12 avq 23:29aktual

“Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi”


Səməd Nəsibov ürəyini “Futbol+”ə boşaltdı
10 il “Qəbələ”nin Media və Marketinq Departamentinə rəhbərlik edən Səməd Nəsibov həftəiçi klubdan ayrıldı. Əslində Səməd bəyin “qırmızı-qaralar”la vidalaşacağı haqda məsələ ötən mövsümün sonunda gündəmə gəlmişdi. Həmin vaxt bir çoxları klubun meneceri Səbuhi Səfiyarlı ilə Nəsibovun bəlli səbəbdən düşərgəni tərk edəcəyini gözləyirdi. Ancaq son anda klub rəhbərliyi Səfiyarlıdan fərqli Səməd bəylə yola davam etməyə qərar verdi. Ancaq onun da fəaliyyəti çox çəkmədi. Şimallılar avrokuboklarda mübarizəni dayandırınca, Media və Marketinq Departamentinin rəhbəri də klubdan ayrıldı. Gedişin səbəbini aydınlaşdırmaq üçün “Qəbələ”də çalışdığı müddətdə hamının hörmətini qazanmış sabiq klub funksioneri ilə söhbətləşməyi lazım bildik.
- “Qəbələ”dən ayrılmağınızın səbəbini bilmək istərdik.
- Xüsusi səbəb yoxdu. Deməli, belə məsləhət imiş.
- Əslində sizin klubdan gedəcəyiniz hələ ötən mövsümün sonunda gözlənilirdi. Həmin vaxt Səbuhi Səfiyarlı ilə sizin adınız gedənlər arasında çəkilirdi. Səfiyarlı ilə vidalaşan klub rəhbərliyi sizinlə yola davam etdi. Ancaq üç aydan sonra siz də eyni aqibəti yaşadız...
- Belə söz-söhbət həqiqətən də var idi. Lakin elə oldu ki, mən qalası oldum. Açığı, mənimlə yolları ayıracaqlarını gözləmirdim. Bütün bunlara baxmayaraq, mən yenə “Qəbələ” azarkeşi olaraq qalacam. Nə qədər ki, Azərbaycanda futbol var və klub fəaliyyətini davam etdirir, “Qəbələ”yə azarkeşlik edəcəm.
- Hamı düşünürdü ki, sizinlə yolları ayırmaqda məqsəd büdcəyə qənaət etməkdi. Ancaq bugünlərdə mətbuata açıqlama verən Fariz Nəcəfov xidmətinizə görə sizə təşəkkür etməklə yanaşı, tutduğunuz postun ştat cədvəlində saxlanılacağını bildirib. Belə çıxır ki, Səməd Nəsibovun aldığı maaş klub rəhbərliyinə sərf etməyib və buna görə də sizinlə vidalaşmaq qərarına gəliblər.
- “Qəbələ”nin bugünkü durumu hamıya bəllidi. Azərbaycan kiçik ölkədi və heç nəyi ictimaiyyətdən gizlətmək mümkün deyil. Ancaq burda söhbət heç də mənim əməkhaqqımdan getmir. Büdcədə yaşananlar mənim də maaşıma təsirini göstərmişdi. Və mən işimi sevdiyim üçün hər şeyə hazır idim. Ancaq bugünlərdə klubun baş meneceri Zaur Əzizov mənə yaxınlaşaraq, rəhbərliyin qərarını bildirdi. Məlum oldu ki, artıq 10 illik fəaliyyətimin son günüdü. Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi.
- Bu xəbəri necə qarşıladız?
- Həmin anı sözlə ifadə etməkdə çətinlik çəkirəm. 10 il bir yerdə işləyən, kollektivi əziz qohumundan yaxın bilən, işinə ürəyini qoyan adam, sizcə, hansı hissləri keçirə bilər? Sanki bir boşluğa düşdüm. “Qəbələ” mənim üçün bir ailə idi. Ştat cədvəlində adım departament rəhbəri getsə də, klubun uğur qazanması, irəli getməsi üçün qolumu çırmalayıb hər işi görmüşəm. Elə olub ki, stol daşımışam, yük boşaltmışam. Mənə aid olmayan işlərə kömək etmişəm. Bütün bunlar kluba olan sevgidən irəli gəlib. Klub rəhbərliyi də hər zaman mənə hörmət edib, işimə dəyər verib. Bu üzdən işimdən ayrılanda da Fariz Nəcəfov və başqaları ilə öpüşüb-qucaqlaşıb vidalaşmışam. Hamı mənə gələcək işimdə xeyir-dua arzuladı. Belə xoş yolasalma məni sevindirdi. Deməli, “Qəbələ”də çalışdığım müddətdə çoxlarının hörmətini qazanmağı bacarmışam.
- Artıq bir neçə gündü ki, klubdan ayrılmısız və ofisə getmirsiz. 10 ildən sonra işsiz qalmaq sizə çətin deyil ki?
- Çox çətindi, bəlkə də sözlə ifadə edə bilməyəcəyim şəkildə çətindi. Klubda işlədiyim müddətdə hər səhər saat 8.00-da yuxudan oyanırdım. “Qəbələ”dən ayrılandan sonra səhərə yaxın saat 4-də oyanıram. Gözümü açan kimi bu gün nə işlə məşğul olacağımı düşünürəm. 10 il eyni qrafiklə yaşayan insanın birdən-birə boşluğa düşməsi, gün ərzində hara gedəcəyi, hansı işlə məşğul olacağı barədə baş sındırması çox üzücü məsələdi.
- İşdən ayrılmağınızla bağlı paylaşdığınız statusda azarkeş məsələsinə xüsusi toxunmusuz. Onu da qeyd etmisiz ki, ola bilsin, qəbələli azarkeşləri stadiona cəlb edə bilməməyinizə görə bu aqibəti yaşadız. Futbol camiəsində belə fikir formalaşıb ki, Qəbələ camaatı futbolu sevmir və buna görə də eyniadlı komandanın oyunlarında tribunalar boş qalır. Bu fikirlə razısız?
- Qətiyyən razılaşmıram. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Qəbələdə də futbolu sevən, komandanı dəstəkləyən yetərincə kontingent var. Ancaq qeyd etdiyiniz problem tək Qəbələdə yox, başqa bölgələrdə də yaşanır. Bir rayonda ki Türkiyə superliqasının, “böyük beşliy”in derbiləri zamanı bütün çay evləri, oyunları yayınlayan məkanlar futbolsevərlərlə dolu olur, deməli, həmin bölgədə futbola maraq var. İstəsəz, özünüz də bunu gedib görə bilərsiz. Ancaq bizim çempionatın oyununa maraq göstərmirlər ki, bunun da öz səbəbi var. Biz hələ öz məhsulumuzu bazara çıxara bilmirik. Tribunaların azarkeşsiz qalmasının başlıca səbəbi budu. Bu çatışmazlığı aradan qaldıra bilsək, bu yöndə heç bir problem olmayacaq. “Qəbələ”də çalışdığım müddətdə bir çox klubların azarkeşləri stadiona cəlb etmək yönündə həyata keçirdiyi təcrübədən istifadə etdik. Məktəbləri gəzdik, tanınmış futbolçularla görüşlər təşkil etdik, gənclərə “azarkeş pasportu” təqdim etdik. Ancaq bütün bunlar istənilən effekti vermədi. Çünki problem tək Qəbələ ilə bağlı deyil. Bütün respublikada eyni “xəstəlik” var.
- Siz ötən əsrin 90-cı illərin əvvəlində ali təhsil almaq üçün Türkiyəyə yollanan ilk “ekspedisiyanın” üzvlərindən biri olmusuz. Onu da bilirk ki, təhsilinizi başa vurduqdan sonra vətənə dönüb, loru dillə desək, yaxşı yerlərdə işləmisiz. Məmur həyatından imtina edib futbola üz tutduğunuza görə bu gün peşman deyilsiz ki?
- Qətiyyən. Baxmayaraq ki, bu addımıma görə məni çox qınadılar. Çoxlarının xəbəri olmasa da, siz bilirsiz ki, “Qəbələ”dən əvvəl mən Türkiyə səfirliyində və Diaspor Komitəsində çalışmışam. Bu gün çoxları həmin yerlərdə çalışmağı arzulayır. Ancaq mən ürəyimin səsinə qulaq asıb “Qəbələ”dən aldığım iş təklifini müsbət dəyərləndirdim. Futbola sevgim məni bu addımı atmağa məcbur etdi. Onu da bildirim ki, Diaspor Komitəsini futbol klubuna dəyişdiyim üçün əmim uzun müddət mənimlə küsülü qaldı. Onun fikrincə, ağlı başında olan, gələcəyini düşünən normal insan heç vaxt bu addımı atmazdı. Əslində karyera baxmından əmim düzgün fikirləşirdi. Lakin o mənim futbola olan məbəbbətimi nəzərə almamışdı.
- 10 il əvvəl atdığınız addıma görə bu gün peşman deyilsiz?
- Əsla. İnsan sevdiyi işlə yanaşı, arzuladığı sahədə çalışanda, işə daha ürəklə gedir. Çalışır ki, bacarığını ən yüksək səviyyədə nümayiş etdirsin. Bayaq azarkeşlərlə bağlı mənə sual verdiz. Bu gün mən funksioner kimi klubdan ayrılmışam. Ancaq əbədi olaraq “Qəbələ” ailəsinin bir üzvü olacam. Sizin sözünüzlə desəm, mənim timsalımda “qırmızı-qaralar”ın bir azarkeşi artıb. Onsuz da geridə qalan 10 ildə azarkeşin hansı gücə malik olduğunu, fanat hərəkatının nə olduğunu öz təcrübəmdə görmüşəm.
- Bundan sonra hansı sahədə çalışmağı düşünürsüz? Başqa klublardan təklif gəlsə, dəyərləndirərsiz?
- Futbola sevgim sonsuzdu. Desəm ki, təkliflər içində boğuluram, yalan danışmış olaram. Heç bir klubdan təklif almamışam və açığı, heç gözləmirəm də. Nə yalan deyim, hansısa elita təmsilçisi xidmətimdə maraqlı olsa, düşünərəm. Ancaq bir şərtlə ki, maliyyə cəhətdən mənə sərfəli olsun. Artıq yaş da o yaş deyil ki, romantikaya uyub, illəri boşa verim. Bu gün mənim üçün əsas işin maliyyə tərəfidi. Ümid edirəm ki, işsiz günlərim çox çəkməyəcək və yaxın vaxtlarda yeni iş təklifi alacam. Savadıma və iş qabiliyyətimə əmin olub bu fikirləri səsləndirirəm. Ancaq “Qəbələ”də çalışdığım illəri heç vaxt unutmayacam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar