27 in 16:25aktual

“Sperantsa” - “Neftçi” oyunu Moldovada yayınlanmayacaq

“Sperantsa” - “Neftçi” oyunu Moldovada yayınlanmayacaq
Füzuli Məmmədov: “İzlədiyimiz qarşılaşma aldığımız informasiyaları doğrultdu”
İyulun 21-də “Sperantsa” Moldova çempionatının 14-cü turu çərçivəsində “Milsami”ni qəbul etdi. “Neftçi”nin Avroliqadakı rəqibi minimal hesabla (0:1) məğlub oldu. “Zimbru”nun bazasında baş tutan qarşılaşmanı “ağ-qaralar”ın nümayəndələrinin də izlədiyini xəbər vermişdik. Kişinyovda “Neftçi”nin baş meneceri Qədir Həsənov, Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev və köməkçi-məşqçi Fizuli Məmmədov olub. Dünən flaqmanın üzvlərinin Moldova səfəri ilə bağlı təəssüratını öyrənmək qərarına gəldik. Rüstəm Allahverdiyevlə söhbətdə daha çox təşkilati məsələlərə toxunduq: “Bilirsiz ki, məndən başqa klubun baş meneceri Qədir Həsənov da Kişinyova getmişdi. Komandanın qalması üçün normal otel var. Bu baxımdan heç bir problem yoxdu. Oyun “Zimbru” stadionunda gerçəkləşəcək. Müasir, tam standartlara cavab verən, gözəl bir stadiondu. “Sperantsa” rəhbərliyi ilə görüşdük, söhbət etdik, müzakirələrimiz oldu. Oyunla bağlı tədbirlər haqda fikir mübadiləsi apardıq. Görüşümüzün əsas məqsədlərindən biri səfər oyununun yayınlanması idi. Bu haqda da söhbətimiz oldu. Düzdü, həmin məqamla bağlı müəyyən problemimiz var. Çünki Moldovada rəqibimizin oyununun yayınlanması maraqlı deyil. Hazırda “necə edək ki, səfər oyunu göstərilsin” yönündə müzakirələr gedir. Lakin hazırda vəziyyət belədi ki, Moldova telekanalları qarşılaşmanı çəkməyəcəklər. Səfər oyunu ilə bağlı ən böyük problemimiz budu. Qalan hər şey qaydasındadı, heç bir narahatlıq yoxdu. Ordakı Azərbaycan səfirliyi ilə də görüşdük. Sağ olsunlar, bizi çox isti qarşıladılar. Yaxşı müzakirələrimiz oldu. Qeyd etdilər ki, lazımi dəstəyi verəcəklər. Orda yaşayan Azərbaycan diasporunun oyunda iştirakını təşkil edəcəklər. Bir sözlə, görüşümüz səmərəli keçdi”.
Fizuli Məmmədovdan isə “Sperantsa”nın oyunu ilə haqda suallarımıza cavab aldıq: “Rəqibin güclü tərəfi komanda şəklində müdafiə olunmaları, əzmkar olmaları, hər top uğrunda mübarizə aparmaları, məğlub olmaq istəməmələridi. Bir sözlə, əzmkar komandadı. Bundan başqa, əks-hücumlarını da qeyd edərdim. Hər bir komandanın zəif tərəfi olduğu kimi, “Sperantsa”da da bu var. Həmin məqamlarla bağlı da məlumatlıyıq. Xüsusi fərqləndiriləcək oyunçuları hücum xəttindəki iki sürətli, döyüşkən, əzmkar, güclü forvardlarıdı. Əlbəttə, məşqçi işi hiss olunurdu. Xüsusən də komanda hesabda geri düşdükdən və məşqçinin əvəzetmələrindən sonra hücumlarının kəsəri artdı. Əvəzetmələrdən sonra rəqibə problemlər yaratmağa başladılar. Görünürdü ki, Kristian Efrosun müasir futbol haqda bilgiləri yetərincədi. “Sperantsa” məni təəccübləndirdi? Xeyr. Çünki püşkatmadan dərhal sonra bu rəqib haqda məlumatlar topladıq. İzlədiyimiz oyun aldığımız informasiyaları doğrultdu... Təbii, qarşı tərəfi ciddiyə almadıqda hər bir rəqib istənilən güclü komandaya problem yarada bilər. Mövqelər baxımından incələsək, hücum xəttindəki iki oyunçunu artıq qeyd etdim. O futbolçular həm keyfiyyətlərinə, həm də sürətlərinə görə başqalarından fərqlənirdilər. Onu deyərdim ki, “Sperantsa” bizim çempionatda istənilən rəqibə qalib gəlmək bacarığındadı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar