10 iy 11:25aktual

Ədalətsiz Qazzayev...


“Qarabağ”ı görməmək üçün kor olmaq lazımdı!
“Belarus çempionatından BATE-ni və ya Minsk “Dinamo”sunu, Azərbaycan çempionatından “Neftçi”ni, Ermənistan çempionatından “Ararat”ı, Qazaxıstan çempionatından isə “Tobol, “Kayrat” və ya “Astana” kimi klubları çıxarsaz, bu çempionatlar çökəcək” – bu sözləri deyən adam Valeri Qazzayevdi. SSRİ və Rusiya futbolunda şan-şöhrət qazanmış, indi isə Dövlət Dumasında deputat olan birisi. Əlbəttə, bu məsələnin üzərindən sükutla da keçmək olardı. Ən azı “Neftçi”nin adını çəkib və doğrudan da, paytaxt klubu Azərbaycan futbolu adına brenddi, illər uzunu SSRİ çempionatının güclülər və birinci dəstəsində mübarizə aparıb. Amma onun “Neftçi”nin adını çəkməsi ilə kifayətlənmək çılpaq və gerçək həqiqətin üzünə tüpürməkdən başqa bir şey deyil. Əlbəttə, Valeri Georgiyeviçin “Neftçi” ilə bağlı özəl xatirələri olmamış deyil. Bizimkilər onun 1979-85 aralığında heyətində parladığı Moskva “Dinamo”sunu dəfələrlə cəzalandırıb ki, səbəbkar da həmin acı qismətdən payını alıb. Heç uzağa getməyə də dəyməz. Düz 15 il əvvəl – 2004-cü il, iyulun 27-də kürəkəni Tuayevin çalışdırdığı “Neftçi” Qazzayevin ÇSKA-sına Bakıda, dolu tribunalar önündə əcəl təri axıtdırmışdı. Cəmi bir həftə sonra – həmin duelin cavab görüşündə Qurban Qurbanov yüzdəyüz imkanı dəyərləndirsəydi, Allah bilir, bu osetin-rus mütəxəssis harda olacaqdı. Harda olacaqdısa, olacaqdı, amma təbii ki, elə həmin mövsüm rusların bu gün gözünə sürtdüyü UEFA kubokunu qazanmayacaqdı.
Və mənim heç yaddaşımdan silinməyən daha bir tarix var. 16 noyabr 1996... “Alaniya” ardıcıl ikinci dəfə çempion olmaq istəyir. Mövsümün gedişində “Spartak”dan xeyli irəli çıxan vladiqafqazlılar məsuliyyətsizlik və pərdəarxası oyunlar üzündən böyük xal fərqini əldən verib və taleyini “qızıl oyun”da sınamağa məcburdu. Bütün ölkənin gözü Peterburdda keçirilən bu oyundadı. Son dəqiqələrdə hesab 2:1 moskvalıların xeyrinədi. Nazim Süleymanov sona 3 dəqiqə qalmış çox gözəl imkanı boşa verir; zərbə vurmaq istədiyi anda ayağı topu tutmur. Böyük üstünlüyü əldən verən Qazzayev bir başqasını yox, məhz soydaşımızı “qurbanlıq qoyun” seçir və istedadı parlayan çağda Nazimi ehtiyatda yatırdır. İstəsəm, onun azərbaycanlı futbolçulara münasibətdə əlahiddə qərəzinə dair başqa nümunələr də tapa bilərəm. Amma istəmirəm və günümüzə qayıdıram.
Sirr deyil ki, “Qarabağ” son on ildə postsovet məkanının ən sabit komandalarından biridi. Ağdamlılar müntəzəm çempionluğu bayram edir və eyni qaydada da ya Çempionlar Liqasının, ya da Avropa Liqasının qrupuna düşürlər. Köhnə SSRİ-nin istənilən qərəzsiz mütəxəssisi ya bu komandanı yaxşı tanıyır, ya da ən azı oyununa televizorda baxıb. Düzünə qalsa, “Qarabağ” da məhz Azərbaycan futbolu sərgiləyir. Əlbəttə, bu, “Neftçi”nin SSRİ çempionatında sərgilədiyi qısa ötürmələrlə kombinasiyalı oyun deyil. Amma eyni zamanda atletik futboldan da çox uzaq oyun üslubudu. Qurban Qurbanov vaxtilə “Neftçi”də gördüyü oyun üslubunu təkmilləşdirib. Topu itirdinsə, almalısan, aldınsa, meydanboyu fırlatmalı, rəqibin müdafiə səddində boşluqlar axtarmalı və qol vurmaq üçün irəli atılmalısan. Qazzayev ona yad olmayan bu oyun üslubunu görüb və laqeyd deyil. Təəssüf ki, ədalət hissindən çox uzaqdı. Erməni dostlarının könlünə dəyməmək, onların ruhunu incitməmək üçün postsovet məkanının “Qarabağ” adlı brendini unudur və ya görməzdən gəlir. Gör iş nə yerə çatıb ki, SSRİ dövründə daim Azərbaycanın arxasınca sürünən Qazaxıstandan üç klubun adını çəkdiyi halda, Azərbaycandan yalnız “Neftçi”ni xatırlayıb. Ədalətsizlikdən və vicdansızlıqdan başqa bir jest deyil bu, Valeri Georgiyeviç! “Qarabağ”ı və Azərbaycan futbolunu yaxından görmək üçün gözlərinizi tam açın. Heç şübhəsiz, onda yığmamızın parlaq nəticələrini görməyəcəksiz. Açığı, bunu görməyi arzuladığınıza da inanmıram. Amma “Qarabağ”ı, onun uğurlarını, bəzən qrup mərhələsində üzləşdiyi haqsızlıqları mütləq görəcəksiz. Bu gün “Qarabağ” Azərbaycanın haqq səsidi. Özü də təkcə futbol mənasında yox. Sizin parlamentində oturduğunuz ölkənin saxta arbitrliyi sayəsində biz bu məsələdə 30 ilə yaxında əziyyət çəkirik. Qarabağ adını dilinizə gətirin, qorxmayın, sizi Dövlət Dumasından qovmazlar!
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar