13 iy 15:16aktual

Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi


“Gedişim maliyyə yoxlamaları və hansısa yeyinti ilə bağlıdısa, gec-tez səsi-sorağı çıxacaq”
“Keşlə”nin baş direktoru Rəmiş Malıyev postundan uzaqlaşdırılıb. O, ümumiyyətlə, futbol təsərrüfatındakı fəaliyyətinə son qoyub. Yəni artıq onu “Keşlə” kimi, AFFA-ya da heç nə bağlamır. Belə görünür, AFFA vaxtilə ən inandığı adamının “qələmini qırıb”. Başqa sözlə, Rəmiş Malıyev Elxan Məmmədovun dostları sayılan, AFFA-da yüksək post tutan və son üç ildə “vurulan” Orxan Hüseynzadə, Elnur Məmmədov, İslam Abbasov, Mikayıl Nərimanoğlunun aqibətini yaşadı. AFFA-nın hüquqşünası kimi tanınan və 2016-cı ildən bəri tez-tez vəzifəsi müsbətə doğru dəyişən Malıyev iyunun 1-dən “Keşlə”dən ayrılıb. O, 2008-ci ildə AFFA hüquqşünası kimi başladığı bu yolda qısa müddətdə uzun məsafə qət etməyi bacarmışdı. AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri, eyni zamanda UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsi olan Malıyev 2016-cı ildə Oyunçuların Statusu və Transferi Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2017-ci ilin fevralından "Keşlə"nin idarəçiliyini üzərində götürən AFFA Rəmiş bəyi səlahiyyətli nümayəndə seçib. Son olaraq "Keşlə"də baş direktor vəzifəsində çalışan 43 yaşlı hüquqşünas həmçinin Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti kimi də fəaliyyət göstərib.
“Keşlə”dən və futboldan uzaqlaş(dırıl)masının səbəbini Rəmiş bəyin özündən öyrənməyə çalışdıq: “Keşlə"dən ayrılmağımın xüsusi səbəbi yoxdu. Hər şey razılıqla oldu. Yəni elə bir problem yoxdu”.
Malıyev “bunun son aylarda “Keşlə”də aparılan maliyyə yoxlamaları ilə əlaqəsi varmı” sualını gülüşlə qarşıladı: “Cidanı çuvalda gizlətmək olmaz. Belə bir şey varsa, yəni gedişim maliyyə yoxlamaları və hansısa yeyinti ilə bağlıdısa, gec-tez səsi-sorağı çıxacaq. Təbii ki, indidən kimsə nəsə yazacaq, söz-söhbət olacaq. İnsanların ağzını bağlamaq olmaz. Hər halda, gedişim qəfil alındığı üçün reaksiyalar başadüşüləndi. Buna əhəmiyyət vermirəm. Ən azı mənim alnım açıq, üzüm ağdı. 11 il futbol təsərrüfatında işlədim. Artıq ayrılmaq qərarına gəldim. AFFA-ya niyə qayıtmadım? AFFA-dan çoxdan – iki il əvvəl ayrılmışam. Orda həmişəlik qalmalı deyildim ki. Onsuz da futbola başqa sahədən gəlmişdim. "Keşlə"nin rəhbəri Zaur Axundov və AFFA rəhbərliyi ilə aramızda heç bir narazılıq olmayıb. Zaur müəllimlə münasibətim çox yaxşıdı. Mənə etimad göstərdiklərinə görə təşəkkürümü bildirirəm. AFFA-da əsasən hüquqi işlərlə məşğul olmuşam. 2017-ci ildə assosiasiya məni "Keşlə" klubuna ezam etdi. Orda da Zaur Axundovun rəhbərliyi altında çalışdım. Onunla birgə işləmək mənə xoş idi”.
Maraqlıdı, Rəmiş Malıyev bundan sonra hansı işlə məşğul olacaq: “Ən azı indiki məqamda futbola dönüşümün baş verəcəyini düşünmürəm. Açığı, indi futbolda işləmək ağırdı. Klublarda iş kənardan göründüyü qədər asan deyil. Hansı işlə məşğul olacağıma hələ qərar verməmişəm. Ola bilsin, hüquqşünas kimi davam etdim. Çünki ixtisasım da hüquqşünasdı. Futboldan getsəm də, futzalda qalıram. Futzal Federasiyanın vitse-prezidenti postunda işimə davam edəcəm. Baxmayaraq ki, İcraiyyə Komitəsinin son toplantısında iştirak etmədim. Bu, “Keşlə”dən və futboldan ayrılmağımla bağlı deyildi. Həmin vaxt Bakıda deyildim, elə indi də paytaxtdan kənardayam. Daşkəsəndəyəm, paytaxtın səs-küyündən, istisindən qaçmışam. Bir sözlə, “dağlara çəkilmişəm” (gülür).
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar