olmalıyıq və başa düşməliyik ki, çox ciddi rəqibə qarşı oyun gözləyir. “Qarabağ”ın avrokuboklarda təcrübəsi çoxdu, qruplarda oynayıb. Rəqibimiz favoritdi. Bu mövsüm “Dandolk”u məğlub ediblər. Ancaq evdə yaxşı nəticə qazansaq, özümüzə inam artacaq".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar