06 apr 18:43aktual

“Xəzər Lənkəran”ı çökdürdüyü deyilən şəxs TFF-nin rəsmisidi

“Xəzər Lənkəran”ı çökdürdüyü deyilən şəxs TFF-nin rəsmisidi
Siz deyin, kimə inanaq?

Ələddin Aykaç – bu ad Türkiyə futbol ictimaiyyətinə və azərbaycanlılara yaxşı tanışdı. Azərbaycanlılar deyəndə, “Xəzər Lənkəran”a rəhbərlik edənləri, vaxtilə klubda çalışanları və yaxın olanları nəzərdə tuturuq. Hə, bir də az-çox siyasətlə maraqlananlar və ondan yazanlar. Yəni Ələddin Aykaç ad-soyad olaraq xüsusi çəkiyə sahib olmasa da, daim gündəmdə olub. Təbii ki, “Palmali”nin və şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun hesabına.
Bir neçə ay əvvəl mətbuatda Mübariz bəyin 31 illik dostunu məhkəməyə verməsi ilə bağlı xəbərlər yayıldı. Mənsimov şikayət ərizəsində Aykaçın ona ciddi ziyan vurduğunu göstərmişdi. Prezidentlə sabiq icraçı direktorun yolları 2015-ci ildə ayrılandan sonra Ələddin bəy bir neçə şirkətin səhmlərini, daşınmaz əmlakı və gəmiləri “Palmali”yə geri qaytarmayıb. Bununla bağlı Mübariz Mənsimov ona bir neçə dəfə xəbərdarlıq etsə də, türk dostu mesajları eşitməzlikdən gəlib. Nəticədə şef keçmiş işçisini məhkməyə vermiş və məhkəmənin birinci qərarına görə Mənsimov Maltadakı dörd gəmisini geri almışdı.
Aykaçın “Palmali”nin başına açdığı oyunlar barədə xəbər yayılanda “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu da eşidib-bildiklərini diqqətə çatdırmışdı. Hüseyn “feysbuk”da paylaşdığı statusda “Xəzər”in çətin duruma düşməsində Ələddin bəyin xüsusi “rolunun” olduğunu qabartmışdı. Ki, 2013-cü ildən sonra məşqçilərə milyonların verilməsinin, bəzi futbolçuların Lənkərana gətirilməsinin birbaşa səbəbkarı olub. Yəni Aykaç klubun Bakıdakı rəhbərliyinin işinə birbaşa müdaxilə edirmiş. Bu da səbəbsiz deyildi. Mustafa Dənizli ilk dəfə klubun fəxri prezidentinin təyyarəsi ilə Lənkərana səfər edəndə baş məşqçini məhz Ələddin Aykaç müşayiət edibmiş. Belə deyək, həmyerlisinin Azərbaycanda çalışmasına birbaşa vasitəçilik edib. Həmçinin Con Toşakın da cənubun paytaxtında peyda olmasını o istəyib. Deməli, Toşak ilk dəfə baza və şəhərlə tanış olanda klubun hansısa rəsmisi uelsli çalışdırıcıdan bazada, yoxsa oteldə məskunlaşmaq istədiyini soruşub. Toşakın özündənrazı cavabı özünü çox gözlətməyib: “Ələddin bəy mənə “Palmalayf”da xüsusi villa söz verib”. Aykaç heç kimə yaradılmayan şəraiti uelsliyə yaradıb. Təbii ki, uelslinin vaxtilə “Beşiktaş”ı çalışdırması isti münasibətdə əsas rol oynayıb.
Yəni bu cür xəbərləri eşidəndə, istənilən şəxsdə Ələddin Aykaç barədə mənfi fikir yaranır. Ki, adam hiyləgərdi, dostuna “atan”, inamdan istifadə edəndi. Bəlkə də deyilən kimidi, bəlkə də yox. Ancaq dünən bu şəxsin adına elə bir tədbirdə rast gəldik ki, adam deməyə söz tapmır. Açığı, Aykaçın futbolu bilməməsi, zərər vuran olması haqda deyilənlər arxa plana keçir. Adam dünən harda olub, bilirsiz? Finlandiyanın paytaxtı Helsinkidə. UEFA-nın 41-ci konqresində. Nə üzlə, hansı adla? Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü qismində. Bəli, Ələddin Aykaç birbaşa dövlətin nəzarətində olan qurumda söz deyən, qərar verən şəxslərdən biridi. “Xəzər Lənkəran”ı uçuruma aparması ilə bağlı deyilənlərə inanmağa dəyərmi? “Toşakın, Dənizlinin gətirilməsi yanlış qərar idi” kimi düşünənlərə sual: bəlkə futbolun A-sından Z-sinə qədər hər şeyi bilən ünlü çalışdırıcılara Lənkəranda işləmək imkanı verilmədi? Bəlkə gördüklərindən havalanıb, başlarını götürüb qaçdılar? Bu sualı Helsinkiyə gedib Aykaça ünvanlamaq yerinə düşərdi. Heyf...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar