07 apr 23:27aktual

Biletlər satışa çıxarıldı: 1 manat ver, zalı 1 gün “kirayə” götür

Biletlər satışa çıxarıldı: 1 manat ver, zalı 1 gün “kirayə” götür
Finalı 2018-ci ildə Sloveniyanın paytaxtı Lyublyanada baş tutacaq futzal üzrə Avropa çempionatının əsas mərhələsinə cəmi bir gün qaldı. Aprelin 8-də 7 ölkədə - Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, Polşa və Qazaxıstanda qitə çempionatının oyunları start götürəcək. Bakı İdman Sarayında baş tutacaq B qrupunun oyunları üçün təşkilati işlər görülməkdədi. Təbii ki, azarkeşləri ilk növbədə bilet satışı maraqlandırır. Biletlər dünəndən satışdadı. Qiymətlər də simvolikdi: millimizi dəstəkləmək istəyənlər 1 manatından keçməlidi. Biletləri Bakı İdman Sarayının kassalarından əldə etmək mümkündü. Bir bilet bir gün üçün keçərlidi. Belə ki, 1 manat ödəməklə qrupun eyni gündə baş tutacaq hər iki oyununda iştirak etmək mümkündü.
Ancaq 1628 yerlik arenada heç də bütün oturacaqlar sıravi tərəfdarlar üçün deyil. Belə ki, təxminən 1000 bilet satışa çıxarılıb. Qalan yerlərdə dəvətnaməlilər əyləşə biləcək. Dəvətnamələr Futzal Federasiyasına təqdim olunub. Federasiya fəxri qonaqları, veteranları, futzal klublarının üzvlərini dəvətnamə ilə təmin edəcək. AFFA-nın futzal kuratoru Asim Xudiyev qəzetimizə açıqlamasında təşkilatçılıqla bağlı bütün işlərin qaydasında getdiyini bildirdi: “Yarış iştirakçıları, həmçinin UEFA nümayəndələri və digər qonaqların yerləşdirilməsi, nəqliyatla təmin olunması, məşq üçün zal ayrılması plan üzrə icra olunur. Hələ ki şikayət yoxdu və olmayacaq da. Macarıstan bu gün (dünən) gəlib və artıq məşqə də çıxıb. Onlar “İnturist”də yerləşdiriliblər. Gecə o birilər də gələcək. Sabah təşkilati toplantı olacaq. Milli federasiyalar heyətləri təqdim edəcəklər və biz də onu UEFA-ya göndərəcəyik. Qrup oyunları olduğu üçün xüsusi açılış mərasimi olmayacaq. Mətbuat konfransları da hər oyundan sonra təşkil ediləcək. Medianın rahat işləməsi üçün hər şey nəzərdə tutulub. Oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Arenamızda texniki cəhətdən problem olmamalıdı. Çünki Bakı İdman Sarayında əvvəllər də futzal yarışı keçirilib”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar