15 iy 14:26aktual

Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür


“Aşkar güclü olan rəqib qapısında 2 qol görməz”
Həftəiçi üç klubumuz – “Qarabağ”, “Neftçi” və “Səbail” cari avrokubok mövsümündə ilk oyunlarını keçirdilər. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Albaniya paytaxtında “Partizani” ilə qolsuz bərabərə qalsa da, “Neftçi” Moldovada yerli “Sperantsa”nın böyük hesabla məğlub edərək, növbəti mərhələyə adlamaq yolunda inamlı addım atmış oldu. “Səbail”in isə qitəmiqyaslı turnirdə debütü heç də uğurlu alınmadı. “Dənizçilər” “doğma divarlar” arasında Rumıniya "Universitatya"sına məğlub olmaqla (2:3) azarkeşlərini üzdülər.
İlk görüşdə rəqib qapıçısını məyus edə bilməsə də, futbol ictimaiyyəti cavab qarşılaşmasında “Qarabağ”ın istənilən nəticəni əldə edib, ikinci təsnifat mərhələsinə adlayacağını düşünür. İyulun 10-da Tiranada keçirilən qarşılaşma bir daha göstərdi ki, “köhlən atlar” səviyyə baxımından rəqibdən üstündü. Təsadüfi deyil ki, “Partizani”nin çalışdırıcısı Franko Lerda ilk görüşdən sonra mətbuat konfransında komandasının ağdamlılarla heç-heçə etməsini böyük xoşbəxtlik kimi dəyərləndirmişdi.
Kişinyovdakı matçdan sonra “Neftçi”nin baş məşqçisi Roberto Bordin hər nə qədər ehtiyatlı açıqlama versə də, “ağ-qaralar”ın az qala həvəskar kənd komandası təsiri bağışlayan “Sperantsa”dan bir baş üstün olduğu danılmaz faktdı. Düzdü, futbol sürprizlərlə zəngin idman növüdü. Ancaq “Neftçi” Moldovada əldə etdiyi böyük üstünlüyü “Bakcell Arena”da əldən verib, mübarizədən kənarda qalarsa, bu artıq sürpriz yox, faciəyə bərabər olar. Düzdü, moldavanların bizə faciə yaşadacaq gücdə olmadığını ilk qarşılaşma göstərdi. Əsas odu ki, ötən mövsümün vitse-çempionunun hansısa futbolçusu yersiz zədələnib, Tula “Arsenal”ı ilə oyun ərəfəsində məşqçilər korpusunu pis vəziyyətdə qoymasın.
Beynəlxalq arenada ilk rəsmi matçını keçirən “Səbail”i isə çox çətin cavab oyunu gözləyir. Srağagün “ASCO Arena”da keçirilən oyun rumınların daha səviyyəli futbolçulardan qurulmuş bir kollektiv olduğunu göstərdi. Rumıniyadakı cavab görüşü barədə fikirlərini bölüşən Aftandil Hacıyev özü belə baş məşqçisi olduğu komandanın geridönüş edə biləcəyinə inanmadığını deyirsə, deməli, “dənizçilər”in mərhələ adlamaq şansı sıfrın altındadı.
Bəs görəsən, mütəxəssislər ilk oyunları, təmsilçilərimizin mərhələ adlamaq şansını necə dəyərləndirir? Bu sualla Vidadi Rzayevə müraciət etdik. Vidadi bəy əksər futbol adamları kimi üç klubdan ikisini artıq növbəti mərhələdə gördüyünü bildirdi: “Avrokuboklarda iştirak edən üç klubumuzdan ikisinin – “Qarabağ” və “Neftçi”nin oyununu televiziya vasitəsilə izlədim. “Qarabağ” səfərdə oynasa da, özünü ev sahibi kimi apardı. Qurban Qurbanovun komandası hər komponentdə albanlardan üstün idi. Yeganə çatışmayan qol oldu ki, onu da vura bilərdilər. Ancaq bəxtləri gətirmədi. “Partizani” Ağdam klubuna tay tutulası rəqib deyil. Çempionlar Liqasındakı təmsilçimiz Bakıdakı oyunda Albaniya klubunu məğlub etməyi bacaracaq. İlk oyunda “Qarabağ” bir qədər də sürəti qaldırsaydı, rəqib komandanın müdafiəsini yara bilərdi. Bəlkə də ağır təlim-məşq toplanışndan sonra olduğuna görə futbolçularda bir qədər yorğunluq hiss olunurdu. Adətən, uzun sürən hazırlıq prosesindən sonra belə olur. Cavab görüşünə hələ bir neçə gün qalıb. Yəqin ki, baş məşqçi qarşıdakı günlərdə oyunçuları çox yükləməyəcək. Bu da istər-istəməz kollektivin meydana təravətli çıxmasına imkan verəcək. “Partizani”nin sıx müdafiə olunmasına gəlincə, 90 dəqiqə rəngarəng hücumlar qurulsa, rəqib istər-istəməz arxa xətdə səhvə yol verəcək. Hər dərdin əlacı olduğu kimi, bunun da bir yolu var. İnanıram ki, Qurban müəllim və futbolçular ilk matçda rəqibi yaxından tanıdılar və onların müdafiə oyununa qarşı vaksin tapa biləcəklər.
“Neftçi” isə Moldovada sanki məşqə çıxmışdı. Rəqibin adını da xatırlamıram. Ancaq onlar bizim premyer-liqada çıxış etsəydi, autsayderlər sırasında yer alardılar. Məncə, Bordin artıq indidən “Arsenal” haqda düşünməlidi. “Neftçi” bu yay heyətini əməlli-başlı gücləndirib. Açığı, onlardan çox şey gözləyirəm.
“Səbail” barədə nə deyim? Hələ püşkatmadan sonra hamı Aftandil Hacıyevin komandasının bəxtinin gətirmədiyini deyirdi. Oyuna baxmasam da, matçdan sonra məşqçilərin səsləndirdiyi fikirlərlə tanışam. Hacıyev özü də etiraf edir ki, komandası rumınlardan açıq-aşkar zəifdi. Yəqin o nəyəsə əsaslanaraq bu fikirləri səsləndirib. Yoxsa hansı baş məşqçi cavab görüşündən əvvəl belə bədbin sözlər deyər. Ya Aftandil müəllim rəqibin başının altına yastıq qoyub, onları arxayın salmaq istəyir (futbolda belə hiyləgər gedişlər olur), ya da doğrudan da “Səbail” komanda olaraq hələ belə görüşlərə hazır deyil. Bunun hansı variant olduğunu gələn həftə görəcəyik. Onu da bildirim ki, aşkar güclü olan rəqib qapısında 2 qol görməz. Deməli, onları da səhv etməyə məcbur etmək mümkündü”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar