13 iy 15:09aktual

“Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi


...Günorta saatlarında "Forza Neftçi"nin məskunlaşdığı hostelə baş çəkmək qərarına gəldik. Xəbər almışdıq ki, azarkeş qrupu gecəyarısı Kişinyova çatıb. Fanklub üzvləri ilə görüşəndə bəzi informasiyalar əldə etdik. Belə ki, "Forza Neftçi"nin səfəri planlaşdırılandan uzun sürüb. Buna səbəb azarkeşlərin Rusiya ərazisindən Ukraynaya daxil olmaq istədiyi vaxt problemlə üzləşmələri olub. Müharibə şəraiti üzündən "Forza"nı Luqansk gömrüyündən buraxmayıblar. Nəticədə fanatlar əlavə 1000 kilometr məsafə qət etməli olublar ki, bu haqda qəzetimizin ötən sayında ətraflı bilgi verilib. Beləcə yol uzanıb və Kişinyova çatana qədər azarkeşlər 4 min kilometrə yaxın məsafə qət etməli olublar. "Forza Neftçi"nin üzvləri ilə görüşəndə məlum oldu ki, daha bir arzuolunmaz hal var. Belə ki, uzun yol 3 nəfərin ayağının şişməsinə səbəb olub. Bu üzdən onlar həkimə müraciət etməli olublar. Hər halda, fanatlar səfərə çıxdıqlarına görə peşman deyildilər. Onu da qeyd edək ki, "Neftçi" tərəfi də azarkeşləri diqqətdən kənarda qoymayıb. Yeri gəlmişkən, matçın fasiləsində fanklub üzvləri ilə bir daha görüşdük və ayağında problem olanların durumu artıq xeyli yaxşılaşmışdı...

Stadionun ondabiri
"Zimbru" stadionuna çatanda oyuna təxminən saatyarım qalırdı. Ancaq stadionun ətrafında qələbəlikdən söhbət gedə bilməzdi. Əslində bu gözlənilən idi. Əvvəla, komanda "doğma divarlar" arasında - Nisporenidə oynamır. Bundan başqa, onsuz da "Sperantsa" böyük azarkeş ordusuna malik deyil. Odu ki, 10400 tamaşaçı tutumuna malik stadionun az hissəsinin dolacağı gözlənilirdi. Hardasa bir saatı stadionun ətrafında keçirsək də, azarkeş axınının şahidi olmadıq. Düzdü, yavaş-yavaş stadiona gələnlərin sayı artırdı. Lakin anşlaq söhbət mövzusu deyildi.

50 qonaq tərəfdar
Start fitinə az qalmış öncə qapıarxası, künc bayrağı istiqamətində tribunada yavaş-yavaş Azərbaycan bayrağı ilə "silahlanan" azarkeşlər qərarlaşmağa başladı. Ancaq onların "Forza Neftçi"nin üzvləri yox, sıravi azarkeşlər olduğunu anlamaq çətin deyildi. Daha sonra adı çəkilən fanklub üzvləri də həmin tribunada qərarlaşdı. Təxminən 50 nəfər "Sperantsa" ilə oyunda "Neftçi"ni dəstəklədi. Hərçənd onların sayının 100-dən çox olacağı proqnozlaşdırılırdı.

Prezidentdən baş məşqçiyə dəstək
Matçdan öncə komandalar isinmə hərəkətlərinə çıxdılar. Bu zaman "Neftçi" rəhbərliyi - prezident Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov qazonun yaxınlığında idi. "Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin ot örtüyünə ayaq basanda Quliyev ona yaxınlaşdı, əlini sıxdı, bir neçə dəqiqə belə vəziyyətdə qaldı və hiss olunurdu ki, italyalı mütəxəssisi ruhlandırır, inandıqlarını çatdırır. Bordinin də mimikasından razı qaldığını anlamaq çətin deyildi, sonda prezidentə öz təşəkkürünü bildirdi.

İkivərəqli proqram
Oyunun proqramı haqda uzun-uzadı sözlər yazmaq çətindi. Çünki cəmi 2 vərəqdən ibarət idi. Üzərində oyunla bağlı məlumatlar yer alıb. Daxildəki səhifələrdən birində "Sperantsa", digərində isə "Neftçi" haqda elə də geniş olmayan informasiya oxudum. Son səhifədə isə heyətlər qeyd olunub, vəssalam. Jurnalistlərə verilən akkreditasiyalar da sanki həvəskarcasına hazırlanmışdı. Təsəvvür edin, qarşılaşmanın günü və saatı qeyd olunmamışdı. Keyfiyyəti isə çox aşağı idi.

"Forza Neftçi" öz ampluasında
İkinci yarıda "Forza Neftçi" fişəng yandırdı. Bu, Rəhman Hacıyevin qolundan bir neçə dəqiqə öncə baş verdi. Lakin asayiş keşikçiləri dərhal müdaxilə etdilər. "Neftçi" rəsmiləri də dərhal hadisə yerinə tələsdilər. Maraqlıdı ki, fanatlar bir neçə dəfə yoxlansalar da, fişəngləri tribunaya keçirə bilmişdilər. Əsas odu ki, məsələ hansısa başqa problem yaşanmadan yoluna qoyuldu.

Atanın gül balası...
Oyunsonrası mətbuat konfransı ilə bağlı da bir-iki kəlmə yazmağı özümə borc bilirəm. Əvvəla, üçüncü mərtəbədə yerləşən salona qalxanda və enəndə telefonların işığına ehtiyac duyduq. Pilləkən, mərtəbələr qaranlıq idi. Roberto Bordinin mətbuat konfransı normal keçdi. İtaliyalı mütəxəssis fikirlərini söyləməzdən öncə moldovalı yaşlı bir jurnalist diktofonu onun qarşısına qoydu. Bu zaman Bordinin onunla mehriban şəkildə salamlaşması diqqətimizdən qaçmadı. Görünür, italiyalı mütəxəssis "Şerif"də işldiyi vaxtda tez-tez qarşılaşdığı simanı unutmayıb. Kristian Efros isə kürsüdə yalqız əyləşmişdi. Yanında heç kim yox idi. "Sperantsa"nın mətbuat xidmətinin rəhbəri isə jurnalistlərin yanında idi və ordan sözü baş məşqçiyə ötürdü. Gənc çalışdırıcı həm çox özündənrazı idi, həm də sualları aqressiv şəkildə cavablayırdı. Bəlkə də atasının klub prezidenti olması onda belə təfəkkür formalaşdırıb. Suallara etinasız reaksiya, yolaverdi cavablar... Hər halda, mətbuat konfransı bitdikdən sonra bütün jurnalistlərin tək-tək əlini sıxdı.
FARİZ, Kişinyov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar