04 iy 16:13aktual

Qazaxlar Emil Balayevi təriflədilər


Qazaxıstan premyer-liqasında uğurla çıxış edən Emil Balayevin sərgilədiyi oyun qazax həmkarlarımızın da diqqətindən yayınmayıb. Vesti.kz portalı “Tobol”un qolkiperi barədə yazı hazırlayıb ki, onu sizlərin diqqətinə çatdırırıq.
Ötən tur “Jetısu”nu məğlub edən “Tobol” premyer-liqada liderliyi ələ keçirdi. Ənənəsinə sadiq qalaraq, kostanaylıların qapıçısı Emil Balayev etibarlı oyunu ilə seçildi.
“Neftçi” Balayev üçün xüsusi komandadı. Çünki özu bu klubun yetirməsidi. Emil iki dəfə doğma klubuna qayıdıb, ancaq 2014-cü ildə Avropaya yollanmağa qərar verib. Onu Frankfurt “Ayntraxt”ının skautları gözaltı ediblər. Həmin vaxt onunla “Roma” da maraqlanırmış. Ancaq azərbaycanlı bundesliqada özünü göstərə bilməyib. Sonradan PSJ-yə yollanan Kevin Trapp həmin dönəmdə “Frankfurt”da parlayırmış. Bu üzdən Balayevin özünü göstərmək şansı olmadı.
Uğursuz Almaniya səfərindən sonra Emil daha bir xoşagəlməz olayla üzləşdi. 2016-cı ilin dekabrında Əmircan qəsəbəsində futbolçunin idarə etdiyi avtomobil başqa bir maşınla toqquşdu və nəticədə o biri avtomobildə olan 6 aylıq körpə dünyasını dəyişdi. Emilin atası Nazim Balayev mətbuata açıqlamasında “oğlum sürət həddini aşmayıb, yanlış ötüb-keçmə əməliyyatı etməyib ki, qarşı tərəf ondan şikayətçi olsun“ deyərək, zərəçəkmişlərlə söhbət etdiyini bildirmişdi. Onu da əlavə etmişdis ki, biz həmişə Emilin yanında olacağıq.
Qolkiper bu acını tez yaddan çıxarmağı bacardı və “Səbail”in heyətində iki sabit mövsüm keçirdi. Ötən mövsüm Türkiyə təmsilçisi “Ərzurumspor”un “azərbaycanlı Buffon”a maraq göstərdiyi xəbəri yayılmışdı. Ancaq yekunda transfer baş tutmadı. Əvəzində “Tobol” istəyinə nail oldu. Kostanaylıların iddiası böyük idi, Balayev də “bir nömrə” kimi onlara tam uyğun gəlirdi. Emilin Qazaxıstanda debütü adi alındı. O ilk 8 oyundan üçündə qapısını toxunulmaz saxlamağı bacardı. “Aktobe” ilə görüşdə isə Balayev Manuel Noyer kimi “məhsuldar” səhvə yol verdi və buna görə də sonradan komanda yoldaşlarından üzr istədi.
“Tobol”un baş məşqçisi Vladimir Qazzayev müsahibəsində “hələ hazırlıq dönəmində Emilin necə böyük həvəslə məşq etdiyini, inkişaf etmək yönündə əzmlə çalışdığını görmək mümkün idi. O istedadlı futbolçudu. Fikrimcə, qolkiperin gələcəyi parlaqdı. Öz tərəfimdən də hər şey edəcəm ki, o potensialını tam aça bilsin” deyir.
May və iyunu komanda, demək olar ki, ideal şəkildə keçirdi. Balayev öz işini səhvsiz yerinə yetirməklə yadda qaldı. Düzdü, kostanaylılar ölkə kubokunda mübarizəni dayandırdılar. Buna baxmayaraq, çempionatda kreyser sürəti yığıblar. Əsas statistik göstəricilərdi - 8 oyunda 7 qələbə və qapıçının 630 dəqiqəlik “quru” seriyası.
Balayev sabit və etibarlıdı. Ancaq “Tobol”un müdafiə xəttinin də zəhmətini unutmaq olmaz. Müdafiəçilər maksimum çalışırlar ki, qapıçının üzərinə böyük yük düşməsin. Bunun da nəticəsi kimi “Tobol” artıq ilk pillədədi və ən yaxın izləyicisindən 9 xal aralana bilər. Bu isə artıq çempionluq yolunda mühüm addımdı.
Balayev “Ordabası”nın qapıçısı Dmitri Nepoqodovla birgə gözoxşayan statitistikaya malikdi – onların hər biri 10 “quru” oyun keçirib”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar