10 iy 12:21aktual

“Partizani” – “Qarabağ” oyunu “CBC Sport”da!


Ağdamlılar Tiranada dəstəksiz qalacaq?
Sabah saat 19.30-dan etibarən azərbaycanlı futbolsevərlərin gözləri Tiranaya dikiləcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” avrokubok mövsümünü açıq elan edəcək ki, ağdamlıların səfərdə uğurlu nəticə qazanaraq digərlərini həvəsləndirəcəyinə ümid edirik. Buna baxmayaraq, bəzi suallar hələ də cavabını tapmayıb.
Gerye müəmmasına cavab
Məsələn, Vild-Donald Geryenin adı Çempionlar Liqası üçün sifariş olunan 22 nəfərlik heyətə salınıb. Halbuki futbolçunun “köhlən atlar”la müqaviləsi iyunda başa çatmışdı. Yeni anlaşmanın əldə olunması xeyli vaxt aparsa da, yekunda Gerye növbəti 2 ildə “Qarabağ”da oynamağa razılıq verdi. Lakin o hələ də düşərgədə deyil, toplanışda iştirak etməyib. Kollektivə qoşulmayan, hələ də vətənində olan birinin rəsmi müqavilə sənədinə qol çəkmədən necə sifariş olunması sual doğurmaya bilməz. Klubun mətbuat katibi Nurlan İbrahimovu dinləyək: “Gerye hələ bizimlə deyil. Haiti yığmasının “CONCACAF”dakı çıxışına görə vətənindəydi deyə, ona bir neçə günlük istirahət verilib. Çox güman, birbaşa Bakıya gələcək. Müqavilə məsələsinə gəlincə, Haiti millisinin yarımfinala qədər irəliləməsi məsələnin uzanmasına səbəb oldu. Adının siyahıya salınması isə klubla futbolçu arasındakı anlaşma nəticəsində baş tutub. Onsuz da TMS adlı sənədi bizdədi, yəni başqa kluba keçmədiyindən bu sənədin bizdə olması bəs edir. Sadəcə, gələndən sonra müqavilə yenilənəcək”.
Yayın məsələsi həll olunub
İndiki halda hər kəsin səbrsizliklə cavabını gözlədiyi sual canlı yayınla bağlıdı. “Neftçi”ylə “Sperantsa” arasında çəkilişlə bağlı yaranmış durumdan xəbərdarsız. Yayın hüququna sahib olan Moldova təmsilçisi pul qazanmaq üçün konkret məbləğ təklif edib ki, 15 min avrodan aşağı düşmək fikirləri yoxdu. Üstəgəl, digər xərclər. Həmin rəqəm isə kifayət qədər yüksək göründüyündən, nə “Neftçi” əlini cibinə salmaq niyyətindədi, nə də Azərbaycan telekanalları. Eyni vəziyyətlə “Qarabağ”ın üzləşəcəyini də düşünmək olar. Hər halda, yayın hüququ “Partizani”nin əlindədi. Maraqlıdı, ağdamlılar bununla bağlı nə düşünür: “Yayın məsələsi, demək olar, həllini tapıb. “CBC Sport”la danışığımız və razılığımız olub. Həm səfərdəki, həm də evdəki oyunlarımızı bu telekanal canlı yayınlayacaq. Ümid edirəm ki, heç bir problem olmayacaq. Sadəcə, bəzi texniki detalların həlli qalıb ki, onları yoluna qoyandan sonra telekanal saytı və ya “feysbuk” səhifəsi vasitəsilə məlumat yayacaq”.
Vüsalın Bakıda olması işləri korlayır
Bir başqa məqam azarkeşliklə bağlıdı. Həmyerlilərim, soydaşlarımız Avstraliyadan tutmuş ABŞ-a qədər hər yerdə var. Xüsusən də Avropada çoxluq təşkil edirlər. Lakin kasıb Balkan ölkələrində, xüsusən də Albaniyada “Qarabağ”a azarkeşlik edənlərin və bu oyuna görə stadiona gəlib çempiona dəstək verənlərin olacağına inanmaq çətindi. Maraqlıdı ki, İbrahimov da bizimlə eyni fikirdədi: “Açığı, bu günə qədər biletlə bağlı fərd və ya qrup şəklində bizə müraciət edən olmayıb. Onsuz da Albaniyada azərbaycanlıların sayı elə də çox deyil. Ötən il “Kukesi” ilə səfər qarşılaşmasından öncə vaxtilə “Futbol+”də çalışmış, hazırda Albaniyada yaşayan Vüsal Aydın təşkilatçılıq edərək, bir qisim azərbaycanlının stadiona gəlməsinə şərait yaratmışdı. Lakin Vüsal hazırda Bakıdadı. Bu oyunla bağlı əlaqə saxlayan, soruşan, maraqlanan olmayıb. Hər ehtimala qarşı azarkeşlərimiz üçün bilet ayırmışıq”.
Bədavi oynamayacaq
“Qarabağ”sevərləri narahat edən məqam həm də heyətlə, daha doğrusu, bəzi futbolçuların durumu ilə bağlıdı. Yeni transferlərdən Aylton cəzalıdı deyə, heç bir halda meydana çıxa bilməyəcək. Xayme Romeronun “11-lik”də yer alması isə möcüzə olar. Vild-Donald Gerye isə Haiti millisindəki oyunların yorğunluğunu çıxarır. Digər tərəfdən də itkilər. Xatırlayırsızsa, “Viktoriya” ilə iyulun 2-dəki görüşdə Rəşad Sadıqovla Qara Qarayev iştirak edə bilməmişdi. Bədavi Hüseynovun isə matçdan sonra zədələndiyi üzə çıxmışdı. Bədavinin səfər qarşılaşmasında iştirak edə bilməyəcəyi dəqiqdi: “Qara Qarayevlə Rəşad Sadıqov komanda ilə məşqlərə başlayıb. Əsas heyətdə meydana çıxıb-çıxmayacaqlarına həkimlərin son rəyi əsasında baş məşqçi qərar verəcək. Bədavinin durumu isə nisbətən ağırdı. Tiranada oynaya bilməyəcək”.
“Qarabağ” çarterlə qayıdacaq
Nurlan bəydən Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransının və “Qarabağ”ın açıq məşqinin vaxtını da soruşduq. Məlum oldu ki, Qurbanov bu gün, Bakı vaxtı ilə saat 19.15-də sualları cavablandıracaq. Təbii ki, zalda jurnalistlər olsa. Bundan 15 dəqiqə sonra, yəni oyunun başlama saatında isə komandanın matçöncəsi son məşqi başlayacaq.
Maraqlananlar üçün onu da bildirək ki, “Qarabağ”lılar oyundan sonra dərhal hava limanına tələsəcək. Komanda üzvləri Tirana - Bakı çarter reysi ilə hərəkət etməklə iyulun 10-dan 11-nə keçən gecə saatlarında paytaxta yetişəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar