22 iy 16:51aktual

“Qarabağ”lılar diqqətli olmalıdı!

“Qarabağ”lılar diqqətli olmalıdı!
“Dandolk” 2016-dan bu yana evdə uduzmur
Yəqin ki, “Qarabağ”a olan inama görədi. “Partizani” ilə oyunlardan üzüağ çıxan ağdamlıları indi böyük əksəriyyət 3-cü mərhələdə görür. Halbuki Çempionlar Liqasındakı təmsilçimiz bu ayın sonuna qədər 2-ci mərhələdə vacib oyunlara çıxacaq. Rəqib isə “Dandolk”du.
Ola bilsin, bu komandanın avrokuboklarda ciddi uğura imza ata bilməməsi azərbaycanlı futbolsevərləri inamlı olmağa həvəsləndirib. Bəlkə də İrlandiyada futbolun olmadığını düşünürlər. Unutmamalıyıq ki, “Dandolk” Britaniya futbolunu təmsil edir. Fiziki hazırlıq və “ikinci mərtəbə”dəki bacarıqları baxımından üstünlük onların tərəfində olacaq. İstənilən halda, top yumru, meydan düzdü. Yəni ilk oyun keçirilmədən şanslar haqda konkret fikir yürütmək çətindi. Yalnız İrlandiyadakı qarşılaşmadan sonra ümumi məzmunlu nəsə yazmaq olar.
İndiki məqamda marağa səbəb olan məqam “Dandolk”un avrokubok sərgüzəştləridi. Təbii ki, buna sərgüzəşt demək olarsa. 1903-cü ildə yaradılan klub 1963-dən beynəlxalq arenalarda görünməyə başlasa da, Çempionlar Liqası, UEFA kuboku, Avroliqa, Kuboklar Kuboku kimi yarışlardakı oyun sayı “Qarabağ”dan çox azdı. Elə nəticə baxımından da eyni sözləri işlətmək olar. Rəqibin yeni əsrdə - 2002/03 mövsümündən bu yana keçirdiyi 32 oyunun nəticəsini diqqətinizə çatdırandan sonra bəzi detallara toxunacağıq.
2002/03. UEFA kuboku. Təsnifat mərhələsi. “Varteks” 0:4, 0:5
2010/11. Avropa Liqası. 1-ci mərhələ. “Qrevenmaher” 2:1, 3:3
2-ci mərhələ. “Levski” 0:2, 0:6
2014/15. Avropa Liqası. 1-ci mərhələ. “Jeness” 3:1, 2:0
2-ci mərhələ. “Hayduk” 0:2, 2:1
2015/16. Çempionlar Liqası. 2-ci mərhələ. BATE 0:0, 1:2
2016/17. Çempionlar Liqası. 2-ci mərhələ. “Hafnarfyordur” 1:1, 2:2
3-cü mərhələ. BATE 3:0, 0:1
Pley-off. “Legiya” 0:2, 1:1
Avropa Liqası. Qrup mərhələsi
“Zenit” 1:2, 1:2
“Alkmaar” 0:1, 1:1
“Makkabi” (Təl-Əviv) 1:0, 1:2
2017/18. Çempionlar Liqası. 2-ci mərhələ. “Rusenborq” 1:1, 1:2
2018/19. Avropa Liqası. 1-ci mərhələ. “Levadiya” 2:1, 1:0
2-ci mərhələ. AEK (Larnaka) 0:0, 0:4
2019/20 Çempionlar Liqası. 1-ci mərhələ. “Riqa” 0:0, 0:0, p.– 4:5
Bu da yuxarıdan aşağı baxdığın(m)ız və “Qarabağ”ın asanlıqla mübarizədən kənarlaşdıracağını təxmin etdiyin(m)iz “Dandolk”. Düzdü, qeyri-adi uğura imza atmayıblar. Yalnız bir dəfə, o da 3 il əvvəl Avroliqanın qrupuna vəsiqə qazanmaqla diqqətləri üzərinə çəkməyi bacarıblar ki, klub tarixində ilk və son uğur kimi yadda qalıb. Bizi narahat etməli olan məqam başqadı: “Dandolk”un “doğma divarlar” arasında inamlı oyunu və əldə etdiyi sərfəli nəticələr. 2002-ci ildən bu yana İrlandiyada keçirilən 16 qarşılaşmadan yalnız 6-da uduzublar. Aktivlərində 5 qələbə və 5 heç-heçə var. Xüsusən son illərdəki fəallığı da unutmaq olmaz. “Ağ zanbaqlar” BATE-ya iki oyunun heç birində uduzmayıblarsa, “Rusenborq”, AEK, “Makkabi” kimi rəqiblər də Dandolkda hədəfə çata bilməyib. Və ən önəmli məqam: “Qarabağ”ın rəqibi avrokuboklardakı son 5 ev qarşılaşmasının heç birində məğlub olmayıb. Sonuncu dəfə 2016-nın payızında “Alkmaar”a boyun əyiblər.
Odu ki, həm “Qarabağ”, həm də Qurban Qurbanov ehtiyatlı olmalıdı. Xüsusən də baş məşqçi belə statistik göstəriciləri yetirmələrinin diqqətinə çatdırmalı, kollektivdə arxayınlığın yaranmasına imkan verməməlidi. “Dandolk”un İrlandiyada qələbə qazanması təmsilçimizə baha başa gələr. Hər halda, ağdamlıların müdafiə futbolu sərgiləyən komandanın qapısına yol tapmaqda çətinlik çəkdiyini az görməmişik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar