13 iy 14:56aktual

“Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi


“Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim”
"Sperantsa" - "Neftçi" oyunundan sonra ənənəvi mətbuat konfransları keçirildi. Jurnalistlər önünə əvvəlcə Roberto Bordin çıxdı və təbii ki, girişdə oyunla bağlı fikirlərini bölüşdü:
- Təbii, nəticədən çox razıyam. Ancaq ən çox futbolçuların yeni mövsümdə ilk oyuna yanaşmasından razı qaldım. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər. Mənim üçün əsas bu idi. Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı. Bizi qarşıda hələ bir həftə gözləyir. Cavab oyununa da yaxşı hazırlaşmalıyıq.
- Asan qələbə oldu?
- İndi bəziləri belə düşünə bilər. Ancaq belə deyildi. Meydançanın vəziyyəti də yaxşı deyildi. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu. Yeni mövsümdə ilk rəsmi matça yaxşı başlamağımız mühüm idi. Futbolçularıma tapşırmışdım ki, oyuna diqtə edən tərəf biz olaq.
- Adətən, səfər komandaları müdafiə futbolu oynayır. Ancaq siz hücum futbolu göstərdiz. Bu ondan irəli gəlir ki, Moldova çempionatını yaxşı tanıyırsız, yoxsa komandanıza inanırdız?
- Ona görə hücum futbolu seçdim ki, futbolçuların xarakteristikasına bələdəm. Mənə elə gəlir ki, futbolçular hər şeyi düzgün yerinə yetirdilər.
- Rəhman Hacıyev oyuna yaxşı qoşularaq gözəl qola imza atdı. Onu yenidən "Neftçi"nin əsas heyətində görə biləcəyik?
- Rəhmanla yanaşı, digər oyuna qoşulanları da qeyd etmək lazımdı. Hamı yaxşı oyun göstərdi. Bizdə yaxşı futbolçular çoxdu, rəqabət güclüdü. Buna görə heyətdə rotasiya edə bilərik.
- "Neftçi" çoxdan avrokuboklarda be- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşduz ki, bundan istifadə etməliydiz?lə inamlı qələbə qazanmırdı. Bu fakt sizin üçün nə dərəcədə önəmlidi?
- Nəticə vacibdi. Ancaq mənim üçün bundan önəmli olan futbolçuların istəyi, oyuna yanaşmasıdı. Əlbəttə, üç qol vurmaq çox xoşdu. Ancaq fiziki forması yaxşı olan rəqibə qarşı düzgün oynamaq daha önəmli idi.
- Gənc futbolçu İsmayıl Zülfüqarlını meydana buraxdız. Bu hesabın verdiyi rahatlıq idi, yoxsa onu meydanda tez-tez görəcəyik?
- Yaxşı və gənc futbolçudu. Bizdə başqa belə oyunçular da var. Hesab belə olanda, İsmayıla Avropa Liqasında debüt etməyə imkan verdim. Bəli, 3:0 öndə olmağımız mənə bu qərarı verməyimə imkan yaratdı.
Daha sonra "Sperantsa"nın baş məşqçisi Kristian Efros salona daxil oldu:
- Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi.
- 3-cü şəxslər deyəndə kimləri nəzərdə tutursunuz? Hakimləri?
- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.
- "Neftçi"nin hansı zəif cəhətlərini nəzərdə tutmuşduz ki, bundan yararlanmalıydız?
- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.
- Belə çıxır ki, cavab görüşü formal olacaq?
- Hazırlaşmağa hələ bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik.
- Niyə ikinci hissə başlayandan sonra ehtiyat oyunçular skamyasında göründüz?
- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.
- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursuz?
- Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.
- Niyə aqressivsiz?
- Konkret nəyi nəzərdə tutursuz?
- Suallarımıza aqressiv cavab verirsiz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsız?
- Belə qələbəyə niyə sevinəsən ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.
- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdız. Belə çıxır ki, sizdən qisas aldı?
- Belə demək də olar.
FARİZ, Kişinyov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar