27 in 15:50aktual

“Qırmızı öküzlər” azarkeşlərini qəzəbləndirib

“Qırmızı öküzlər” azarkeşlərini qəzəbləndirib
“Qarabağ”la oyunlara hazırlaşan “Partizani”nin düşərgəsində ab-hava heç də ürəkaçan deyil. “Futbol+”in elə bu sayını oxuyanda biləcəksiz ki, “Sarayevo” yoldaşlıq oyununda Albaniya klubunu darmadağın edib – 5:1. Baş məşqçi Franko Lerda və futbolçular “yoldaşlıq oyunlarında nəticə o qədər də prinsipial əhəmiyyət daşımır” tezisi ilə sakitliyi qorusalar da, italyan mütəxəssisin rəsmi debütünə iki həftə qalmış “qırmızı öküzlər”in sərgilədiyi oyun jurnalistlərə və azarkeşlərə qorxunc təsir bağışlayıb.
“Partizani”nin çılğın xarakteri ilə seçilən azarkeşləri hətta bəyan edirlər ki, Lerda istefaya getməlidi, əks halda onlar “Qarabağ”la oyunu boykot edə bilərlər. “Baş məşqçi Lerda ilk yarıda 0:4 ilə başladı”, “Fanatlar partlayırlar”, “Sarayevo” “Partizani” ilə tennis oynadı”, “İndi təsəvvür edin ki, “Qarabağ”la oyunda nə olacaq!” – bunlar Albaniya KİV-indən götürülən sərlövhələrdi.
“Fidanti Sportiv” nəşri isə ölkə yığmasının və İtaliya “Peskara”sının hücumçusu Ledian Memuşayı tənqidə məruz qoyub. Xatırladaq ki, “Parizani” üçün ÇL-in püşkünü dəyərləndirən bu futbolçu Ansi Aqollinin gedişindən sonra “Qarabağ”ın zəiflədiyini bildirmişdi.
Adı çəkilən nəşrdən olan həmkarımız yazır: “Komandalarımız hər dəfə Çempionlar Liqasının oyunlarına hazırlaşanda rəqib düşərgədən olan “casusların” işini asanlaşdırırıq. Bəzi mütəxəssislərin sərgilədiyi haqlı ehtiyatlılıq əvəzinə Memuşay kimilər ikiüzlülük edirlər. Onun dediyinə görə, “Qarabağ” artıq o qədər də qorxulu deyil, xüsusən də Aqollinin gedişindən sonra”. Dedikləri həqiqət olsaydı, bu sözlərin müəllifinin əlindən öpərdik, ancaq bu ifadə, çox güman, qarşıda üzləşəcəyimiz ağrını yüngülləşdirmək üçün deyilib.
Elə həmin Aqolli yığmada kapitan sarğısını alanda çoxları yaşına işarə vurmağa başladılar – guya o həminki deyil, yaş özünü göstərir, o yerini gənclərə verməlidi və s. və i.a. Ansi yığmanı tərk edəndə nə Memuşay, nə Hisay, nə də Berişa demədilər ki, onun gedişi yığmanı gücləndirdi və ya yox. Adı çəkilənlər onu həqiqətən bu dərəcədə güclü oyunçu sayırdılarsa, niyə məhz Ansinin milli komandanı zəiflətdiyini hesab edənlərə qarşı çıxmırdılar?”
Bu arada azarkeşlərin sosial şəbəkələrdəki “atəşi altına” yalnız baş məşqçi yox, klubun idman direktoru Olsi Rama da düşür. Axı çoxları hesab edir ki, məhz o komandanı idarə edir. Maraqlıdı ki, azarkeşlər Ramaya qarşı məhz Albaniya Demokratik Partiyasının tərəfdarlarının işlətdiyi şüarlardan yararlanırlar. Xatırladaq ki, ölkənin baş naziri Edi Ramanı (yeri gəlmişkən, “Partizani”nin idman direktorunun doğma qardaşıdı) demokratlar bü şüarla istefaya səsləyir: “Rama ik!” (“Rama – rədd ol!”).
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar