19 iy 13:43aktual

Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi


“Hətta gedənlər üçün Moskvada bir neçə saatlıq gəzinti də reallaşdıra bilərik”
“Sperantsa” ilə səfər oyununda “Neftçi” dəstəksiz qalmadı. Söhbət təkcə Moldovada yaşayan azərbaycanlıların qarşılaşmanın baş tutduğu “Zimbru” stadionuna təşrif buyurmasından getmir. Bakıdan da Kişinyova səfər edənlər oldu. “Forza Neftçi” 21 nəfərlə Moldovanın paytaxtına yollandı və sevimlilərini Nisporeni təmsilçisi ilə dueldə tək qoymadı. Hərçənd “Neftçi”ni dəstəkləyənlərin sayının ümumilikdə 100 nəfərdən artıq olacağı gözlənilirdi. Lakin bu rəqəm 50-dən çox deyildi.
Yadınızdadısa, hələ püşk atılandan dərhal sonra Kişinyova səfər mövzusu aktuallaşmışdı. Həmin vaxt flaqmanın stajlı azarkeşlərdinən olan, hazırda turizm sahəsində çalışan Kənan Hənifəyev də “feysbuk” səhifəsində maraqlı statusla diqqəti çəkmişdi. O, Moldovanın paytaxtına 150-160 dollara tur təşkil edə biləcəyini yazmışdı. Lakin sonradan həmin səfər reallaşmadı. Daha dəqiqi, Hənifəyevin çalışdığı şirkət belə bir turu gerçəkləşdirməkdə maraqlı olmadı. Bu haqda qəzetimizə açıqlama verən Kənan bəy isə “Neftçi” mərhələni keçəcəyi halda “Arsenal”la oyun üçün Tulaya səfər təşkil etməyin mümkünlüyünü demişdi.
Bir neçə gün əvvəl Hənifəyev “feysbuk” səhifəsində Tula səfəri ilə bağlı belə bir paylaşım edib: “Kişinyovda əldə olunan qələbəyə əsasən əminliklə “Arsenal” – “Neftçi” oyununun səfərini anons etmək istəyirəm. Tula şəhərinə, həmçinin Moskvaya səfər etmək istəyənlərin sayı çox olsa, maraqlı bir tur təşkil edə bilərik. Nəqliyyat, qalmaq və gəzmək bir yerdə cəmi 130 dollara başa gəlir. “Neftçi”sevərləri səfər oyununda komandaya dəstəyə dəvət edirəm. Getmək istəyənlər, xəbər edin, səfərə çıxaq”.
Dünən Kənan bəylə əlaqə saxlayıb, turla bağlı detalları öyrəndik: “Bəli, elə bir fikrimiz var. Uşaqların istəyindən asılı olaraq biz hazırıq. Sadəcə, turu istəklərə əsasən təşkil edə bilərik. Dediyim kimi, şirkət olaraq səfəri təşkil etməyə hazırıq. Bəzi danışıqlarımız olub, onları dəqiqləşdirəndən sonra elanı ictimaiyyətə bildirəcəyik. Yetərli sayımız olduğu halda səfər baş tutacaq. Tam qrup şəklində olarsa, 40 nəfəri bu qiymətə - bir nəfər üçün 130 dollara avtobusla gediş-gəliş və qalmaq da daxil olan tur təşkil etmək mümkündü. Hətta belədə gedənlər üçün Moskvada bir neçə saatlıq gəzinti də reallaşdıra bilərik. Bu qiymətə qidalanma daxil deyil. Yol 28 saatdı, ancaq gömrük və dayanacaqları nəzərə alsaq, gediş 32-33 saat sürəcək. Qayıdanda isə Moskvaya da baş çəkməklə, yolculuq 36-38 saat sürəcək. Amma yenə deyirəm, qrup dediyim sayda olacağı halda həll etmək mümkündü. Maraqlananlar var. Sadəcə, səfər 4 gün çəkəcəyindən uşaqların çoxunun işdən icazə alması müşkülə çevrilib. Nəzərə alaq ki, oyun həftəiçidi və bu da çoxlarının işdən icazə almasına mane olur. Vaxtları olan tələbələrin isə büdcə sıxıntısı olduğundan istəklər üst-üstə düşmür. Onu da qeyd edək ki, səfər reallaşsa, nəqliyyat üçün 45 nəfərlik, geniş həcmli, komfortlu avtobus olacaq. Həmçinin azarkeşlər üçulduzlu oteldə qalacaqlar, səhər yeməyi də daxildi. Artıq bunlar danışılıb. Kim başqa oteldə, hosteldə və ya ayrı bir yerdə qalmaq istəsə, onu da sırf gediş-gəliş üçün nəqliyyat xidməti ilə təmin edə bilərik”.
Maraq üçün xatırladaq ki, “Forza Neftçi” də Tulaya səfər planlaşdırır. Azarkeş qrupunun səhifəsində bir nəfər üçün ümumi məbləğ 400 manat göstərilib. Bunun yarısı yolpuludusa, qalanı başqa xərcləri qarşılayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar