10 iy 12:17aktual

“Partizani” ən yaxşı halda bir mərhələ adlayıb

“Partizani” ən yaxşı halda bir mərhələ adlayıb
Yalnız 3 il əvvəl pley-off sevinci yaşayıblar
Avrokuboklarda “Qarabağ”a hədsiz inam bəsləyənləri başa düşmək olar. “Köhlən atlar” son 5 ili qruplarda oynayıb, mövsümü ardıcıl 6-cı dəfə çempion kimi başa vurub və ən əsası, heyət qorunub saxlanılıb. Hətta komanda iki legionerlə güclənib. Odu ki, azərbaycanlı futbolsevərlərə növbəti dəfə qrup həyəcanı yaşadacaqlarına inanmağa dəyər. Yolun başlanğıcı isə Tiranadan başlayır. Sabah Albaniyanın paytaxtında “Partizani” önünə çıxacaq təmsilçimiz səfərdən sərfəli nəticə ilə qayıtmaqla işin yarısını görmüş olacaq.
“Sarı-qırmızılar” ölkəsində kifayət qədər tanınan və tarixi olan klubdu. 1946-cı ildə yaranması, 1962-də avrokuboklarda debüt etməsi, 16 dəfə ölkə çempionluğu, 15 dəfə kubok sevinci yaşaması, 1970-də “Balkan kuboku”nun qalibi olması nələrdənsə xəbər verir. Bunları xatırlatmaqda məqsəd “Partizani”ni güclü rəqib kimi qələmə vermək deyil. Sadəcə, tarixi vərəqləyir, qısa xatırlatma edirik. Əksinə, paytaxt təmsilçisi Çempionlar Liqası kimi mötəbər yarışda “Qarabağ” üçün uyğun rəqib sayılmalıdı. Niyə?
1962-ci ildə beynəlxaq arenalarda çıxış edən komanda üst-üstə 24 dəfə avrokubok iştirakçısı olub. Çempionlar Liqası, UEFA kuboku, Kuboklar kuboku, İntertoto kuboku, Avroliqa – UEFA-nın bayrağı altında keçirilən və keçirilməkdə olan bütün turnirlərin “dadını hiss ediblər”. Lakin 24 cəhdin heç birində azarkeşləri sevindirə biləcək nəticəyə imza atmaq mümkün olmayıb. Bir çox hallarda mübarizəni ilk cəhddə dayandırıblarsa, ən yaxşı göstəriciləri cəmi bir rəqibi mübarizədən kənarlaşdırmaq olub. Bu isə bir əldəki barmaqların sayına gəlməyəcək qədər azdı. Elə isə “Partizani”nin 1990-cı ildən bu yana olan avrokubok “macərası” ilə siz də tanış olun.
1990/91. UEFA kuboku. 1-ci mərhələ. “Universitatya” 0:1, 0:1
1991/92. Kuboklar kuboku. 1-ci mərhələ. “Feyenoord” 0:0, 0:1
1993/94. Çempionlar Liqası. təsnifat mərhələsi. “İA Akranes” 0:0, 0:3
1995/96. UEFA kuboku. təsnifat mərhələsi. “Fənərbaxça” 0:4, 0:2
2002/03. UEFA kuboku. təsnifat mərhələsi. “Hapoel Təl-Əviv” 1:4, 0:1
2003. İntertoto kuboku. 1-ci mərhələ. “Makkabi Netanya” 2:0, 1:3
2-ci mərhələ. “Daçiya” 0:3, 0:2
2004/05. UEFA kuboku. 1-ci mərhələ. “Birkirkara” 4:2, 1:2
2-ci mərhələ. “Hapoel Bney Saxnin” 1:3, 0:3
2006. İntertoto kuboku. 1-ci mərhələ. “Etnikos” 2:1, 2:4
2008/09. UEFA kuboku, 1-ci mərhələ, “Şiroki Briyeq” 1:3, 0:0
2015/16. Avroliqa. 1-ci mərhələ. “Stromsqodset” 0:1, 1:3
2016/17. Çempionlar Liqası. 2-ci mərhələ. “Ferentsvaroş” 1:1, 1:1 p. - 3:1
3-cü mərhələ. “Zaltsburq” 0:1, 0:2
2016/17. Avroliqa. pley-off. “Krasnodar” 0:0, 0:4
2017/18. Avroliqa. 1-ci mərhələ. “Botev” 1:3, 0:1
2018/19. Avroliqa. 1-ci mərhələ. “Maribor” 0:1, 0:2
“Sarı-qırmızılar”ın son 19 ildəki göstəriciləri bunlardı. Yalnız 3 halda mərhələ adlamaq sevinci yaşayan tiranalıların ən böyük uğuru 2016/17 mövsümündə Avroliqanın pley-offunda çıxış etmələridi. Səfər qarşılaşmaları bir tərəfə, albanlar azarkeşləri önündə də uğur qazanmaq gücündə deyil. “Hapoel”, “Stromsqodset”, “Şiroki Briyeq”, “Botev”, “Maribor” kimi rəqiblərə Tiranada boyun əyən komandanın “Qarabağ”la matçda nəyə ümid etdiyi maraqlıdı. Hər halda, sabah axşamı gözləyək...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar