01 avq 15:46aktual

Nazarov mövsümə möhtəşəm qolla başladı


Eddi heyətdən kənarlaşdırıldı, Emil kobud səhvlə yadda qaldı
Almaniyanın 2-ci bundesliqasında 2019/20 mövsümünə start verilib. Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də yeni mövsümdə ilk oyununa çıxıb. Aue təmsilçisi səfərdə “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Matçın iştirakçısı olan, start heyətində meydana çıxıb sonadək oynayan Nazarov komandasının yeni mövsümdəki ilk qolunun müəllifi olub. O, 25-ci dəqiqədə komanda yoldaşının ötürməsini möhtəşəm zərbə ilə qola çevirib.
Üçüncü bundesliqada isə 2-ci turun oyunları keçirilib. Rüfət Dadaşovun formasını geydiyi “Proyssen” doğma meydanda “Jena” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Rüfət də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə əvəzetmədən meydana çıxıb. Beləliklə, iki turdan sonra Münster klubunun hesabında 4 xal var.
Bundan sonra Almaniyada yığmamızın daha bir futbolçusu, daha doğrusu, sabiq üzvü çıxış edəcək. Belə ki, “Keşlə”yə keçəcəyi gözlənilən və bunun üçün iki həftə əvvəl Bakıya gələn Pərdis Fərcad-Azad bakılılarla anlaşa bilməyərək Almaniyaya dönüb. O, dərhal da özünə klub tapıb. Pərdis Regional Liqa komandalarından Berlin “Viktoriya”sının şərəfini qoruyacaq. Artıq bu liqanın şimal-şərq zonasında mövsümə start verilib. “Viktoriya” doğma meydanda “Erfrut”la qarşılaşıb. Paytaxt klubu bu görüşdən qələbə (2:0) ilə ayrılıb. Pərdis 57-ci dəqiqədə oyuna qoşulsa da, qol vura bilməyib.
Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubunun əsas heyətindən kənarlaşdırılıb. Komandanın yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. O, yığmamızın üzvünün adını Marbelyadakı təlim-məşq toplanışı üçün nəzərdə tutulan 23 nəfərlik heyətə daxil etməyib. Eddi ilə İspaniya sequndasının digər təmsilçisi "Albasete”nin yaxından maraqlandığı bildirilir. Qeyd edək ki, İsrafilovun "Alkorkon"la 2020-ci ilin iyuluna qədər müqaviləsi var.
Rusiya premyer-liqasında 3-cü turun oyunları keçirilib. Ramil Şeydayevin formasını geydiyi Moskva “Dinamo”su doğma meydanda “Ural”la üz-üzə gəlib və nəhayət, qələbə həsrətinə son qoyub. Futbolçumuzun komandası görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Ramil start heyətində meydana çıxıb və matçı əvəzlənmədən başa vurub. O, komandasının vurduğu hər iki qolda yaxından iştirak edib. Xüsusilə ikinci qolda topu rəqibin cərimə meydançasına qədər daşıyan futbolçumuzun məhsuldar ötürməsi həlledici olub. Qeyd edək ki, “Dinamo” 3 turdan sonra 4 xalla 7-ci pillədə qərarlaşıb.
Rusiyanın 1-ci divizionunda isə 5-ci turun oyunları keçirilib. U-21 yığmamızın sabiq üzvü Kamran Əliyevin formasını geydiyi “Ximki” səfərdə Volqoqrad “Rotor”u ilə qarşılaşıb və oyundan heç-heçə ilə ayrılıb – 1:1. Kamran görüşün iştirakçısı olub. Əvvəlki turlarda start heyətində meydana çıxan futbolçumuz bu dəfə 49-cu dəqiqədə meydana buraxılıb. Komandasının ilk dəfə xal itirdiyi qarşılaşma Əliyev üçün də uğursuz alınıb. O, 66 və 79-cu dəqiqələrdə sarı vərəqə alaraq, meydandan qovulub. Buna baxmayaraq, “Ximki” 5 turdan sonra 13 xalla zirvədəki yerini qoruyub.
Çexiyanın “Slaviya” klubunun gənclərdən ibarət komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Fərid Nəbiyevin formasını geyindiyi sözügedən komanda “Ştexoviçe” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan böyükhesablı qələbə ilə ayrılıb – 6:0. Darmadağında əsas pay sahibi məhz Fərid olub. Daha öncə “Şlask”la yoxlama oyununda da bir dəfə fərqlənən U-21-in üzvü start heyətində meydana çıxdığı görüşdə het-trikə imza atıb. O, oyunun 36, 38 və 71-ci dəqiqələrində fərqlənib.
Latviya çempionatında 23-cü turun oyunları keçirilib. Vüqar Əsgərovun “Liepaya”sı səfərdə “Metta” ilə üz-üzə gəlib və evə 3:2 hesabı ilə qalib dönüb. Vüqar start heyətində meydana çıxıb və 76 dəqiqə meydanda olmasına rəğmən, fərqlənə bilməyib. “Liepaya” hazırda 28 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bir müddət əvvəl “Dauqavpils”ə transfer olunan Əli Şirinov da növbəti matçına çıxıb. “Ventspils”in qonağı olan Əlinin komandası darmadağına məruz qalıb - 0:3. Futbolçumuz 57-ci dəqiqədə oyuna qoşulmaqla Latviya çempionatında debüt edib. “Dauqavpils” hazırda 21 xalla 9 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Məlum olduğu kimi, Litva çempionatında da həmyerlimiz top qovur. Kamran Quliyevin formasını geydiyi “Jonava” 1-ci liqada 17-ci tur çərçivəsində “Kupişkis”i qonaq edib və oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Kamran ikinci hissənin startında meydana daxil olub. Cari mövsümdə hesabında 6 qol olan gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib. “Jonava”nın 30 xalla 4-cü pillədə qərarlaşdığını əlavə edək.
Qazaxıstanda legioner həyatı yaşayan Emil Balayevin işləri yolunda getmir. Daha doğrusu, onun komandası uğursuzluq yaşayır. Qazaxıstan çempionatında 20-ci turun oyunları keçirilib ki, qapıçımızın şərəfini qoruduğu “Tobol” növbəti məğlubiyyətlə üzləşib. Doğma meydanda “Kaysar”la qarşılaşan kostanaylılar 0:2 hesabı ilə uduzub. Başqa sözlə, “çərçivə”ni qoruyan Balayev komandasının məğlubiyyətinə mane ola bilməyib. Üstəlik, ikinci qol zamanı kobud səhvlə diqqəti çəkib. Beləliklə, “Tobol” zirvəni əldən verib. Hesabında 39 xal olan komanda “Astana”nı özündən 2 xal irəli buraxıb və 2-ci pilləyə geriləyib.
Moldovanın “Dinamo-Avto” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Nurlan Novruzovun yeni müqavilə bağladığı komanda sınaq matçında Moldovanın birinci liqa təmsilçisi “Tiqina” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma Tiraspol təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Nurlan da oyunun iştirakçısı olub. Debüt edən futbolçumuz ilk matçındaca qol hesabını açıb. O, uzaq küncü dəqiq nişan almaqla komandasının sonuncu qoluna imza atıb.
Qeyd edək ki, Moldova çempionatında fasiləyə avqustun 3-də yekun vurulacaq. “Dinamo-Avto” isə bir gün sonra səfərdə "Petrokub"la qarşılaşacaq. 26 yaşlı forvardın həmin gün Moldovada rəsmi debüt edəcəyi gözlənilir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar