09 avq 13:19aktual

Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb

Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb
Aslan Şahgəldiyev: “Hər şey qanun çərçivəsində olacaq”
2012-ci ildən premyer-liqanın sponsoru olan “Topaz”ın PFL-lə əməkdaşlığa son qoyduğundan xəbərdarsız. Bu haqda ötən saylarımızın birində xəbər vermişdik. Azərbaycanın ilk və yeganə bukmeker kontorunun geri addım atmasının arxasında nəyin və ya nələrin durduğunu deyə bilmərik. Bəlli olan odu ki, artıq Ramin Musayevin rəhbərlik etdiyi qurum premyer-liqaya yeni sponsor axtarışına çıxıb.
Həftənin bazar ertəsi yeni mövsümün püşkatma mərasimi keçirildi. Tədbirdə çıxış edən Ramin bəy “Topaz” sponsorluq fəaliyyətini dayandırdı. Heç də peşman deyilik. Ona görə ki, “Topaz” kimi başqa bukmeker şirkəti var, ondan artıq pul təklif edir” söyləməklə bəlkə özü də bilmədən çempionatın yeni sponsorunun da mərc oyunlarına bağlı bir şirkətin olacağının anonsunu verdi. Həmin an hamının ağlına ilk növbədə son vaxtlar Azərbaycan bazarına girməyə çalışan, bir çox ictimai və idman saytlarında reklamını yerləşdirən 1XBET şirkəti gəldi. Lakin adı çəkilən şirkətin Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyasının olmadığını nəzərə aldıqda, bu məsələnin necə tənzimlənəcəyi hamı üçün maraqlıdı.
“Topaz”ın direktoru Vüsal Məmmədov da mətbuata açıqlamasında bu məqama toxunmaqla yanaşı, şirkətin yenə də idmana dəstək verəcəyini bildirib: “Topaz" 8 il Peşəkar Futbol Liqasının sponsoru olub.
Bu addım müqavilə bitdiyi üçün atılıb, söhbət sponsorluqdan imtinadan yox, müqavilənin uzadılmamasından gedir. Şirkət Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib. Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm. Bundan başqa, "Topaz" bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan "Azeridmanservis"in rəsmi tərəfdaşıdı. “Topaz" Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcək. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq, şirkətimiz Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bukmeker agentliyidi. PFL-in rəsmi nümayəndəsindən xarici bukmekerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik.
Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdu. 19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan "Topaz” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman-mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "Topaz” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən premyer-liqanın sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidi. Bundan başqa, Caspiantech QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır”.
Vüsal bəyin sözlərindən belə başa düşmək olar ki, PFL prezidentinin yeni sponsorla bağlı anonsu “Topaz” rəhbərliyində qıcıq doğurub və şirkətin direktoru “bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdu” söyləməklə Musayevi qanunazidd addım atmaqda ittiham edir. Bu üzdən məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Premyer-liqaya sponsorluqla bağlı tender elan etmişik. Bu günə kimi müxtəlif şirkətlərlə müzakirələrimiz olub. Ancaq ortada hələ real heç nə yoxdu.1XBET-in premyer-liqanın yeni sponsoru olacağına gəlincə, bu, mətbuatın yaydığı xəbərdi. Adı çəkilən bukmeker şirkətinin PFL-lə əməkdaşlıq edəcəyini ancaq ortada rəsmi müqavilə olandan sonra demək mümkündü. “Topaz” rəhbərliyinin verdiyi açıqlama ilə mən də tanışam. Qurum olaraq, hər hansı şirkətlə sponsorluq müqaviləsi imzalayacağıqsa, hər şey qanun çərçivəsində olacaq. Qanunvericiliyimizdə nə nəzərdə tutulubsa, ona uyğun da addım atılacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar