07 apr 22:07aktual, manset

“Forza Neftçi” Elxan Abdullayevin cavabını verdi

“Forza Neftçi” Elxan Abdullayevin cavabını verdi
“Biz kiminsə 5-10 manat verib yönəldəcəyi fanklub deyilik”

“Qarabağ”la kubokun yarımfinal mərhələsinin cavab qarşılaşması zamanı “Neftçi” azarkeşləri baş məşqçi Elxan Abdullayevi istefaya səslədi. Oyunsonrası mətbuat konfransında isə Abdullayev azarkeşlərlə bağlı sərt fikirlər səsləndirdi. O, “Forza Neftçi”liləri azarkeş saymadığını söyləmiş, onların gəlib stadionda xuliqanlıq etdiyini dilə gətirmişdi. “Komandanı sevən fanat 60-cı dəqiqədə “istefa” qışqırmaz” sözləri də “ağ-qaralar”ın çalışdırıcısına məxsusdu.
Təbii, soyuq-boran demədən hər zaman komandanın yanında olan, hazırda ölkənin ən öndə gedən azarkeş qruplarından sayılan “Forza Neftçi”nin buna cavabı özünü çox gözlətmədi. Fanklub “feysbuk” səhifəsində bəyanat yaydı: “Bizi azarkeş hesab etməyən çox hörmətli Elxan müəllim başda olmaqla, 80 illik tarixi olan, Azərbaycan futbolu deyəndə ağla ilk gələn klubun bu halda olmasında “əməyi keçən” hər kəsə “Forza Neftçi” Azad Azarkeş Qrupunun adından, daha doğrusu, ömrünü “Neftçi”yə həsr etmiş “qeyri-azarkeşlər”in adından: 2014-cü il, “Neftçi” – “Partizan” oyunu, AL-in pley-off mərhələsi, cavab qarşılaşması. Tarladan fərqi olmayan “Tofiq Bəhramov”da “Neftçi”nin “Partizan” tərəfindən məğlub edilməsini görmək heç də xoş deyildi. Daha sonra yeni mövsüm başladı. “Neftçi”nin oyununda kəskin bir düşüş görünürdü, lakin yanında hər gün daha da böyüyən “Forza Neftçi” var idi. Bəli, Elxan müəllim, bu həmin “Forza Neftçi”di ki, 2009-cu ildə fəaliyyətə 7 nəfərlə başlamışdı. Lakin çox qısa bir müddətə artıq ölkədə lider azarkeş qrupuna çevrildi. 2015-ci il fevralın 15-i, “Qəbələ” – “Neftçi” oyunu. Bir avtobus “Neftçi” azarkeşi, Qəbələnin şaxtasına baxmayaraq, cibindən qəpik-quruşları bir araya gətirib yola düşdü. İlk hissəni 0:1 hesabı ilə məğlub bitirdik. İkinci hissənin 50-ci dəqiqəsində, Qəbələnin -5 dərəcə soyuğunda məşəllər yandı və ya sizin dilinizlə desək, “Forza Neftçi” xuliqanlığa başladı, Qəbələ şəhərinin dumanına duman qatdı. “Neftçi” bundan sonra 3 qol vurdu və həmin 3 qolun ötürməsini biz azarkeşlər etdik. Oyundan sonra komanda dumanlı hava şəraitinə görə beşulduzlu oteldə qalıb kef eləyəndə, bizlər canımızla qumar oynayıb, gecə Bakıya qayıtmışıq. İki saat yeraltı keçiddə uzanıb metronun açılmasını gözləmişik. Yenə həmin il iyunun 3-də, yenə eyni şəhərdə kubokun finalında “Qarabağ”a məğlub olduq, “Neftçi” ilk hissəni 0:2 hesabı ilə məğlub bitirəndə, ac-yalavac çörəyini, suyunu bir-biri ilə bölən “xuliqanlar”ın gözləri ağlamaqdan qıp-qırmızı qızarmışdı. “Neftçi”yə olan sevgimiz o qədər böyük idi ki, tərk etmədik, komanda meydanda məğlub olduqca, biz rəqiblərimizi tribunada məğlub edirdik. 2016-cı ildə Əsgər Abdullayevin başçılığı altında, can verən “Xəzər Lənkəran”ı illər sonra Lənkəranda məğlub edən, can verən “Neftçi” və onu tərk etməyən “Forza Neftçi” “qeyri-azarkeş” qrupu var idi. İlin ortasında onu göndərib sizdən öncə “Neftçi”yə rəhbərlik edən Vəli Qasımovu gətirdilər baş məşqçi postuna. “Neftçi” get-gedə daha da batırdı. Amma bu uşaqlar - yeri gəlmişkən, sizin “14-15 yaşlı” dediyiniz uşaqların əksəriyyəti tələbədi və ya işləyir, çoxu da ailə dolandırır – yemək-içməklərindən kəsib Gəncəyə, Qəbələyə səfər pulu toplayıb hər yerdə “Neftçi”ni dəstəkləməyə davam ediblər. Bəli, bunlar sizin bəyənmədiyiniz, azarkeş olaraq saymadığınız o uşaqlardı ki, hazırda ardıcıl 5-6 qələbədən sonra peyda olan “Neftçi”nin “azarkeşlərindən” fərqli olaraq yağış, qar, isti, soyuq, palçıq demədən ürəklərində olan “Neftçi” sevgisiylə, ac-yalavac “Neftçi”nin izi ilə gediblər. Bu həmin “Forza Neftçi” uşaqlarıdı ki, səfərə gedəndə bir “peraşki”ni on yerə bölüb yeyiblər, çörəklərini, sularını bölüşüblər. Siz isti avtobusunuzda, isti otaqlarınızda oturub kefinizi çəkəndə biz soyuq depolarda xareoqrafiyalarımızı çəkib, bannerlərimizi yazmışıq. “Qəbələ”dən Bakıda 8 top buraxanda da yanında olmuşuq komandanın, “Dalğa Arena”da AZAL-a məğlub olanda da və indi də yanındayıq, bundan sonra da yanında olacağıq. Həmin Vəli Qasımov iyulun 22-də “Neftçi” “Şkendiya” səfərindən uğursuzluqla qayıtdıqdan sonra ona etirazını bildirməyə gələn və istefaya səsləyən azarkeşlərə “siz yaxşı azarkeş deyilsiz” demişdi. Hazırda yoxdu, amma “Forza Neftçi” daha da böyüyüb və Azərbaycan tribunasının ağasına çevrilib. Siz də Qasımovun buraxdığı səhvi buraxdız. Onu komandadan göndərdiyimiz kimi, sizi də göndərəcəyik, biz isə aid olduğumuz yerdə - tribunada qalacağıq”.
Bəyanat öz yerində. Hər halda, “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin də fikirlərini öyrənməyi lazım bildik: “Abdullayev yox, başqası da “Neftçi”də uğursuz nəticələrlə yadda qalsa, onun qarşısında olacağıq. Çünki bu klub hansısa fərdə məxsus deyil, xalqındı. Bu komandanın sponsoru var. Sonda o da görəcək ki, biz düz fikirdəyik. “Forza Neftçi” kiminsə 5-10 manat verib yönəldəcəyi fanklub deyil. Komanda pis oynayacaqsa, qarşı çıxacağıq. Abdullayev deyib ki, bizi tənqid edən azarkeşləri başa düşə bilmirəm. Bəs bizə söz vermişdilər ki, komanda düzələcək, avrokuboklara qatılacaq. Hansı heyətlə, hansı oyunla? Biz də bunu başa düşmürük. Deyib ki, “Qəbələ”ni udanda bizi dahi adlandırıblar. Biz heç vaxt kimisə dahi adlandırmamışıq. Heç kim deyə bilməz ki, məşqçinin adını səsləndirmişik. Sadəcə, komandaya dəstək olmuşuq. Necdə ki, daha öncə də olurduq, bundan sonra da olacağıq. Mənim şəklimi paylaşıblar. Ancaq hamı bilsin ki, “Forza Neftçi” bir nəfər demək deyil. Biz elə ailə yaratmışıq ki, bundan sonra da bu qrup yaşayacaq. Komanda nəticə verməyəndə azarkeş nəsə tələb edirsə və buna görə onu xuliqan adlandırırlarsa, elə qonşu Türkiyə təcrübəsi ilə maraqlansınlar. Orda “Qalatasaray”, “Fənərbaxça” azarkeşləri nəinki baş məşqçiyə, klub rəhbrəliyinə nələr deyir, istefaya səsləyirlər. Məgər onlara xuliqan deyirlər? Peşəkar məşqçi, rəhbərlik başa düşməlidi ki, azarkeş nə edirsə, klubu sevdiyi üçün edir. “Neftçi” kimi tarixi olan klubun məşqçisi nəticə verməyəndə özü getməlidi. Kiminsə onu istefaya səsləməsinə ehtiyac qalmamlıdı. İstefa verməyi də bacarmalısan. Büdcə söhbəti etməsinlər. Komandanı götürəndə “Neftçi” 6-cı yerdə idi, indi də eyni pillədədi. Bəs alınan 9 futbolçunun nə xeyri oldu? “Neftçi” üçün 23 xal uğur deyil. “Neftçi” çempion olmalıdı. Biz ikinciliyi belə uğur saymırıq. İndi deməsin ki, mən bura titul qazanmağa gəlməmişəm. Bura gəlmisənsə, ən azı Avropaya vəsiqə qazanmalısan. Biz iki ildi bu komandanın yanındayıq. Kimsə bizə sadiqlikdən danışmasın. Görək, iki ildən sonra Elxan müəllim komandada qalacaq, yoxsa biz azarkeşlər tribunada olacağıq. Vaxtilə “Neftçi” sevgisindən bəhs edənlər indi niyə yoxdu? Niyə gəlmirlər oyunlara? Elə biri Vəli Qasımov. Çox məşqçilər gəlib-gedəcək, amma azarkeşlər qalacaq. Biz “Neftçi”ni ürəkdən sevənlərik. Kiminsə adamları deyilik. Başqasının sözü ilə oturub-durmuruq. Özümüz qərar veririk, azad azarkeş qrupuyuq. Bundan sonrakı oyunlarda da komandanın yanında olacağıq. Vaxt gələcək Elxan müəllim özü görəcək ki, kim xuliqandı, kim komandaya sevgisindən gəlib. Bizim indiyədək “Neftçi” üçün etdiklərimiz internetdə kifayət qədərdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar