17 iy 15:16aktual

Bezotosnı Ukrayna mətbuatına danışdı

Bezotosnı Ukrayna mətbuatına danışdı
“Qəbələ” karyeramın uğurlu mərhələsi idi”
Mövsümlərarası fasilədə“Qəbələ"dən ayrılaraq Ukraynanın birinci dəstəsində mübarizə aparan Odessa "Çernomorets"i ilə anlaşan Dmitri Bezotosnı ölkəsinin mətbuatına müsahibə verib. Təcrübəli qolkiper “Команда n-1” portalından olan həmkarımızla söhbətdə həm yeni klubu ilə bağlı fikirlərini bölüşüb, həm də “qırmızı-qaralar”da keçirdiyi illəri yada salıb.
- Dmitri, "Çernomorets"lə müqavilə imzaladın. Özün sabiq klubunda çıxış etmək istədin?
- Bəli. Qəbələdən dönəndən sonra Odessadaydım. Odessa klubunun rəhbərliyi ilə əlaqəyə girdim. Razılaşdıq ki, "dənizçilər"in təlim-məşq toplanışı başlayanda komandanın baş məşqçisi Angel Çervenkovla danışım. O. məni iş başında görəcək və bundan sonra gələcəyi müzakirə edərik. Sonda tanışlıqdan və bir neçə məşqdən sonra "Çernomorets"lə rəsmi müqavilə imzaladım və bununla da Odessa klubuna qayıtdım.
- Qəbələdə olduğunuz müddətdə "Çernomorets" başqa olub...
- Əlbəttə. İndi çoxlu gənc, ancaq eyni zamanda bir təcrübəli futbolçu da var. Bir neçə il çiyin-çiyinə oynadıqlarımdan indi qalan yalnız Volodya Arjanovdu.
- "Çernomorets" səndən başqa təcrübəli futbolçu Kosntantin Yaroşenkoyla müqavilə imzalayıb. Odessalılar yüksək liqaya qayıtmaq üçün mübarizə aparacaq?
- Əlbəttə. Komandanın qarşısında yalnız bu vəzifə durur. Elit divizionda imkan qədər tez olmalıyıq. "Çernomorets"in Ukrayna premyer-liqasına dönməsi üçün əlimi daşın altına qoymaq istəyirəm.
- Angel Çervenkoyla ilkin tanışlıq səndə baş məşqçi haqda hansı təəssürat yaratdı?
- "Çernomorets"lə məşq prosesinə başlayanda söhbətimiz oldu. Hər şey yaxşıdı, iş prosesində tanış oluruq, heç bir çətinlik yoxdu. İndi növbəti mövsümlə bağlı qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün ümumi məqsədə çatmağa köklənmişik.
- 2011-15-ci illər aralığında "Çernomorets"də oynamısan. Həmin illəri necə xatırlayırsan?
- Mənim üçün uğurlu dönəm idi. Çox layiqli futbol göstərdik, çempionatda medallar uğrunda mübarizə apardıq, avrokuboklarda oynadıq. Matçlarımızda tribunalar dolu olurdu. Oyunumuzu bəyənirdilər , ajiotaj vardı.
- "Qəbələ" ilə çətinlik olmadan ayrıldın?
- Bəli, bir-birimizə heç bir iradımız yoxdu. “Qəbələ” karyeramın uğurlu mərhələsi idi. Hansı ki, xatirəmdə qalacaq. Yaxşı əməkdaşlığımız oldu. Ümid edirəm ki, klub da məndən razı qaldı. Bir-birimizə çox kömək etdik. Ona görə də bu mərhələni "5" ilə qiymətləndirirəm.
- Roman Qriqorçuk "Qəbələ"dən səndən əvvəl getdi. O, baş məşqçi postundan ayrılandan sonra komandada nə dəyişdi?
- Bu, mənə aid sual deyil. Özüm bu haqda çox düşünürdüm ki, komanda Qriqorçukun gedişindən sonra zəiflədimi? Bir tərəfdən onunla çempionatda yüksək yerlər uğrunda mübarizə aparırdıq, Avropa Liqasının qrup mərhələsində çıxış edirdik. Onun "Qəbələ"dən gedişindən sonra isə yəqin ki, elə də balanslaşdırılmış futbol göstərmədik, ancaq titul qazandıq - ölkə kuboku. Buna görə də ikili təəssürat qaldı.
- Qriqorçuk səni "Astana"ya çağırmadı?
- Yox, belə bir söhbət olmayıb.
- Bəs Azərbaycanda qalıb başqa komandada çıxış etmək istəmədin?
- Bu, yalnız söz-söhbət səviyyəsində idi. İndi artıq "Çernomorets"in futbolçusuyam və hazırda bütün fikrim yalnız bu komandayla bağlıdı.
- 35 yaş qapıçı üçün çox deyil?
- Belə deyərlər, futbol hər şeyi göstərəcək. Kimsə 35 yaşda karyerasını bitirir, kimsə əksinə, qapıçı kimi parlamağa başlayır. Aleksadr Şovkovski, Canluici Buffonla bağlı nümunələrim var. Onlar bu yaşda yüksək səviyyəli oyun göstərirdilər. Ən əsası komandaya təcrübən və oyunun ilə kömək etməkdi. Əlbəttə, ola bilər ki, pasporta baxmaq olar, ancaq matçlardan sonra nəticə çıxarmaq daha yaxşıdı.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar