13 iy 12:15aktual

Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı


Danışanda da suçlanır, danışmayanda da!
Azərbaycanın əfsanəvi futbolçusu Nazim Süleymanov yerli saytlardan birinə qalmaqallı müsahibə verib və bununla da sosial şəbəkələrdə ağız deyəni qulaq eşitmir, hər kəs bu və ya başqa şəkildə onun personasını müzakirəyə çıxarır. Süleymanov bir müddət əvvəl Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı adlı qurum da yaradıb, həmin qurumun təbliği, tanıdılması yönündə çox fəal çalışır, müntəzəm bölgələri gəzir deyə, son müsahibəyə həm də həmin təşəbbüsün davamı kimi baxmaq olar. Az qala əli başına çatan hər kəs Nazim bəyi qınayır, “Sumqayıt”da çalışdığı vaxt susduğu halda, indi dilə gəlməsini riyakarlıq kimi qiymətləndirirlər.
Əvvəlcə onu qeyd edim ki, şəxsən mən futbol təsərrüfatinda belə qurumların yaranmasının ikiəlli tərəfdarıyam. Azad rəqabət şəraitində kim işləməyi bacaracaqsa, o da önə çıxacaq. Yəni Süleymanovun təşkilatını süngü və qısqanclıq ilə qarşılamağın mənası yoxdu. Yox, yeni qurumun varlığı kimlərinsə kürkünə birə salıbsa, fəallaşmağa vadar edibsə, bu başqa məsələ.
O ki qaldı müsahibəyə... Ötən sayımızda müsahibənin özətini vermişik deyə, bir daha detallara qayıtmaq istəmirəm. Amma faktiki Nazim bəyin dediklərinin hamısı həqiqətdi. Məsələn, adam avrokubokların püşkatmasını dəyərləndirərkən təkcə “Qarabağ”ın hesabına ölkəmizin əmsalını zənginləşdirməyin çətin olacağını, “Neftçi” ilə “Qəbələ”nin də ağdamlılara dəstək verməli olduğunu deyir. Öz aramızdı, jurnalistlər qarışıq bütün ağıllı adamlar eyni sözü demirmi?
Müsahibənin ana xəttini həm də Süleymanovun 8 komandadan altısını AFFA-nın maliyyələşdirməsi, bu şəraitdə yığmalara oyunçu seçməyin çətinliyi, nəhayət, indiki futbolçu resursu ilə xaricdən məşqçi gətirməyin yersiz olduğu haqda dediyi fikirlər təşkil edir. Mediada hər gün tirajlanan, futbol ictimaiyyətinin şərik olduğu, bölüşdüyü fikirlərdi. Öz aramızdı, jurnalistlər jurnalistlər qarışıq bütün ağıllı adamlar eyni sözü demirmi?
Müsahibədə daha bir istiqamət Süleymanovun “Sumqayıt”ı çalışdırarkən yaşadıqları ilə bağlıdı. Adam haqsız yerə vəzifəsindən uzaqlaşdırıldığını düşünür, futbolçulardan şübhələndiyini gizlətmir və sözarası klub prezidenti Riad Rəfiyevin həm də menecer kimi çalışmasının anlaşılmaz olduğunu deyir. Bunlar da çox adi ittihamlardı, Riad bəyin menecerlik etməsindən hər kəs şikayətlənir, yəni Süleymanov özündən Amerika kəşf etməyib. Bəs onda bəzilərinin son müsahibəyə görə silkələnməsini necə qəbul edək?
Çox maraqlı zəmanədə yaşayırıq. Adam danışanda da günahkar olur, danışmayanda da. Özü də sosial şəbəkələrdə elə adamlar Nazim bəyin ünvanına təhqir yağdırırlar ki, onlar heç səbəbkarın çölə atılan dırnağına da dəyməzlər. Bir daha xatırladıram ki, söhbət Azərbaycan yığmasının ilk kapitanından, komanda qurularkən rusiyalı futbol məmurlarının və Qazzayev kimi məşqçilərin hər cür hoqqalarını qulaqardına vurub, yığmaya gəlmək üçün öz cibindən pul xərcləyən adamdan gedir. Söhbət evdə “Minsk” ilə 1:1-dən sonra “AZAL bu komandanı keçməsə, baş məşqçi vəzifəsindən gedəcəm” deyən və sözünü tutan adamdan gedir. Elə sözlərdən birini də hazırda “Sumqayıt”ı çalışdıran Ayxan Abbasov “Qəbələ” ilə kubokun finalından sonra 10 milyon adamın gözünün önündə demişdi. Nə oldu, bəs niyə sözünü tutmadı. Sən Allah, kimi kimlə müqayisə edirsiz?
Bu müzakirələrin gedişində adamı iyrəndirən daha bir məqam odu ki, Süleymanovun bir qrup bədxahı niyə məhz indi onun belə danışdığını deyir. Yəni bu məntiqlə adam ömrüboyu eyni cür danışmalı, Molla Nəsrəddinin cızdığı dairədən kənara çıxmamalıdı. Belələrinə məşhur bir məsəli xatırladıram: yalnız dəlilər və ölülər mövqelərini dəyişmirlər! Kimsə vaxtilə hansısa klubda və ya hansısa yığmada çalışıb deyə bu gün AFFA-nı, həmin klubu tənqid edə bilməz tipli ehkam, aksiom yoxdu.
Nazim Süleymanovun yaratdığı qurum ölkə futbolunun, veteranların problemlərinin həllinə zərrəcə töhfə verərsə, buna yalnız və yalnız sevinmək lazımdı. Dünənə qədər hər kəs veteranları susqunluqda, ölkə futbolunun taleyinə biganəlikdə suçlayırdı. Bu gün Süleymanov hamıya bəlli həqiqətləri deyir və yenə də suçlanır. Sən Allah, düzünü deyin: burda bir məntiq varmı?
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar