12 avq 21:35aktual

“Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir


Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Qarabağ – APOEL (Cənubi Kipr)
13 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.30
İlk oyun – 2:1.
Çərşənbə axşamı Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürəcək. Ardıcıl 6-cı ildi ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnən “Qarabağ” avqustun 13-də APOEL-i sınağa çəkəcək. Bu qarşılaşma ağdamlıları ÇL-in pley-offuna daşıya bilər ki, belədə komandamız ən azı AL-in qrupuna vəsiqəni təmin edəcək. Nəzərə alsaq ki, növbəti mərhələdəki rəqib “Ayaks”dı, AL-in qrupuna vəsiqəni Bakıda təmin etmək lazımdı. Daha sonra hollandlarla oyuna təzyiq olmadan hazırlaşmaq olar. APOEL-lə cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və start fiti saat 20.30-da səsləndiriləcək. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Sözsüz, “Qarabağ” meydana favorit statusunda çıxacaq. Ən azı Nikosiyada keçirilən görüşün nəticəsi (2:1) bunu şərtləndirir. Cənubi kiprlilər Bakıda azı 2 qol vurmağa məhkumdu. Bu isə “Qarabağ”ın işinə yarayacaq. Çünki rəqib açıq futbol təklif edəcək. Üstəlik, statistika da APOEL-in şansının çox az olduğunu deyir. Məsələ burasındadı ki, 1963-cü ildən bəri avrokuboklarda iştirak edən Cənubi Kipr klubu ilk oyunda məğlub olduğu rəqiblərinə heç vaxt cavab görüşündə qarşılıq verə bilməyib. APOEL ümumilkdə 33 dəfə birinci görüşdə uduzub və heç vaxt cavab matçında qələbə qazana bilməyib. Başqa sözlə, Nikosiya təmsilçisi ilk oyunda uduzduğu rəqiblərə, adətən, cavab qarşılaşmalarında da boyun əyib.
Meydan amili də “Qarabağ”a əlavə stimul verəcək. Ağdamlılar çoxdan uzaq düşdüyü, əsas uğurlarına səhnə olan “Tofiq Bəhramov”a dönür. Oyunda anşlaq olacağını deyə bilərik. Hər halda, klubun dünən “feysbuk” səhifəsi vasitəsilə verdiyi açıqlamaya görə, artıq biletlərin 8 mindən çoxu satılıb. Halbuki bilet satışına iki gündü start verilib. 20-25 min azarkeş gəlsə belə, bu dəstək APOEL-i təzyiq altında saxlamağa yetər. Cənubi Kipr çempionunun ev oyununu 9 mindən bir qədər artıq azarkeşin canlı izlədiyini də yada salaq.
Nəticə və meydan amili heç də arxayınlaşmağa əsas vermir. Düzdü, ilk oyundan sonra APOEL-in düşərgəsində təlatüm, çaxnaşma yaşandı. “Qarabağ”a məğlubiyyəti həzm etməyən klub rəhbərliyi cavab görüşünü gözləmədən italiyalı baş məşqçi Paolo Trametsanini istefaya göndərdi. Onun yerinə dərhal təyinat baş tutdu. Vakant posta alman Tomas Doll gətirildi. Adətən, baş məşqçi dəyişikliklərindən sonra futbolçular özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Odu ki, “Qarabağ” bu məqamı nəzərə almalıdı. Vaxtilə Dortmund “Borussiya”sında da çalışan Tomas Dollun hansısa sürprizi ola bilər. Hərçənd APOEL-in yeni baş məşqçisi cavab matçında texniki zonada əyləşə bilməyəcək. Bu mərhələnin oyunundan öncə UEFA-ya göndərilən sifariş ərizəsində APOEL-in baş məşqçisi kimi Paolo Trametsani göstərilib. Qaydalara əsasən, adı sifariş ərizəsində yer almayan baş məşqçi nə texniki zonada əyləşə, nə də matçdan sonra keçirilən mətbuat konfransına qatıla bilər. Bu səbəbdən o, görüşü tribunadan izləyəcək. Beləliklə, “Qarabağ”la Bakıdakı oyunda texniki zonada və mətbuat konfrasında köməkçi məşqçilərdən biri yer alacaq. Yeri gəlmişkən, APOEL məşqçilər korpusuna dünən yeni məşqçi cəlb edib. Bu, Ralf Zumdikdi. Əməkdaşlıq 2020-ci ilin mayına qədər, yəni bir il üçün nəzərdə tutulub. Ralf Zumdik 300-dən çox bundesliqa matçında qapıçı, eləcə də məşqçi və köməkçi-məşqçi kimi zəngin təcrübəyə malikdi. O, PRO diplomuna sahibdi və son 10 ildə Tomas Dolla birlikdə çalışıb.
APOEL Bakıya itkilərlə gələcək. Zədəli Alef dos Santosun son durumu məlum olub. “Qarabağ”la oyundan sonra “Ayia Naypa” ilə keçirilən yoxlama matçında (2:2) zədələnən yarımmüdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə APOEL-in “tvitter” hesabında məlumat yayılıb. Başqa sözlə, Alef “Qarabağ”la cavab matçında iştirak etməyəcək. Komandamızın heyətində isə itki yoxdu. Daha doğrusu, cəza səbəbindən kimsə matçı buraxmayacaq. Zədəlilər isə Filip Ozobiç və Bədavi Hüseynovdu. Uzun müddətə sıradan çıxan xorvatiyalı yarımmüdafiəçidən fərqli olaraq, Bədavi sağalmaq üzrədi. Ancaq çətin ki, Qurban Qurbanov bu dəfə risk edib onu meydana buraxsın.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar