24 iy 12:45aktual

“Dandolk” haqda bilməli olduqlarımız


“Dandolk”un beynəlxalq arenada o qədər də tanınmamasına görədi ki, ölkə futbolsevərləri “Qarabağ”ı artıq indidən APOEL – “Sutyeska” cütünün qalibinə rəqib görür. Avrokuboklarda zəngin təcrübəsi olmayan, ən yaddaqalan uğuru 2016-da Avroliqanın qrupuna düşmək olan son İrlandiya çempionu cari mövsümdə bacardıqca irəliləmək niyyətindədi. Yəni “Qarabağ”la eyni iddiadadılar. Əslində bu cür düşünməyə haqqları da var. “Şəhərlilər” fantastik rəqib sayılmasalar da, dillərinə görə dilçəkləri var. “Riqa”nı yalnız penalti zərbələri hesabına üstəsələr də, hər iki qarşılaşmada latviyalılardan üstün oynadıqları göz qabağındaydı. Elə bu yazını yazmağa da “Riqa” ilə oyunların icmalı məcbur etdi. Həm Dandolkdakı, həm də Riqadakı görüşlərin videoicmallarını izlədikdən sonra sizlər üçün maraqlı ola biləcək cızma-qara etmək istədim.
1 aya 7 oyun
“Şəhərlilər”in əsas üstünlüyü oyun təcrübəsinin azlığından əziyyət çəkməməsidi. İrlandiyada hazırda çempionat davam edir ki, bu da “Qarabağ”ın rəqibi üçün müsbət cəhətdi. Təsəvvür edin, “Dandolk” iyunun 29-dan bu yana 5 rəsmi oyuna çıxmağa imkan tapıb. İyunun 29-da səfərdə “Şemrok Rovers”i 1:0 hesabı ilə üstələdikdən iki gün sonra, yəni iyulun ilk günündə doğma azarkeşlər önündə “Vaterford”u darmadağın ediblər – 3:0. İyulun 5-də yenə çempionat qarşılaşmasına çıxıblar, bu dəfə səfərdə “Derri Siti” ilə matç 2:2 hesablı bərabərliklə sonuclanıb. İyulun 10-da “Riqa” ilə İrlandiyadakı oyun, bundan bir həftə sonra Latviyadakı matç.
Sabah “Qarabağ”ı qonaq edəcək “şəhərlilər” cümə günü çempionat oyunu çərçivəsində “Sent Patriks”in qonağı olmalıydılar. Ancaq “Qarabağ”la oyuna daha yaxşı hazırlaşmaq niyyəti güdən “Dandolk”un xahişi ilə yerli futbol qurumu həmin oyunu təxirə salıb. 31-də Bakıya meydana çıxmaq məcburiyyətindədilər. Göründüyü kimi, bir ayda 7 oyun!
Əsas heyətin 5 daimi üzvü
Bəlkə də bu səbəbdəndi ki Vinni Pert hər oyunda dəyişikliklərə əl atır. Təsəvvür edin, baş məşqçinin sərəncamında konkret “11-lik” yoxdu. Hər oyunda azı 2-3 ad dəyişiklik görmək mümkündü. Elə isə son üç qarşılaşmadakı adlara nəzər salaq.
“Derri Siti” – “Dandolk”: Qari Rocers, Endi Boyl, Dean Jarvis, Sean Qannon, Daniel Kliri, Kris Şilds, Robbi Benson, Patrik Makeleni, Con Mauntni, Maykl Daffi, Corc Kelli.
“Dandolk” – “Riqa”: Qari Rocers, Dean Jarvis, Sean Hoare, Sean Qannon, Daniel Kliri, Kris Şilds, Patrik Makeleni, Con Mauntni, Maykl Daffi, Ceymi Makqreyt, Patrik Hoban.
“Riqa” – “Dandolk”: Qari Rocers, Sean Hoare, Sean Qannon, Deyn Massey, Endi Boyl, Kris Şilds, Patrik Makeleni, Con Mauntni, Ceymi Makqreyt, Robbi Benson, Patrik Hoban.
Az öncə qeyd etdiyimiz kimi, Pert son 3 oyunun hər birində heyətdə dəyişiklik etməklə yadda qalıb. Əsas heyətin dəyişməz 5 üzvü bunlardı: Qari Rocers, Sean Qannon, Kris Şilds, Patrik Makeleni, Con Mauntni.
Fiziki hazırlıqları göz oxşayır
Söhbət Britaniya futbolundan gedirsə, güc futbolunun, başqa cür desək, fiziki hazırlığın ön planda olmaması mümkün deyil. “Dandolk”un futbolçularının fiziki durumu sözün əsl mənasında göz oxşayır. Durmadan pressinq edir, cinahboyu reydlərlə yadda qalırlar. Topa nəzarət baxımından “Qarabağ”dan çox-çox geri qalsalar da, təktoxunuşlu ötürmələri diqqəti çəkir. Məsələn, meydanın mərkəzindən 2-3 ötürmə ilə cinahları işə salıb rəqib qapısı önündə təhlükə yaratmağı bacarırlar. Əsas üstünlükləri isə hamıya məlum olan “ikinci mərtəbə”di. Təkcə cinahlardan yox, hətta meydanın mərkəzindən də topu qapı qarşısına havalandırıb, başla oynamağı bacaran futbolçuların ustalığına ümid edirlər. Odu ki, “Dandolk”la oyunlarda hava toplarında effektli olmağı bacaran Miçel, Aylton və Rahil Məmmədovun üzərinə böyük yük düşəcək.
Müdafiə xətti etibarlıdı
Müdafiə xəttindəki etibarlılığı da qeyd etmək yerinə düşər. Təsəvvür edin, çempionat, Liqa kuboku və Avroliqada keçirdiyi son 10 oyunda “Dandolk” rəqib qapılarına 19 dəfə yol tapmağı bacarıb. Öz qapısında gördüyü topların sayı isə vur-tut 4-dü. Arxa xətdə Sean Qannonla Sean Hoareyə daha çox ümid bəslənir. Hava toplarında, demək olar, keçilməzdilər. Zəif cəhətləri texniki bacarığı üstün olan rəqiblərə qarşı kobud, bir çox hallarda sərt oynamalarıdı. Odu ki, Abdulla Zubirlə Dani Kintana, hətta Filip Ozobiç fərdi ustalıqlarından maksimum yararlanıb, cərimə meydançasının həndəvərində və içində rəqibi kobud oynamağa məcbur etməlidilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar