12 iy 11:55aktual

Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi

Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi
Vurğun Hüseynov: “Boş-boş danışıb, ictimaiyyətə yalan danışmağa, özünü zərərçəkmiş kimi göstərməyə ehtiyac yoxdu”
Rail Məlikov: “Belə qənaətə gəldim ki, Süleymanovda görücülük qabiliyyəti də var imiş”

Nazim Süleymanovun “Sumqayıt”ın baş məşqçisi postundan ayrılmasından təxminən 8 ay keçməsinə baxmayaraq, deyəsən, ünlü veteran futbolçu “gənclik şəhəri” təmsilçisini hələ də unuda bilmir. Belə olmasaydı, Süleymanov hər fürsətdəcə “kimyaçılar”ın rəhbərliyinin “bostanına daş atmağı”, rəhbərliyi altında oynamış futbolçuları qınamağı lazım bilməzdi. Sputnik.az saytının əməkdaşı ilə söhbətdə də Nazim bəy növbəti dəfə “Sumqayıt”da çalışdığı günləri yada salıb. O klub prezidenti Riad Rəfiyevi menecerlik etməkdə, ötən ilin 4 ayı ərzində sərəncamında olmuş bəzi futbolçuları bilərəkdən - onun “torbasını tikmək” üçün zəif oynamaqda ittiham edib.
Süleymanovun 8 aydan sonra “kimyaçılar”ın prezidentinin və oyunçularının ünvanına söylədikləri çox ağır ittihamlar olduğundan qarşı tərəfin də mövqeyini öyrənməyi lazım bildik. Bu məqsədlə klub prezidentinin aradıq. Riad bəy zəngimizə cavab versə də, cavabı qısa oldu: “Nazim Süleymanovun, komandamızın sabiq baş məşqçisinin dediklərinə münasibət bildirmək istəmirəm”.
Rəfiyevdən fərqli, 2018/19 “futbol ili”nin birinci dövrəsində Süleymanovun rəhbərliyi altında oynamış futbolçular isə ürəklərini boşaltdılar. Kapitan Vurğun Hüseynov bunları dedi: “Nazim müəllim ötən mövsümün əvvəlində komandanın baş məşqçisi olub. Bir məşqçi kimi də ona hörmət edib, tapşırıqlarını yerinə yetirmişik. Süleymanov niyə komandadan uzaqlaşdı? Yəqin ki, bu sualı ona verən çox olub. Ancaq nədənsə o heç vaxt səhvi özündə görməyib, hər dəfə bir bəhanə gətirməklə özünü sudan quru çıxarmağa çalışıb. Mən artıq dediklərinə münasibət bildirməkdən də utanıram. Ötən il bu barədə, demək olar ki, sizin qəzetə, əksər idman saytlarına açıqlama verdim və bildirdim ki, Nazim müəllim ümumi danışıb, komandanın, kollektivin imicinə zərbə vurmaqdansa, konkret adlar çəksin və kimlərin ona qarşı olduğunu, bilərəkdən zəif oynadığını desin. Bu qədər hörmətsizlik olmaz. Görünür, işsiz günləri uzandıqca, gündəmə gəlmək üçün bilmir hansı variantlara əl atsın. Görəsən, onun ətrafında olanlar demirlər ki, niyə belə edirsən, niyə oxu atıb yayı gizlədirsən? Düz adamsansa, əlində cüzi olsa da, kiməsə qarşı dəlil-sübut varsa, ortaya qoy. Ötən payız dediklərimi yenə təkrarlamaq istəyirəm: bu gün-sabah karyeramı başa vuracam. Heç vaxt qoymaram ki, vəzifəsindən və statusundan asılı olmayaraq, kimsə məni oyun satmaqda ittiham etsin. Bəlkə də kimlərsə o şərəfsizliyi edə bilər – ola bilsin, Süleymanov belə hallarla tez-tez qarşılaşıb – ancaq mən, Vurğun Hüseynov heç bir zaman bu cür alçaqlıq etmərəm. Fürsətdən istifadə edib sonuncu dəfə üzümü Süleymanova tutub deyirəm: meydandan kənar “futbol oynayanların” adlarını açıqlasın, oyunların satılması ilə bağlı əlində hər hansı fakt varsa, ortaya qoysun. Boş-boş danışıb, ictimaiyyətə yalan danışmağa, özünü zərərçəkmiş kimi göstərməyə ehtiyac yoxdu. Onsuz da bütün Azərbaycan kimin kim olduğunu yaxşı bilir”.
“Kimyaçılar”ın daha bir təcrübəli oyunçusu, komandanın vitse-kapitanı Rail Məlikov da Süleymanovun “Sumqayıt”la bağlı dediklərindən narazı qaldığını bildirdi: “Süleymanov ölkəmizin tanınmış veteran futbolçularından biri olub. Onun futbolçu kimi hansı keyfiyyətə malik olduğunu həm biz, həm də futbol ictimaiyyəti yaxşı bilir. Sözün düzü, belə açıqlamaları heç ona yaraşdırmadım. Onun son müsahibəsindən sonra belə qənaətə gəldim ki, Süleymanovda görücülük qabiliyyəti də var imiş. Əks halda növbəti oyunda 0:7 hesabı ilə uduzacağımızı deməzdi. Bu nə məntiqdi? Futbolda qalib gəlməklə yanaşı, məğlubiyyət də var. Belə çıxır ki, mövsümün gedişində komandamız ardıcıl 9 oyunda qalib gəlməyəndə futbolçular Ayxan Abbasovun “torbasını tikirmişlər”. Məncə, özünə hörmət edən mütəxəssis heç vaxt belə fikirlər səsləndirməz. Yalan sözlər deyib azarkeşləri də futboldan diksindirmək lazım deyil. Xüsusilə də sumqayıtlıları. Bu komandanın tərəfdarı ağı qaradan seçməyi bacarır. Bizim aramızda “oyun satan” şərəfsizlər olsa, ilk növbədə özümüz, sonra isə azarkeşlər onun dərsini verər. Nazim müəllim Sumqayıtda doğulsa da, deyəsən, sumqayıtlıların xasiyyətinə yaxından bələd deyil. Onlar adi məşqdə belə zəif təsir bağışlayan futbolçuya qarşı aqressiv münasibət göstərirlər, o ki qaldı “oyun satan”a. Ümid edirəm ki, bundan sonra Süleymanov bir daha “Sumqayıt”la bağlı belə fikirlər səsləndirməyəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar