06 iy 15:07aktual

Şeydayevin “Dinamo”ya keçidi rəsmiləşdi


Xoxlov: “Bir hücumçu kimi yaxşı göstəricilərə malikdi”
Ötən sayımızda millinin forvardı Ramil Şeydayevin Moskva “Dinamo”sunda tibbi müayinədən keçdiyini xəbər vermişdik. Onu da qeyd etmişdik ki, tibbi baxış zamanaı ortaya hansısa problem çıxmasa, Şeydayev “ağ-göylər”lə müqavilə imzalayacaq. Gözlənildiyi kimi, srağagün Ramilin Moksva təmsilçisinə transferi rəsmiləşib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçunun geridə qalan mövsümdə formasını geydiyi “Krılya Sovetov”la müqaviləsinin müddəti bitdiyindən, o, “Dinamo”ya azad agent kimi keçib. Tərəflər birillik müqaviləyə imza atıblar. Qeyd edək ki, Ramil ötən mövsüm Samara klubunun futbolçusu kimi 20 oyunda meydana çıxıb və 4 qola imza atıb.
Şeydayev “Dinamo”ya keçidi ilə bağlı “ağ-göylər”in rəsmi saytına açıqlama verib: “Bu kluba keçidimə görə xoşbəxtəm. Əfsanəvi kluba premyer- liqada ən üst sıralarda yer almaqda, avrokuboklara vəsiqə qazanmaqda kömək etmək istəyirəm. Danışıqlar elə də uzun sürmədi. Hər şeyi düşündüm, ailəmlə, valideynlərimlə məsləhətləşdim və artıq burdayam (gülür). Baş məşqçi ilə də söhbətim oldu və bu məndə ən xoş təəssürat yaratdı. Qarşımda hansısa fərdi hədəflərim varmı? Hücumçunun hədəfi rəqib qapısıdı (gülür). Öz oyunumla, vurduğum qollarla, məhsuldar ötürmələrimlə “Dinamo”ya yardım etməyə çalışacam”.
Moskvalıların baş məşqçisi Dmitri Xoxlov da komandaya yeni qoşulan hücumçu ilə bağlı klub saytına açıqlama verib: "Şeydayev gənc futbolçudu, onu Rusiyanın gənclər yığmasında çıxışından tanıyırıq. Ötən mövsümü "Krılya Sovetov"da keçirdi və çempionatın sonuna yaxın oynamağa başladı. Ancaq indi yeni komandadı, yeni tələblər var. Gəlin, görək burda necə açılacaq. Bir hücumçu kimi yaxşı göstəricilərə malikdi".
Yeni komandasının Avstriyadakı təlim-məşq toplanışına qoşulan forvard artıq debüt etmək imkanı da qazanıb. “Dinamo”srağagün Çexiya “Sparta”sı ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Ramil fasilədən sonra meydana çıxıb.
Şeydayevin “Dinamo”ya keçidinə klubun azarkeşləri də biganə qalmayıb. “Ağ-göylər”in “feysbuk” səhifəsində Ramillə bağlı müxtəlif statuslar bölüşüblər. “Dinamo” azarkeşləri arasında Şeydayevin gəlişini alqışlayanlar da var, bu keçidə ağız büzənlər də. Yeri gəlmişkən, azərbaycanlı futbolsevərlər də sosial şəbəkə vasitəsi ilə həmyerlimizə yeni klubunda uğurlar arzulayıblar. Diqqəti çəkən bəzi statuslarla sizi tanış edirik.
Vladimir Verşinın: “Bir müsbət məqam artıq var. Ramili dəstəkləmək üçün “Dinamo”nun oyunlarına Moskvadakı böyük Azərbaycan diasporu da gələcək. Həm futbolçuya dəstək olacaqlar, həm də “Dinamo”ya. Ümumi götürəndə isə mən bu hücumçunun gəlişində uğur görürəm. Çoxdandı “Dinamo”da Valeri Qazzayev kimi qafqazlı yox idi”.
Yevgeni Panteleyev: “Krılya Sovetov”da onu görmüşük. Boş şeydi. Əbəs yerə bir legionerin yeri zəbt olundu”.
Anastasiya Potapova: “Mən “Krılya Sovetov”un onu buraxmasına təəccüblənirəm”.
Dmitri Kosaç: “İndi “Qladiator”da ikiqat endirim olacaq”
Sergey Pleşkov: “Xoş gəlmisən. Yaşayarıq, görərik. Uğurlar”.
Dmitri Zuyev: “Sovet vaxtı bir Cavadov var idi. UEFA turniri ərəfəsində komandanı güclüəndirmək üçün dəvət olunmuşdu. Bəlkə kimsə xatırlayır? 1982-83. Dinamo (Moskva) 4 (0) – Qazzayevin vaxtında rəqabət aparmaq... “Krılya Sovetov”da isə “vuran ayaq” Kornilenkodu. Belədə Markov, Çernıx və Qrulyovla nə etmək olar? Xoxlova iki hücumçu ilə oynamaq lazım gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar