23 in 18:15aktual

Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub

Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub
“Araz"a ÇL-də kömək etməyimi istəyirlər”
Onu ayyarım öncə bəh-bəhlə yola salmışdıq. İnsafən, bu müddətdə Tayland çempionatında işləri yaxşı gedirdi. Ora çatan günün ertəsi oyuna çıxdı, qol da vurdu, komandasına qələbə qazandırdı. İlk dövrənin sonuna kimi meydana çıxdığı 6 oyunda qol sayını 3-ə çatdırdı, 2 məhsuldar ötürmə ilə yadda qaldı. Buna baxmayaraq, Xətai Bağırov legioner karyerasını başa vura bilər. Niyə? Hazırda vətəndə olan futzal millimizin üzvü ilə görüşüb bu və digər suallara aydınlıq gətirmək istədik.
- Birdəfəlik gəlmisən?
- Hələ "Sisaket"in oyunçusuyam. Tayland çempionatında birinci dövrə başa çatıb, iki həftəlik fasilədi. Fürsət bilib evə baş çəkməyə gəldim. Amma mümkündü ki, qayıtmayım. Başqa variantlar var, görək necə olur.
- Əslində "Araz"a qayıdacağını eşitmişik və bu barədə qəzetimizdə xəbər də yazmışıq.
- Sizdən nəsə gizlətmək olmur ki (gülür).
- "Araz"la məsələn həll olunub?
- Hələ yox. Həftəsonu nöqtə qoyulacaq. Ola bilər ki, alınmasın və qayıdım. Zəng vurub təkliflərini çatdırdılar. Amma detalları müzakirə etməmişik. Bu gün-sabah hər şeyə aydınlıq gələcək. Mənim vaxtım yoxdu, klubuma cavab verməliyəm. Ki, "pəncərə" bağlanmamış yerimə transfer etsinlər.
- Niyə getmişdin, niyə qayıdırsan? Axı bir ay əvvəl "Sisaket"dən, Tayland çempionatından, yaradılan şəraitdən ağızdolusu danışırdın.
- Mən yenə də ordakı durumumdan məmnunam. Şəraitə görə tərk etmirəm oranı. Ona qalsa, legioner kimi çox qayğıma qalırlar. Narazılıq üçün əsas yoxdu. Maaşımı deyilən vaxtdan da tez verdilər. Demişdilər ki, maaşı ayın 5-nə qədər alacaqsız, 2-də verdilər. Peşəkarlıq yüksək səviyyədədi. Mən bir komandanın 6 oyun formasının olduğuna orda şahid oldum. Məşqçi korpusunda 4 nəfər var, oyunçulara 3 masajçı xidmət edir. Çempionat oyunları ev-səfər prinsipi ilə keçirilir, hər klubun öz arenası var. Elitanı bir komanda tərk edir və yalnız aşağı liqanın qalibinə lisenziya verilir. Bir sözlə, çempionat peşəkar qayda-qanunla idarə olunur. Maaşım da məni qane edir.
- Bəs onda niyə qayıdırsan?
- "Araz"a ÇL-də kömək etməyimi istəyirlər. Komandada dəyişikliklər olub, iranlılardan gedənlər var. Qarşıdan dünya çempionatının seçmə oyunları da gəlir. Bir yerdə olmağımız faydalı olar. Özü də yığma Bakıda oynayacaq. Ancaq yenə deyirəm, hələ qayıdıb-qayidmayacağım dəqiqləşməyib. "Araz"ın şərtlərindən də çox şey asılıdı.
- Şərtlər demişkən, "Sisaket"də nə qədər alırdın? Sirr deyilsə...
- Niyə gizlədim ki? 2500 dollar verirdilər. "Premiya"dan başqa. Həmçinin klub məni evlə və yeməklə təmin edir. Baxmayaraq ki, onların verdiyi yeməkləri yeyə bilmirəm (gülür). Milli yeməkləri, donuz əti...
- Mükafat nə qədər idi?
- Qələbəyə 70, heç-heçəyə 35 dollar.
- Bu, "Araz"dakından nə qədər çoxdu?
- "Araz"da əvvəlki maaşım 2000-2500 manat olub. Amma görək yeni şərtlər necə olacaq? "Araz"da da maaş problemi olmayıb, sağ olsunlar, məvacibimizi qəpiyinə qədər veriblər.
- Legioner olmağın başqa üstünlükləri də var.
- Əlbəttə. Yeni məşqçi mənə çox güvənir, hər oyunda demək olar, 30 dəqiqə meydanda oluram. Qeyd edim ki, mən Bakıdan çıxıb ora çatana kimi məşqçi dəyişikliyi oldu. Yeni çalışdırıcımız Eyi Tayi vaxtilə Qazaxıstanda oynayıb, rusca bilir. Tayland millisinin qapıçısı olub. Mən onunla tanış olduqdan sonra təkidlə bildirdi ki "hazırlaş, bu gün meydana çıxacaqsan". Halbuki bir gün əvvəl çatmışdım, yorğun idim. Ümumiyyətlə, o, mənə çox güvənir. Cəmi bir oyunda oynamamışam, onda baldırımın iç əzələsini dartmışdım. Dedi risk etmə, damar yırtıla bilər. Daim oynadığıma görə yaxşı formadayam. Legioner olmağın üstünlüklərindən biri odu ki, özünə inamlı olursan, yığmada sənə daha çox güvənirlər.
- Eşitdiyimizə görə, İsa Atayevi də Taylanda aparmaq istəyirmişsən.
- Doğrudu. "Sisaket" rəsmiləri İsanın da oyununu görüb bəyənmişdilər. "Xəzər Cənub"la final qarşılaşmasına baxdıqdan sonra mənim vasitəmlə ona dəvət yolladılar. Həqiqətən də İsa o oyunu möhtəşəm keçirmiş, qarşılaşmanın taleyini həll etmişdi. Ona hətta mənim maaşımdan da çox pul təklif edirdilər. Hətta ona görə bəyəndikləri bir braziliyalı futzalçıdan imtina etdilər. İsa əvvəl müqaviləyə razılıq vermişdi. Mən bunu deyəndən sonra viza işlərinə başlanılmışdı ki, İsa əlaqə saxlayıb fikrini dəyişdiyini bildirdi. O, ailə vəziyyətinə görə təklifi dəyərləndirə bilməyəcəyini dedi. Beləliklə, transfer baş tutmadı. Onu da deyim ki, bir neçə ay əvvəl İsa ilə mənə Rusiyadan da təklif gəlmişdi. Bu, Biro Jadenin məşqçilər korpusunda yer aldığı "Orqxime" komandasıdı. Millimizin Sabiq çalışdırıcısı güclülər dəstəsində çıxış edən və superliqaya yüksəlməyə iddialı olan Nijni Novqorod təmsilçisində köməkçi-məsqçidi. O, paralel olaraq fiziki hazırlığa cavabdehdi. Mənimlə əlaqə saxlamışdı, ancaq elə oldu ki, Taylanda getdim. Amma mümkündü ki, qışda Bironun yanına yollanım.
- "Araz"ın heyətində dəyişikliklər olub. Bu heyətlə ÇL-də yüksək hədəflər uğrunda mübarizə aparmaq çətin olmayacaq?
- Taha gedib. O, İran superliqasında oynayacaq, özünə klub tapıb. Taha və Əli "Araz"a çox kömək etdilər. Digər iranlılar nisbətən zəifdi, amma Əliylə Taha səviyyəli oyunçulardı. Yəqin ki, gedənlərin yerinə yeni oyunçular alınacaq.
- Bəs yığma? DÇ-də uğurlu nəticə göstərmək mümkün olacaqmı?
- Yığma ilə bağlı nikbinəm. Əvvəla, yerli oyunçular yaxşı formadadılar. Legionerlərimiz də güclü çempionatlarda çıxış edirlər. Tyaqo Rusiya, Qallo İspaniya çempionatında oynayır. Bu birinciliklərin səviyyəsi isə hər kəsə bəllidi. Bundan başqa, əsas mərhələnin oyunları Bakıda keçiriləcək. Doğma azarkeşlər önündə qrup birincisi olmaqdan başqa çarə yoxdu. Yığmaya daha çox diqqət ayrılır. Bu il Latviya və Serbiyaya səfərlər, bu olkələrdəki toplanşlar çərçivəsində keçirilən yoldaşlıq görüşlərini qeyd edə bilərəm. DÇ-yə qədər daha iki toplanış olmalıdı. Biri Rusiyada təşkil olunacaq beynəlxalq turnir çərçivəsində baş tutacaq. Bir sözlə, oktyabra qədər tam hazır olacağıq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar