22 iy 17:05aktual

“Səbail”in debüt səhvləri


Aftandil Hacıyevi proqnozlar yanıltdı?!
Avrokuboklara 4 komanda ilə başlasaq da, artıq biri sıradan çıxdı. Yola üç iştirakçı ilə davam edəcəyik. “Səbail” debüt mövsümündə mübarizəni ilk mərhələdə dayandırdı. Aftandil Hacıyevin komandasının mərhələ adlamaq şansı var idi? “Universitatya” keçiləsi rəqib idi? “Dənizçilər” harda səhv buraxdı?
Qorxan gözə çöp düşər
Bir ay əvvəl Nyonda avrokubokların püşkü atılanda əksəriyyət birağızdan “Səbail”in bəxtinin gətirmədiyini dilə gətirdi. Hətta özünü Rumıniya futbolunun bilicisi sayan mütəxəssislərimiz də “Universitatya”nın gücünü şişirtməyə başladı. Ay köklü klubdu, büdcəsi aşıb-daşır, milyonluq oyunçuları var, möhtəşəm azarkeşlərə sahibdi - onların təzyiqi qarşısında tab gətirmək hər oğulun işi deyil, qabağına çıxanı əzib keçir, ay elə, vay belə… Gördüklərimizə, müşahidələrimizə əsasən Rumıniya təmsilçisinin heç də deyilən qədər olmadığını vurğulamalıyıq. Düzdü, 70 illik klubla debütantı müqayisə etmək olmaz. “Tələbələr”in büdcəsi, bahalı oyunçularının olması fikri də qəbulolunandı. Hərçənd özünə hörmət edən böyük klubun stadionunun ot örtüyü o vəziyyətdə olmamalıdı. Topa vururdun, yerdən toz qalxırdı. Futbol mənasında da rəqib heç də “div” deyildi.
Yenidən qurulan komanda
Ola bilsin, kimlərsə “Səbail”in ovaxtkı durumuna baxıb “Universitatya”nı favorit göstərirdi. Bu fikirlə razılaşmamaq olmur. Bayıl təmsilçisi püşkatmadan bir gün əvvəl Bolqarıstana - təlim-məşq toplanışına yollanmışdı. Həmin vaxt komanda “sökülmüşdü” və hələ “yığılmamışdı”. Demək olar, heyətin yarıdan çoxu - Kevin Kubemba, Ruslan Qurbanov, Maudo Jarjue, Yevgeni Koçuk, Oke Akpoveta, Tome Kitanovski, Tamazi Tsetsxladze, İmanol İriberri, Enrike Moura Perilyo, Emil Martinov, İqor Korotetski düşərgəni tərk etmişdi. Bundan başqa, Aleksandr Rıbka zədələnib uzun müddətə sıradan çıxmışdı. “Köhnə qvardiya”nın bir neçə üzvü (Ağabala Ramazanov, Maykl Essyen) düşərgəyə ləngimə ilə dönmüş, transferlər məhz Bolqarıstanda həyata keçirilmişdi.
Aftandil Hacıyevin cəmi üç həftə vaxtı var idi. Belədə hansısa düşünülmüş, ardıcıl transferlərdən danışmaq yersiz görünə bilər. Sözsüz ki, bu “tezbazar”da əldə edilən futbolçulardan hansınınsa “brak” çıxması gözlənilən idi. Hərçənd klub sanki buraxdığı səhvi anlayıb transfer fəaliyyətini sürətləndirdi. Koçukla razılıq əldə olundu, Mirabdulla Abbasov və qardaşı Mirsahib, Kamal Bayramov, Dilan Duventru, Bilal Həmdi, Ürfan Abbasov, Turan Manafov, Daniel Bojinovski, Eriko da Silva ilə müqavilə imzalandı.
Həyəcan təbili
Transferlərin yubanması, ümumiyyətlə, komandadakı problemlər sınaq matçlarındakı nəticələrdə də özünü göstərdi. Təsadüfi deyil ki, Banskoda baş tutan 4 görüşdən (“Lokomotiv (Bolqarıstan) - 0:1, “Beroe” (Bolqarıstan) – 0:4, “Klinçeni” (Rumıniya) – 0:0, “Makedoniya” (Şimali Makedoniya) – 0:1) birində heç-heçə edən komanda üçündə uduzdu. Yeri gəlmişkən, “dənizçilər”in sonuncu rəqibi “Makedoniya”nı Ermənistan təmsilçisi “Alaşkert” Avroliqadakı hər iki görüşdə (3:0, 3:1) məğlub edərək rahat keçdi. Toplanışın gedişində “Səbail”in əsas probleminin hücum xətti ilə bağlı olduğu üzə çıxmışdı. Komanda 4 oyunun heç birində rəqib qapılarına yol tapa bilməmişdi. Əvəzində AL-də müdafiə daha bərbad təsir bağışladı. Hücumda Ağabala Ramazanov üz ağartdısa, özü müdafiəçi olan Aftandil Hacıyevin komandası “Universitatya” ilə görüşlərdə qapısından 6 top buraxdı. Banskodakı qədər...
“Bahalı oyuncaq”
Maykl Essyen onu belə adlandırdığımızı eşitsə, ürəyi partlamsa da, bikef olar, özünə yer tapa bilməz. Amma bəlli həqiqətdi ki, ulduz futbolçu rəhbərliyin PR kampaniyasının bir hissəsidi. O, məşqçilər korpusunda və ya U-19-un baş məşqçisi kimi daha faydalı olardı, nəinki meydanda. Əks-hücum taktikasına üstünlük verən, döyüşkən futbolçulara malik komandada yaşı keçmiş, “çemodan”ını tərpədə bilməyən, özü də spesifik mövqedə çıxış edən birinin varlığı “zəif bənd” kimi dərhal özünü göstərir. Əslində Aftandil Hacıyev ilk gündən Essyenə ehtiyat qüvvə gözü ilə baxır, adətən, sonradan meydana buraxırdı. Halbuki üzərində “o boyda futbolçu gətiriblər, baş məşqçi xidmətindən yararlanmır” kimi təzyiq var idi. Bir yandan da rəhbərlik nəyin bahasına olur-olsun, qanalının oynamalı olduğunu diqtə edirdi. Gənc mütəxəssis “Universitatya” ilə ev oyununda xarakterinin ziddinə qərar verdi ki, ilk görüşdəki 2:3-də bunun rolu az olmadı. Onun orta sahədəki fəaliyyətsizliyi üzündən üstünlüyü ələ keçirən rumınlar hətta böyükhesablı qələbəyə də nail ola bilərdi. Amma Aftandil Hacıyev Essyeni əvəz edəndən sonra hesab abırlı oldu.
Bütün günahı Essyenin üzərinə yıxmaq ədalətsizlik olar. Mirabdulla Abbasov ondan az günahkar deyil. “Neftçi”dəki rəqabətdən qorxub “Səbail”ə qaçan forvardın ulduzu, çox güman, elə Bayılda birdəfəlik sönəcək. Əlinə düşən “hədiyyə”lərdən yararlana bilməməsi bir yana, faydalı iş əmsalı sıfra bərabər idi.
Təcrübəsizliyin qurbanı
İnsafən, Aftandil Hacıyev cavab görüşündə uğurlu taktika seçmişdi. Hərçənd ötən oyuna sonradan çıxan və dönüş edən Fəhmin Muradbəyli bu dəfə ilk “11-lik”də yer almalı idi. İstənilən halda, 0:2-dən sonra oyundan qopmayan, mübarizəni davam etdirən komanda möcüzə gerçəkləşdirməyə yaxın idi. “Səbail” vəziyyəti dəyişə, hesabı bərabərləşdirə bildi. Oyunu əlavə vaxta daşımaq üçün bir qol lazım olduğu vaxtda müdafiədə ani səhv ölümcül zərbəyə səbəb oldu. Bəlkə də bir qədər soyuqqanlı olub qələbə topunu da vurmaq olardı. Çox güman, buna təcrübə çatmadı. Həm komandada, həm də Aftandil Hacıyevdə. Baş məşqçinin qələbə topunu vurmaq lazım gəldiyi bir vaxtda müdafiəçini (Ürfan Abbasov) müdafiəçi (Eltun Yaqublu) ilə əvəzləməsi “risk etməyən şampan içmir” deyimini yada salır. Ancaq bunu ona bağışlamaq olar. Axı Aftandil Hacıyev də məşqçi kimi avrokuboklarda debüt edirdi. Necə ki vaxtilə Qurban Qurbanov “Neftçi”də eyni aqibət yaşamış, təcrübəsizliyin qurbanı olmuşdu. Amma Hacıyev nə qədər ki, rəhbərliyin səhvlərini öz boynuna çəkəcək, heyət seçimini onların diqtəsi ilə edəcək, uğursuzluq qaçılmazdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar