17 iy 09:54aktual

Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü


Qazaxıstan çempionatında 18-ci turun oyunları keçirilib. Emil Balayevin formasını geydiyi “Tobol” səfərdə “Ordabası” ilə qarşılaşıb. Matçda qol səsi çıxmayıb. Kostanay təmsilçisinin heyətində “çərçivə”ni Emil qoruyub. “Tobol” hazırda 39 xalla zirvədə qərarlaşıb. Yeri gəlmişkən, Qazaxıstan çempionatında 18-ci turun rəmzi komandasında da Emil Balayev yer alıb. Buna səbəb onun “Ordabası” ilə görüşdə komandasını bir neçə real qoldan xilas etməsi olub.
Qarşılaşmadan sonra Balayev “Tobol”un saytına danışıb: "Bir neçə gün əvvəl Lüksemburqda "Jöness"lə çətin matç keçirdik. Həmin görüşü unudub, "Ordabasi" ilə görüşə hazırlaşmaq üçün çox az vaxtımız var idi. Oyunun çətin olacağını bilirdik. Rəqib intizamlı komandadı. Başa düşürdük ki, meydandan maksimum nəticə ilə ayrılmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Yenidən turnir cədvəlində ilk pilləyə yüksəldiyimizə görə sevinirəm. İndi orda qalmaq üçün çox çalışmalıyıq".
Digər legionerlərimizdən də xəbər var. Latviya kubokunda 1/8 final mərhələsi çərçivəsində Vüqar Əsgərovun bu yaxınlarda transfer olunduğu “Liepaya” “Smiltene”nin qonağı olub. Əsgərovun komandası 4 cavabsız qolla qalib gəlib. Vüqar da bu görüşün iştirakçısı olub. Baş məşqçi Aleksandr Starkov ona start heyətində yer verib və 84-cü dəqiqədə əvəzləyib.
Ukrayna “Aleksandriya”sı Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Pavel Paşayevin çıxış etdiyi sözügedən komanda Makedoniya “Borets”iylə üz-üzə gəlib. Oyunun taleyini 1 qol həll edib. “Aleksandriya” ilk yarıda təyin olunan penaltidən dəqiq yararlanmaqla oyundan qalib ayrılıb - 1:0. Paşayev fasilədən sonra meydana çıxıb.
“Proyssen” növbəti mövsümə hazırlıq çərçivəsində daha bir sınaq görüşündə qüvvəsini sınayıb. Rüfət Dadaşovun şərəfini qoruduğu 3-cü bundesliqa təmsilçisi Hollandiya “Herakles”i ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3. Start heyətində meydana çıxan Dadaşov sona qədər mübarizə aparıb. Komandasının yeganə qolunu da 54-cü dəqiqədə penaltidən Rüfət vurub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar