18 iy 17:37aktual

Bordini istənilən hesablı qələbə qane edəcək


"Onunla heç bir şəxsi problemim olmayıb"
Dünən "Sperantsa" ilə oyunöncəsi "Neftçi"nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirdi. İtaliyalı mütəxəssis saat 17.30-da jurnalistlər önünə çıxdı. Özü də baş məşqçi tək gəlməmişdi. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov da mətbuat konfransında iştirak edirdi. Əvvəlcə məhz yarımmüdafiəçi fikirlərini bildirdi, sonra sualları cavabladı.
- Kişinyovdakı oyun bizim üçün yaxşı nəticə ilə yekunlaşdı. 3:0 əla hesabdı. Buna baxmayaraq, cavab görüşünə də eyni şəkildə hazırlaşmışıq. Yenə qələbə qazanmağa çalışacağıq. Bu üzdən hücum futbolu göstərəcəyik.
- Qeyd etdiyin kimi, səfərdəki matçda darmadağınla qalib gəldiz. Bu baxımdan cavab görüşünü məşq kimi qiymətləndirmək olar?
- Təbii ki, xeyr. Dünən "Şerif" "Saburtalo"ya 10 dəqiqəyə 3 qol vurdu. Buna görə də arxayınlaşmaq olmaz. Odu ki, evdəki oyunda da qələbə qazanmağa çalışacağıq.
- Rəqibin baş məşqçisi ilk oyundan sonra nəticəni üçüncü tərəfin - hakimlərin müəyyənləşdirdiyini demişdi. Buna cavabınız olacaq?
- İlk matçda da qələbə ilə buna cavab verdik. İnşallah, sabah da meydanda cavab verəcəyik. Bundan artıq danışmaq istəmirik.
- "Neftçi", demək olar, mərhələnin taleyini həll edib. "Arsenal"la oyun ərəfəsində Rusiya futbolunun yetirməsi kimi "Neftçi"də ən maraqlı personalardan biri sən olacaqsan. Heç bu ölkədən tanış futbolçulardan sənə zəng gəlib?
- Hazırda bütün diqqətimizi "Sperantsa" ilə oyuna yönəltmişik. Cavab qarşılaşmasından sonra "Arsenal"la bağlı suallara cavab vermək olar.
Daha sonra isə "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev sözü Roberto Bordinə verdi.
- Əlbəttə, sabah bizi çətin oyun gözləyir. Bu futboldu, gözlənilməz nəticələr tez-tez olur. Ona görə sabahkı matça maksimum konsentrasiya olacağıq ki, qələbə qazanaq. İlk oyundakı nəticə bizi aldatmamalıdı. Boşalmaq olmaz. Maksimum diqqətli davranmalıyıq. İlk oyunda da rəqib bizə çətin vəziyyətlər yaratmışdı. Fasiləyədək real qol imkanı vardı, Səlahət Ağayev bizi xilas etdi. Bundan başqa da daha bir qol imkanları oldu, ancaq istifadə edə bilmədilər.
- Kişinyovdakı qarşılaşma ilə müqayisədə start heyətində dəyişikliklər gözlənilir?
- Hələ bir gün vaxtımız var. Bugünkü məşqdən sonra məşqçilər heyəti ilə birgə heyəti müəyyənləşdirəcəyik. İndidən nəsə deyə bilmərəm.
- Zədəli Soni Mustivarla Baqali Dabo nə vaxt tam hazır olacaqlar ki, meydana çıxsınlar?
- Hər ikisi bizim üçün vacib futbolçulardı. Soni komandayla məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur. Bu da tez hazır olmasına, yaxşı hazırlaşmasına imkan verir. Ola bilər ki, onu sabah heyətdə görəsiz. Daboda da irəliləyiş var. Həkimlərin nəzarəti altında çalışır. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiz.
- “Arsenal”la matça qədər yeni transfer görə biləcəyikmi? Ümumiyyətlə, "Neftçi"də yeni futbolçuya ehtiyac var?
- Hazırda yalnız “Sperantsa” ilə oyunu düşünürəm. Bu səddi keçəndən sonra başqa mövzular haqda da danışa bilərik. İndi komandamızda hamı qarşıdakı oyunu düşünür.
- Yəni "Sperantsa"nı keçməsəz, transfer olmayacaq?
- Dediyim kimi, Moldova təmsilçisi ilə cavab oyunundan sonra başqa məsələlər haqda danışmaq olar.
- Səfərdə 3:0 hesabıyla qalib gəldiz. Bəs evdəki cavab görüşündə hansı nəticə sizi qane edəcək?
- Çalışacağıq ki, hücum futbolu oynayaq, matçda diqtə edən edən tərəf olaq. Aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək.
- Ola bilər ki, “Neftçi” "Arsenal”la matçı düşünərək bəzi sirlərini gizlətsin?
- Bundan öncə də cavab verdim ki, indi yalnız qarşıdakı matçı düşünürəm.
- Moldovada komandanın oyunu sizi nə dərəcədə qane etdi?
- Orda oyunsonrası mətbuat konfransında da bir məqamı vurğuladım. Mənə vacib olan komandanın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən, rəqib fiziki cəhətdən daha hazırlıqlıdı. Futbolçularımız da işə ciddi yanaşdılar. Bəzi səhvlərimiz oldu ki, rəqib sürətli futbolçuları sayəsində qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Çalışacağıq ki, bu dəfə həmin səhvləri təkrarlamayaq.
- Həmkarınız Kristian Efros ilk görüşdən sonra dedi ki, komandam belə qələbə qazansaydı, bir həftə yata bilməzdim. Sabah yaxşı oyunla inamlı qələbə qazanaraq onun yuxusunu qaçırmaq haqda düşünürsüz?
- Bütün həmkarlarıma hörmətlə yanaşıram. Hər kəsin öz fikri var. Onun dediklərinə şərh vermək istəmirəm. Ümumiyyətlə, təxribata getmək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdı.
- Bəlkə onun problemi şəxsən sizinlədi? Onu Moldovada çox udmusuz deyə yanıqlı qalıb? Yəni problem “Neftçi"ylə bağlı deyil...
- Onunla heç bir şəxsi problemim olmayıb. Efros yox, yalnız komandanın oyunu haqda düşünürəm. Bir azdan moldovalı həmkarımın mətbuat konfransı olacaq ki, bu sualları ona versəz, daha uyğun olar.
- “Neftçi”nin müdafiə xəttinə Voislav Stankoviç gəldi. Ancaq ilk matçda Mamadu Mbocu heyətə daxil etməyiniz riskə getmək istəməməyinizlə bağlı idi? Gələcəkdə bu futbolçular haqda hansı fikirdəsiz?
- Komandamızda 6 müdafiəçi var ki, 4-ü stopperdi. Anton həm mərkəzdə, həm də cinahda oynayır. Güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mboc - Petrov cütlüyünə şans verim. Bəlkə də bugünkü məşqdən sonra əsas heyətdə dəyişiklik ola bilər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar