19 iy 13:16aktual

Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi

Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi
"Öz gücümüzdə olan rəqiblə hücum futbolu göstərmək olar"
Oyunsonrası mətbuat konfransına ənənədən kənar olaraq, əvvəlcə qonaq komandanın yox, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov təşrif buyurdu. Sevincini gizlədə bilməyən təcrübəli çalışdırıcı sözə oyun haqda ümumi fikirlərini çatdırmaqla başladı:
- Öncə futbolçularıma təşəkkür etmək istəyirrəm. Çox səbrlə oynadılar. Şükür Allaha ki, hər şey bizim tərəfdə oldu. Baxımlı oyun alındı. "Partizani" bəlkə də ilk mərhələdə görüşdüyümüz ən çətin rəqiblərdən idi. Müdafiə olunmaqdan yorulmur, həzz alırdılar və sürətli əks-hücumlar təşkil edirdilər. Hər bir futbolçumuz çox istəkli idi. Azarkeşlərimizə də möhtəşəm idi, hər birinə təşəkkür edirəm.
- İlk oyunda komanda ağır görünmüşdü və buna görə təndiq olundu. Ancaq bu dəfə sürətli komanda gödük. Doğrudanmı, yüklənmədən azad olmaq üçün bir həftə lazım idi?
- Açığı, heç bir təndiqə rast gəlməmişəm (gülür). Ola bilər ki, oxumamışam. Təlim-məşq toplanışından sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Komanda tam performasından hələ bir az uzaqdı. Futbolçulardan kimisi gec gəldi, oyunçuların hazırlığı fərqli idi. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbrli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər.
- Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiz?
- Məncə, bunda elə bir problem olmamalıdı.
- Bədavi Hüseynovun zədəsi nə yerdədi?
- Növbəti mərhələdə oynaması sual altındadı. Ola bilər ki, növbəti mərhələdə cavab matçını da buraxsın. Əzələ dartılmasıdı, vaxt lazımdı.
- Bu müddətdə mərkəz müdafiəçisi transferi gözlənilir?
- Legionerləri gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Yeni müdafiəçimiz Faysalın üstün cəhəti odu ki, hər iki cinahda oynayır. Bu üzdən Maksimi mərkəzdə oynada bilərik. Bu variantı nəzərə alaraq, yeni müdafiəçini transfer etmişik.
- Növbəti rəqib "Dandolk" haqda fikirlərinizi bilmək istərdik...
- Hələ fikir söyləmək tez olar. Çünki rəqibi daha ətraflı öyrənəndən sonra fikir söyləyə bilərik. Uzaq səfərə çıxacağıq ki, bu da yoğrunluq yaradacaq Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq. "Dandolk"un çətin rəqib olduğu göründü.
- Hər iki matçda çoxlu qol imkanı boşa verildi. Bu nə ilə bağlıdı?
- İstəməzdik ki, belə olsun. Ancaq futbolda belə hallar olur. Bəzən 4-5 epizodu qaçıra bilirsən. Bəzən isə bir şansın olur, onda da fərqlənirsən. Rəqib müdafiəçilərin oyununu da vurğulamaq lazımdı. Qol buraxmamaq üçün hər şey edirlər.
- "Qarabağ", adətən, təmkinli oynayır. Bu dəfə isə hücumameyilli çıxış etdiz. Bu, oyun üslubunuzdakı dəyişikliklə bağlıdı?
- Bu gün çox topa sahib olduq. Səfərdəki matçda da rəqib zonaları boş qoymurdu. O qədər də hücumlarımız olmamışdı. Əlbəttə, evdə azarkeş dəstəyi ilə rəqibi daha çox öz qapısına sıxa bilirsən, futbolçular daha inamlı olur. Qeyd etdiyim kimi, uşaqlar çox səbrlə oynadılar.
- Aylton ilk rəsmi oyununa çıxdı. Onun çıxışını necə qiymətləndirirsiz? Vild-Donald Geryeni layiqincə əvəzləyə biləcəkmi?
- Normal. Düzdü, oyun təcrübəsi azdı. Əvvəlki formasından uzaqdı. Xeyli vaxtdı rəsmi oyundan kənarda qalıb. Son rəsmi oyununu səhv etmirəmsə, martda keçirmişdi. Yaşı da azdı. Bununla belə, təcrübəsi, səviyyəsi dərhal hiss olubdu. Futbolçuları bir-biri ilə müqayisə etmək istəməzdim. Hər bir oyunçunun öz potensialı var. İlk oyun üçün Ayltonda pis alınmadı. Ancaq daha hərəkətli olmalıdı. Bu da zaman keçdikcə düzələcək.
"Partizani"nın baş məşqçisi Franko Lerda isə danışmağa həvəsli deyildi. Əvvəldən media nümayəndələrinə xəbərdarlıq edildi ki, qonaq məşqçinin ümumi fikirlərini bildirməmək, birbaşa sualların verilməsini istəmək kimi xasiyyəti var. Ancaq konfrans salonunda yerini aldıqdan sonra uzun müddət telefonunda qurdalandı. Nəhayət, "Qarabağ" sizi nəyin hesabına üstələdi" sualını cavabladı:
- "Qarabağ" iki qol vurdu, biz isə yox. Rəqib şansları dəyərləndirdi və qalib gəldi. Ona görə də mərhələni rəqib komanda keçdi. Bu qədər sadə.
- Hər iki oyunu müdafiədə keçirdiz. İmkanınız olsaydı, yenidən müdafiə futbolu oynadardız, yoxsa bunu dəyişərdiz?
- Bu, rəqibin gücündən, kimə qarşı oynamağınızdan asılıdı. Güclü rəqibə qarşı, təbii ki, müdafiə futbolu oynamalısan. Amma öz gücümüzdə olan rəqiblə hücum futbolu göstərmək olar.
- Bakıdan qıcıqla ayrılırsız? "Qarabağ”a kin saxlamayacaqsız ki?
- Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram.
- Sizcə, "Qarabağ" hansı mərhələyə qədər irəliləyə bilər?
- "Qarabağ" güclü komandadı. Hansı mərhələyə qədər adlaya biləcəklərini dəqiq deyə bilmərəm. Kintana kimi meydana daxil olandan dərhal sonra fərqlənməyi bacaran oyunçuları var. Ailton Silvanı da qeyd etmək olar.
- Su şüşəsinə təpik vurduz və sarı vərəqə aldınız. Bu, penaltilərlə bağlı planınızın pozulmasından qaynaqlandı?
- Bu, oyun əsnasında olan bir hiss idi.

Reaksiyalar
Tahir Gözəl: “Onların məqsədi bəlkə də penaltilərə getmək idi. İlk qoldan sonra oyun açıldı. Əsl ləzzəti orda aldım. Gözəl oyun alındı, “Qarabağ” əla çıxış etdi. Yeni futbolçulardan da razıyam. Güclü “Qarabağ” görürəm. Uğurlu oyun alındı. Bütün komanda yaxşı çıxış etdi. Abdullah Zubirin oyunu ilə adamın lap ürəyi açıldı. Son dəqiqələr ürəyimcə oldu. Onlar çox qapalı oynayırdı. Qoldan sonra açılmaq məcburiyyətində qaldılar. Qapalı oynayan komandaya qarşı hücum etmək və fürsət yaxalamaq çətin olur. Oyun ilk qoldan sonra başladı. Məncə, ikinci mərhələdə İrlandiyaya getmək xoş olardı. Hər iki komanda ilə oynamağa hazırıq. Bizim üçün fərq etmir. Mənə görə, “Dandolk”la qarşılaşacağıq. Qarşımıza Çempionlar Liqasında nə hədəf qoymuşuq? Türk mütəxəssis Tacəddin Doğan akademiyamızda əlaqələndiricidi. “Qarabağ”da gənc futbolçular yetişdirmək üçün bura gəldi. Bu gün meydanda üç azərbaycanlı oyunçu var idi. Gələcəkdə daha çox yerlilərə üstünlük verməyi arzulayıram. Tacəddin Doğanın bizimlə olması çox mühüm və sevindirici xəbərdi. Yaxşı futbolçularımız var. Yeni transferimiz Maqaye Geye son dəfə “Osmanlıspor”da oynayıb. Məncə, xeyirli olacaq. Uyğunlaşmaq üçün vaxt lazımdı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odu ki, yeni oyunçuları komandaya tez uyğunlaşdırsın. Allah ona kömək olsun. Uyğunlaşma tez olsa, fikrimcə, bu heyət avrokubokda mübarizə aparmaq üçün kifayətdi. Yeni oyunçular görək "Qarabağ"ın oyun sisteminə nə qədər vaxta uyğunlaşacaq. Bu da Qurban Qurbanovun işidi. İnanıram ki, yaxşı olacaq”.
Rəşad Sadıqov: “İlk oyun 0:0 hesabı ilə bitəndən sonra belə bir ssenari gözləyirdik. Xatırlamıram ki, 1-ci mərhələdə hansısa oyunumuz belə maraqlı, rəngarəng alınsın. İkinci hissədə sürəti artırmağa məcbur idik. Çünki rəqib yaxşı müdafiə olunurdu. Çox şükürlər olsun ki, fasilədən sonra oyunumuz alındı, qollar vurduq. İkinci hissənin əvvəlində qol zamanında gəldi. Gec vursaydıq, bəlkə də həyəcan artardı. Qurban müəllim fasilədə dedi ki, tələsməyin, həyəcanlanmayın, hesaba baxmayın, 90-cı dəqiqədə də qol vura bilərik, əlavə vaxtda da, oyununuzu oynayın. Yeni transferlərin komandaya tez uyğunlaşması bizi sevindirir. Vaxt keçdikcə daha yaxşı olacaqlar. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, ancaq sabah bu baş verməz. Müəyyən vaxt lazımdı. Vaqner Da Silvanın qurtarışına gəlincə, bizim də qaçırdığımız çox şans oldu. Onların bir real şansı oldusa, biz 4-5 yüzfaizlik fürsətdən yararlana bilmədik. Futboldu, mütləq belə an olur. Biz də həmin anı gözləyirdik, qol olsaydı, səhv etmirəmsə, qarşıda 10-15 dəqiqəlik vaxtımız var idi. Buna da hətta hazırlaşmışdıq. Çox şeyə hazırlaşırsan, ancaq meydanda alınıb-alınmayacağını bilmirsən. Paltardəyişmə otağında penalti seriyasına baxdıq. “Dandolk” qalib gəldi və ilk dəfə İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Səhv etmirəmsə, süni örtükdə oynayırlar. Bizi ağır oyunlar gözləyir. Əlimizdən gələni etməliyik ki, bizim üçün yaxşı olsun. Penalti seriyasını izləyəndə hansı rəqibi arzulayırdım? Mən heç vaxt rəqib istəmirəm. Həmişə Allaha buraxıram, hansı məsləhətdisə, o olsun”.
Vaqner da Silva: “Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Biz bu gün komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram, sona qədər dəstək oldular. İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindirici haldı. Ona görə də biz bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındı. Hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara yönəltməliyik. Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdu. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Oyuna ciddi hazırlaşmalıyıq. Rəqabətdən heç vaxt qorxmamışam. Karyeram ərzində həmişə rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddində böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür”.
Araz Abdullayev: “Cavab görüşündə də bizi intizamlı komandanın gözləyəcəyini bilirdik. Onların müdafiə sədlərini yarmaq çətin idi. Ancaq biz bunu bacardıq. Hər şeyə hazır idik. Bu üzdən hətta hesab 0:0 olanda da tələsmirdik. Bu oyunda səbr çox vacib idi. Nəticədə mükafatlandırıldıq. Məşqçinin qoyduğy hər mövqedə oynamağa hazıram. Rəqib böyük qüvvə ilə müdafiə olunduğundan irəlidə boş zonalar az idi, bu üzdən geri çəkilmək lazım gəlirdi. 2-ci mərhələdə istənilən rəqib çətindi. “Dandolk” kimi komandalarla oynamağa hazır olmalıyıq. Yalnız qalib gəlməliyik”.
MİRAĞA, RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar