23 in 18:40aktual

Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu

Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu
Forvard "Neftçi"ylə müqaviləni yeniləyib "Səbail"ə qoşuldu
Nəhayət, uzun sürən çək-çevir başa çatdı. Mövsüm başa çatandan sonra gündəmdən düşməyən Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu. Xatırladaq ki, hücumçu "Neftçi"ni daha çox oynamaq imkanı qazanacağı kluba dəyişmək istəyirdi. Konkret variant isə "Səbail" idi. Məlum olduğu kimi, qışda Canluka Sansonenin transferindən sonra Abbasov əsas heyətdəki yerini itirdi. Düzdü, flaqman bu yay italiyalı hücumçu ilə də vidalaşdı. Ancaq əvəzində Rauf Əliyev və Stiven Jozef-Monroz alındı. Bu isə Mirabdullanı yenə də ciddi rəqabətin, daha dəqiq desək, ehtiyat oyunçular skamyasının gözlədiyinə işarə idi. Odu ki, yığma üzvü getmək fikrindən dönmədi. Paytaxt klubu isə Mirabdullanı satmaq istəmirdi. Görünür, yaşı, yığma üzvü olması, üstəlik, çempionatdakı limit "Neftçi"nin Abbasovdan belə asanlıqla əl çəkməsinə mane olurdu. Qeyd edək ki, hücumçunun müqaviləsinin müddəti gələn ilin yayına qədər idi. Bundan başqa, anlaşmada 100 min manatın qarşılığında Mirabdullanın sərbəst qala biləcəyi haqda bənd də var idi. Ancaq göstərilən məbləğdən əlavə "klubun razılığı olarsa" şərti də irəli sürülübmüş. "Neftçi" isə məhz bu tələbi əsas tuturdu. Hətta işin məhkəməyə qədər gedə biləcəyi də istisna edilmirdi.
Nəhayət, srağagün tərəflər ortaq məxrəcə gəldilər. Maraqlıdı ki, "Neftçi” yetirməsi ilə gələn ilin yayında bitməli olan müqavilənin müddətini artırıb. Anlaşmaya görə 24 yaşlı hücumçu 2020/21 mövsümünün sonuna qədər "ağ-qaralar"a məxsus olacaq. Flaqamanın saytında yer alan xəbərdə qeyd olunur ki, Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi” rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə "ağ-qaralar" üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu qarşıdakı mövsümün sonuna qədər "Səbail”ə icarəyə verilib.
Hər halda, məsələdə anlaşılmaz məqamlar var. Futbolçu icarə əsasında olsa belə, getdi və "Neftçi" bundan maddi qazanc əldə etmədi. Məntiqlə, gələn yay da Mirabdulla eyni tələblə çıxış edə bilər. Belə çıxır, eyni proseslərin yenidən təkrarlanması mümkündü. Görəsən, bu məsələdə hansı tərəf güzəştə gedib? Kimin istəyi yerinə yetib? Suallara cavab almaq üçün hər iki tərəfdən fikir öyrənməyi lazım bildik.
Rüstəm Allahverdiyev ("Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri): "Mirabdulla bizimlə müqaviləni yenilədi və müraciət etdi ki, daha çox oynamaq istəyirəm. Klub rəhbərliyi də bu haqda düşündü və məşqçi heyəti ilə müzakirə aparıldı. Qərara alındı ki, Abbasovun istəyi gerçəkləşdirilsin. Beləcə onun "Səbail"ə icarəyə verilməsinə icazə verdilər. Düzdü, klub burda pul qazanmadı. Ancaq oyunçusunu da itirmədi. Mirabdulla yığma üzvü olaraq, hər bir klubun ehtiyacı olan futbolçudu. Mövsümün sonunda necə olacağını indidən proqnozlaşdıra bilmərik. Bunu gələcək göstərər. Təklifimiz bu idi ki, Mirabdulla bizimlə müqavilənin müddətini uzatsın, daha sonra onun müraciətinə baxılacaq. O da gəldi, anlaşmasının müddətini artırdı, xahiş etdi ki, oyun təcrübəsi qazanması üçün heç olmasa, icarəyə verilsin. Rəhbərlik də müzakirə edib, razılıq verdi".
Tural Əsgərov (futbolçunun meneceri): "Məncə, artıq məsələnin təfsilatına varmağa dəyməz. Nəticə artıq məlumdu. Sonda nəticəyə gəlinibsə, yəqin hansısa mənada hər iki tərəfi qane edib. Aydındı ki, hər iki tərəf də güzəştə getməli olub. Çünki tərəflərin istədikləri başqa şeylər idi. Mirabdulla "Neftçi"dən ayrılıb ilk növbədə xaricə getmək istəyirdi. Alınmayandan sonra isə burda hər hansı bir kluba keçib daha bir il burda oynamaq fikrində idi. Amma elə bir kluba keçmək istəyirdi ki, müntəzəm oynasın. Sonda daha çox oynaya biləcəyi kluba keçməyə nail oldu. Ancaq digər tərəfdən "Neftçi" ilə müqaviləninin müddətini uzatmalı oldu. Bu isə o deməkdi ki, gələn yay yenə harasa getmək istəsə, "Neftçi"dən asılı vəziyyətə düşəcək. Əsas odu, bu mövsüm uğurlu çıxış etsin. Hər halda, indi daha çox oynamaq baxımından "Neftçi"dəki kimi qarşısında əngəllər olmayacaq. Daha çox oyun təcrübəsi qazanmaq imkanı var".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar