15 iy 14:37aktual

PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq


Elgiz Abbasov: "Püşkatma avqustun ilk ongünlüyündə olmalıdı"
Peşəkar Futbol Liqasının (PFL) strukturunda ötən ay bəzi kadr dəyişikliyi edildi. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, PFL-in rəsmi saytının baş redaktoru Elgiz Abbasov Texniki İdman Şöbəsinin rəisi təyin olundu. Yeri gəlmişkən, 2014-cü ildən PFL-də çalışan Abbasovun departamentdəki yerinə də artıq yeni işçi cəlb olunub. Bu, Aslan Şahgəldiyevin rəhbəri olduğu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində mütəxəssis vəzifəsini icra edən, tərcümə işlərini həyata keçirən Müzəffər Müzəffərlidi.
Hazırda Elgiz Abbasovun işinin qaynar çağıdı. Növbəti mövsümün hazırlığı, texniki məsələlərin həlli, Əsasnamədəki dəyişikliklər, tətbiq ediləcək sistem haqda son yenilikləri öyrənmək üçün həmkarımızla əlaqə saxladıq.
- Növbəti mövsümün Əsasnaməsi hazırdı?
- Ötən mövsümün Əsasnaməsini, demək olar ki, tam yeniləmişik. Hansı ki, müəyyən boşluqlar var idi. Bütün detalları xırdalıqlarına kimi nəzərə almağa çalışmışıq. Belə deyək, yeni mövsümə yeni Əsasnamə ilə başlayacağıq. Kifayət qədər dəyişiklik var. Ortaya yaxşı məhsul çıxıb. Tərtibatında da dəyişiklik var, əvvəlkindən həm səhifə sayı, həm çap materialı baxımından fərqlənir.
- Konkret detallara toxunaq. Hansı dəyişikliklərdən söhbət gedir?
- Hamısını deyə bilməyəcəm, bu həm çox vaxt aparar, həm də istəyirəm klublara və sizə təqdim edək, özünüz tanış olub qiymət verəsiz. Diqqəti çəkən dəyişikliklərdən, sadəcə, bir neçəsini deyə bilərəm. İlk növbədə beynəlxalq standartlara uyğun şəkildə oyun günü planının tərtib olunduğunu vurğulayım. Orda komandaların saat neçədə stadiona gəlməsi və protokolu tərtib etmələri, hakimlərin hazırlıq vaxtı və başqa bu kimi texniki detallar əks olunub. Eynilə avrokubok oyunlarında olduğu kimi.
- Əvvəl bu məqamlar Əsasnamədə göstərilmirdi?
- Demək olar ki, göstərilmirdi. Ayrı-ayrı bəndlərdə ötəri toxunulsa da, ayrıca oyun günü planı yox idi. Yalnız özümüz bu qaydaları ölkə kubokunun finalında tərtib edirdik. Bundan sonra premyer-liqada və divizionda da hər şey detallı, ardıcıl şəkildə icra olunacaq. Müqavilələrdə notarius sənədinin ləğvini qeyd edə bilərəm. Bu, klubların maliyyəsinə müsbət mənada təsir edəcək. Əvvəl sırf notariusdan keçən müqavilələri qeydiyyata alırdıqsa, daha buna ehtiyac yoxdu.
- Bəs bu necə tənzimlənəcək?
- Beynəlxalq təcrübəyə əsaslandıq. Mütəxəssislərin fikrini öyrəndikdən sonra belə qərar verdik ki, iki tərəfin imzası ilə təqdim olunan sənədin notariusda təsdiqinə ehtiyac yoxdu.
- Gələcəkdə problem yaranmayacaq ki?
- Bu ehtimalı da nəzərə almışıq. Adətən, klub müqavilə imzaladığı futbolçunun sənədini bizə daha sonra, deyək ki, 10-15 gün keçəndən sonra təqdim edir. Onsuz da bu müddətdə problem yarana bilir. Ancaq klublara demişik ki, iki tərəfin imzası olan müqaviləni bağladığı gün elektron məktub formasında bizə təqdim edin. Biz həmin sənədi dərhal məlumat bazasına köçurək. Sənədin əslini bizə "transfer pəncərəsi"nın sonuna kimi təqdim etsələr də olar. Belədə futbolçu ilə bağlı hansısa problem yarandıqda biz buna çevik reaksiya verə bilərik. Ümumiyyətlə, sənədləşmədə kağız formasından elektronlaşmaya keçirik. "PFL-baza" deyilən sistem qururuq. Bu yerdə mən PFL-in prezidenti Ramin Musayevin adını, dəstəyini qeyd etməyi özümə borc bilirəm. Ramin müəllim bütün xırdalıqlarla maraqlanır, nə lazımdısa, yardım edir. Sistem, demək olar, hazırdı, xırda detallar qalıb. Hansı ki, onu test etmək üçün praktikaya ehtiyacımız var. Baza ilə tanışlıq üçün klubları dəvət edirik, onlara fərdi qaydada seminar keçirik. İlkin təəssürat belədi ki, çox məmnundular. Bu baza sayəsində müasirləşmə yönündə ciddi addım atdığımızı düşünürəm. "PFL-baza" üç hissəyə bölünür: admin, hakimlər, klublar. Belə deyim, hakimlər, klublar və PFL arasında bütün sənədləşmə bu baza daxilində elektron qaydada həyata keçiriləcək. Bura matçın ilkin, eləcə də hakimlərin yekun protokolları, klubların sənədlərinin, futbolçuların muqavilələrinin arxivlənməsi daxildi. Bir sözlə, hər şey elektron formada bu sistemdə cəmləşib. Martdan, yəni 4 aydı bu sistemin üzərində işləyirik. İnşallah, avqustun ilk həftəsində tam hazır olacaq.
- "Keşlə"nin stadionunun örtüyünün dəyişdirilməsi üçün tender elan olunub. Çox güman, proses yubanacaq. PFL-ə hər hansı müraciət ediblər?
- Çox güman, klub rəhbərliyi də "ASK Arena"dakı işlərin yubanmaq ehtimalını nəzərə alıb. Odu ki, ikinci stadion kimi "Dalğa Arena"nı sifariş ediblər.
- Püşkatma nə vaxt keçiriləcək?
- Konkret gün müəyyənləşdirməmişik. Avqustun ilk ongünlüyündə olmalıdı. İstəyirik bütün klublar üçün uyğun vaxt təyin edək ki, tədbirdə iştirak edə bilsinlər. Əsasnaməni də püşkatma mərasimində təqdim edəcəyik. Özünüz də görəcəksiz ki, müddəalar necə aydın izah olunub. Düzdü, mükəmməl və qüsursuz heç nə yoxdu. Amma Aslan Şahgəldiyev, Məlik Həsənov və başqa əməkdaşlarla birgə ortaya yaxşı məhsul çıxardığımızı düşünürəm.
- Birinci divizionla bağlı bizi hansı dəyişikliklər gözləyir?
- Divizionda bütün futbolçular mövsüm ərzində bir nömrə altında çıxış edəcəklər. Sirr deyil ki, əvvəl buna o qədər də fikir verilmirdi. Bir futbolçu mövsüm ərzində bir neçə nömrə seçirdi. Hətta elə olurdu ki, futbolçu bu turda bir, növbəti həftə başqa nömrə ilə oynayırdı. Artıq bu boşluq aradan qaldırılacaq. Yalnız “fors-major” halda dəyişikliklə bağlı bir dəfə güzəşt ola bilər. Bundan başqa, divizionda bütün oyunlarda diktor olacaq. Bu, futbolçular üçün bir motivasiyadı. Artıq bütün komandaları bu barədə xəbərdar etmişik. Buna görə hətta cəza da nəzərdə tutulur. 20-25 gün əvvəldən diqqətlərinə çatdırdıq ki, sonra bizi yox, özlərini günahlandırsınlar. Bundan başqa, divizionda da elektron protokollar tərtib olunacaq.
- Bunun üçün "birincilər" çıxış etdikləri stadionları internetlə təmin etməlidilər.
- Təbii ki. Bununla bağlı klub nümayəndələrini PFL-ə dəvət edib məlumatlandırmışıq. Tutaq ki, əvvəl 11 klub bunu həyata keçirir, üçü etmirdi. Biz peşəkarlıq meyarlarını əsas götürərək, həmin üç kluba da tələblərə məcburi əməl etməli olduqlarını başa salmışıq. Biz bununla həm də klubların işini asanlaşdırmağa çalışırıq.
- Divizionda mövsümün start tarixi, komanda sayı bəllidi?
- Çempionatın başlama vaxtı gələn həftə dəqiqləşəcək. Komanda sayına gəlincə, ötən mövsümün iştirakçılarının hamısı - 14-ü ilə də danışmışıq. Yarışdan imtina edən, bu və ya başqa səbəbdən oynamaq istəməyən yoxdu. Hamısı hazırlığa başladıqlarını bildirir. Mümkündü ki, elə ötən mövsümdəki komandalarla yolumuza davam edək.
- Bəs "Qəbələ"? Axı qaydalar sərtləşdirilib ki, divizionda iştirak etməyən əvəzedici komandaya görə premyer-liqa klubları cərimələnəcək.
- Bunu qeyd etməyi özümə borc bilirəm ki, "Qəbələ" Azərbaycan futbolunda əvəzsiz xidmətləri olan klubdu. Hansı komandanın heyətinə nəzər salsaq, orda mütləq "Qəbələ"li, bu klubun akademiyasından çıxan futbolçu görərik. Hələlik "Qəbələ"dən əvəzedicilərin diviziona buraxılıb-buraxılmayacağı barədə PFL-ə məlumat daxil olmayıb. Güman edirəm ki, qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar