Mövsümlərarası fasilədə daha bir yeniyetmə futbolçumuz ölkə xaricinə üz tutub. Söhbət “Neftçi”nin yetirməsi Əli Şirinovdan gedir. Bu haqda bilgini agent Erkin İbrahimovdan aldıq: “Əli azad agent olduğundan Latviyaya yollanmasında heç bir problem olmadı. Şirinov bundan sonra “Dauqavpils”in şərəfini qoruyacaq. Milan Obradoviçin gəlişindən sonra yeniyetmə futbolçu həm də U-21-ə cəlb olunur. Bu gün “Dauqavpils”in ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Yurmala” ilə oyunu var idi. Əlinin sənədlərini bu gün (dünən) saat 18.00-da çətinliklə olsa da, sistemə otuzdurduq. Baş məşqçi bundan istifadə edib Əlinin adını “Yurmala” ilə oyunun iştirak ərizəsinə saldı. Meydana çıxmasa da, futbolçumuz ehtiyat oyunçular skamyasında əyləşmişdi”.
RƏŞAD