12 iy 11:58aktual

“Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq


Səmayə Məmmədova: “Bunun yarışa heç bir neqativ təsiri olmayacaq”
Xəbər verdiyimiz kimi, bu ay ölkəmizdə Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaq. Sayca 15-ci olan bu yarış iyulun 20-28-i aralığında keçiriləcək ki, Bakıya 50 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti təşrif buyuracaq.
Festivalın yüngül atletikanı əhatə edən idman növlərinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulub. Ölkənin ikinci ən böyük arenasıdısa, əlavə şərhə ehtiyac yoxdu. İşin sual doğuran tərəfi isə stadionun hazırda qüsurlu vəziyyətdə olmasıdı. Yanvarda ölkədə əsən güclü külək mərkəzi tribunaların dam örtüyünü yerindən qoparıb yararsız hala salmışdı. Üstündən təxminən 5 ay keçsə də, durum əvvəlkindən fərqlənmir. Halbuki stadionun direktoru Şamil Quliyev hər dəfə qəzetimizə açıqlamasında örtüyün ən qısa zamanda təmir olunacağını deyirdi. Hətta ötənaykı söhbətimizdə örtüyün Türkiyədə olduğunu, festivala qədər Bakıya gətirilib quraşdırılacağını bildirmişdi.
Məsələni diqqət mərkəzində saxladığımızdan dünən Şamil bəylə yenidən əlaqə saxladıq. Məlum oldu ki, arena avropalılar önünə o halda – damı sökük vəziyyətdə çıxacaq. Lakin bu məlumatı bizə Quliyev yox, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova verdi: “17-18 yanvar tarixlərində əsən güclü külək nəticəsində Respublika stadionunun tribunasının üzərində quraşdırılmış membran örtüyün bir hissəsi zədələndi. Hadisə baş verən kimi AGİN və Fövqəladə Hallar Nazirliyinin tikintiyə məsul şəxsləri işə cəlb olundu. Yoxlamalardan sonra örtük çıxarıldı və yenisiylə əvəzlənməsi ilə bağlı qərar qəbul olundu. Həmin avadanlıqlar sığortalandığından, cavabdehlik daşıyan sığorta şirkəti örtüyü Avropa ölkələrindən birində hazırlanması üçün göndərib. Membran örtük artıq hazırdı. Sadəcə, onun quraşdırılması 3-4 həftə vaxt tələb edir. Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına az vaxt qaldığından yeni örtüyü quraşdırmaq mümkün deyil. Ona görə də bu işin dayandırılması qərara alındı. Yarış başa çatdıqdan sonra iş davam edəcək. Örtüyün o vəziyyətdə olmasının yarışa heç bir neqativ təsiri olmayacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar