21 in 16:28aktual

Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı

Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı
Xəbər verdiyimiz kimi, iyunu 18-19-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında yeni avrokubok mövsümündə birinci və ikinci təsnifat mərhələlərinin püşkü atıldı. Çərşənbə axşamı əvvəlcə Çempionlar Liqasında iştirak edəcək komandalar rəqiblərini tanıdı.

“Qarabağ”: Albaniyadan başlayan yol rahat görünür
Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək “Qarabağ”ın ilk rəqibi Albaniya çempionu “Partizani” oldu. Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-10-da, cavab görüşləri 16-17-də baş tutacaq. “Qarabağ” albanlarla ilk oyunu səfərdə keçirəcək.
ÇL-in ikinci təsnifat mərhələsinin püşkü isə dünən atıldı. Beləliklə, püşkün nəticəsinə görə “Çempionların yolu”ndan 10, “qeyri-çempionların yolu”ndan isə 2 cütlük müəyyənləşdi. İkinci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq "Qarabağ" - "Partizani" cütünün qalibinin növbəti rəqibi "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün güclüsü olacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Nımme Kalyu (Estoniya) - Şkendiya (Şimali Makedoniya)
Suduva (Litva) - Srvena Zvezda (Serbiya)
Ararat-Armeniya (Ermənistan) - AİK (İsveç)
Astana (Qazaxıstan) - ÇFR (Rumıniya)
Ferentsvaroş (Macarstan) - Ludoqorets (Bolqarıstan)
Partizani (Albaniya) - QARABAĞ (AZƏRBAYCAN)
Slovan (Slovakiya) - Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) - Sarayevo (Bosniya və Hersoqovina)
Şerif (Moldova) - Saburtalo (Gürcüstan)
F91 Düdelanj (Lüksemburq) - Valletta (Malta)
Linfild (Şimali İrlandiya) - Rusenborq (Norveç)
Valyur (İslandiya) - Maribor (Sloveniya)
Dandalk (İrlandiya) - Riqa (Latviya)
Nyu Seynts (Uels) - ilkin mərhələnin qalibi
HJK (Finlandiya) - HB Torshavn (Farer adaları)
BATE (Belarus) - Pyast (Polşa)

2-ci təsnifat mərhələsi
Çempionların yolu
Astana (Qazaxıstan)/ÇFR (Rumıniya) cütünün qalibi - Makkabi (Təl-Əviv, İsrail)
BATE (Belarus)/Pyast (Polşa) cütünün qalibi - Linfild (Şimali İrlandiya)/Rusenborq (Norveç) cütünün qalibi
Nyu Seynts (Uels)/ ilkin mərhələnin qalibi cütünün qalibi - Kopenhagen (Danimarka)
Ferentsvaroş (Macarstan)/Lüdoqorets (Bolqarıstan) cütünün qalibi – F91 Düdelanj (Lüksemburq)/Valletta (Malta) cütünün qalibi
Dandalk (İrlandiya)/Riqa (Latviya) cütünün qalibi - Partizani (Albaniya)/QARABAĞ (AZƏRBAYCAN) cütünün qalibi
Şerif (Moldova)/Saburtalo (Gürcüstan) cütünün qalibi - Dinamo (Xorvatiya)
Seltik (Şotlandiya)/Sarayevo (Bosniya və Hersoqovina) cütünün qalibi - Nımme Kalyu (Estoniya)/Şkendiya (Makedoniya) cütünün qalibi
Suduva (Litva)/Srvena Zvezda (Serbiya) cütünün qalibi - HJK (Finlandiya)/HB Torshavn (Farer adaları) cütünün qalibi
Slovan (Slovakiya)/Sutyeska (Monteneqro) cütünün qalibi - APOEL (Cənubi Kipr)
Valyur (İslandiya)/Maribor (Sloveniya) cütünün qalibi – Ararat-Armeniya (Ermənistan)/AİK (İsveç) cütünün qalibi
Qeyri-çempionların yolu
Viktoriya (Çexiya) - Olimpiakos (Yunanıstan)
PSV (Hollandiya) - Bazel (İsveçrə)

“Neftçi”yə münasib, “Səbail” üçün çətin rəqib
Avropa Liqasına gəlincə, iyunun 18-də 1-ci təsnifat mərhələsinin püşkü atıldı. Nəticədə Azərbaycan təmsilçilərindən “Neftçi” və “Səbail”in ilk rəqibləri bilindi. “Neftçi” Moldova “Sperantsa”sı ilə qarşılaşacaq. Püşkün nəticəsinə görə ilk oyunu evdə keçirməli olan “Neftçi”nin moldovalılarla görüşünün yeri dəyişdirilib. UEFA “Neftçi” və “Səbail”in (həmçinin Moldova komandalarının) eyni turnirdə və eyni şəhərdə mübarizə apardığını nəzərə alaraq, “ağ-qaralar”ın əvvəlcə səfərdə oynamasına qərar verib.
“Qarabağ” və “Neftçi”dən fərqli avrokuboklarda debüt edəcək “Səbail”in bəxtinin gətirmədiyini deyə bilərik. Belə ki, Bayıl təmsilçisi aşkar favorit olan Rumıniyanın “Universitatya” klubuna rəqib oldu. "Səbail" iyulun 11-də rəqibini "ASCO Arena"da qəbul edəcək. UEFA qəsəbə təmsilçisinə birinci təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib. Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Yon Oblemenko" stadionunda keçiriləcək.

“Qəbələ” yenə Tiflis “Dinamo”suna rəqib ola bilər
Dünən isə AL-də 2-ci mərhələnin püşkü atıldı. "Qarabağ" "Partizani" səddinə ilişsə, Avropa Liqasına yollanacaq. Belədə ağdamlılar “Çempionlar yolu”nda çıxış edəcək və "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubuna rəqib olacaq.
Ölkə kubokunun qalibi “Qəbələ”yə gəlincə, islahatlara məruz qalan və iddiası azalan “qırmızı-qaralar”ın ikinci mərhələdəki rəqibi isə birinci mərhələdən sonra bəlli olacaq. Belə ki, “Qəbələ”yə yaxşı tanış olan Tiflis “Dinamo”su birinci mərhələdə “Fiorita” (San Marino) – “Enqordani” (Andorra) cütünün qalibi ilə görüşəcək. Məhz həmin oyunun qalibi “qırmızı-qaralar”ın rəqibi olacaq. “Qəbələ” potensial rəqibi ilə ilk oyununu evdə keçirəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi
Malmö (İsveç) - Ballimena Yunayted (Şimali İrlandiya)/Runavik (Farer adaları) cütünün qalibi
Konna-Kvey (Uels) - Kilmarnok (Şotlandiya)
Breydablik (İslandiya) - Vaduts (Lixtenşteyn)
Brann (Norveç) - Şemrok Rovers (İrlandiya)
Vitebsk (Belarus) - KuPS (Finlandiya)
Ordabası (Qazaxıstan) - Torpedo (Gürcüstan)
Sant Xuliya (Andorra)/Europa (Cəbəllütariq) cütünün qalibi - Legiya (Polşa)
Qzira Yunayted (Malta) - Hayduk (Xorvatiya)
Radniçki (Serbiya) - Flora (Estoniya)
ÇSKA (Bolqarıstan) - Titoqrad (Monteneqro)
Makkabi (Hayfa, İsrail) - Mura (Sloveniya)
Debretsen (Macarıstan) - Kukesi (Albaniya)
Jöness (Lüksemburq) - Tobol (Qazaxıstan)
Styaua (Rumıniya) - Milsami (Moldova)
Çukariçki (Serbiya) - Banants (Ermənistan)
Kruzeyders (Şimali İrlandiya) – B36 Torshavn (Farer adaları)
İnter (Finlandiya) - Brondbü (Danimarka)
Priştina (Kosovo)/Sent Cozefs (Cəbəllütariq) cütünün qalibi - Reyncers (Şotlandiya)
Kork Siti (İrlandiya) – Proqres (Lüksemburq)/Kardiff Metropolitan Yuniversiti (Uels) cütünün qalibi
Molde (Norveç) – KR Reykyavik (İslandiya)
Levski (Sofiya, Bolqarıstan) - Rujomberok (Slovakiya)
Akademiya Pandev (Şimali Makedoniya) - Zrinski (Bosniya və Hersoqovina)
Zeta (Monteneqro) - Fehervar (Macarıstan)
Şaxtyor (Belarus) - Hibernians (Malta)
NEFTÇİ (AZƏRBAYCAN) - Sperantsa (Moldova)
Olimpiya (Sloveniya) - Riqa FŞ (Latviya)
Honved (Macarıstan) - Jalgiris (Litva)
Radnik (Bosniya və Hersoqovina) - Spartak (Slovakiya)
Fola (Lüksemburq) - Çixura (Gürcüstan)
Alaşkert (Ermənistan) - Makedoniya (Şimali Makedoniya)
Dinamo (Tiflis, Gürcüstan) - Fiorita (San Marino)/Enqordani (Andorra) cütünün qalibi
Şiroki Briyeq (Bosniya və Hersoqovina) – Kayrat (Qazaxıstan)
Kauno Jalgiris (Litva) - Apollon (Cənubi Kipr)
Ventspils (Latviya) - Teuta (Albaniya)
Krakoviya (Polşa) - Dunayska Streda (Slovakiya)
Styarnan (İslandiya) - Levadiya (Estoniya)
Barri Taun (Uels)/Kliftonvill (Şimali İrlandiya) cütünün qalibi - Heuqesunn (Norveç)
Riteryay (Litva) - Klaksvik (Farer adaları)/Tre Fiori (San Marino) cütünün qalibi
Dinamo (Minsk, Belarus) - Liepaya (Latviya)
Norçöpinq (İsveç) - Sent Patrik (İrlandiya)
Aberdin (Şotlandiya) - RoPS (Finlandiya)
Domjale (Sloveniya) - Baltsan (Malta)
Laçi (Albaniya) - Hapoel (Beer-Şeva, İsrail)
Buduçnost (Monteneqro) - Narva (Estoniya)
SƏBAİL (AZƏRBAYCAN) - Universitatya (Krayova, Rumıniya)
Pünik (Ermənistan) - Şkupi (Şimali Makedoniya)
AEK (Cənubi Kipr) – Petrokub (Moldova)

2-ci təsnifat mərhələsi
Çempionlar yolu
Tre Penne (San Marino)/Santa Koloma (Andorra) cütünün məğlubu - Suduva (Litva)/Srvena Zvezda (Serbiya) cütünün məğlubu
BATE (Belarus)/Pyast (Polşa) cütünün məğlubu - Dandolk (İrlandiya)/Riqa (Latviya) cütünün məğlubu
Partizani (Albaniya)/QARABAĞ (AZƏRBAYCAN) cütünün məğlubu - Şerif (Moldova)/Saburtalo (Gürcüstan) cütünün məğlubu
Ararat-Armeniya (Ermənistan)/AİK (İsveç) cütünün məğlubu - Feronikeli (Kosovo)/Linkoln (Cəbəllütariq) cütünün məğlubu
Valyur (İslandiya)/Maribor (Sloveniya) cütünün məğlubu - Ferensvaroş (Macarstan)/Ludoqorets (Bolqarıstan) cütünün məğlubu
Slovan (Slovakiya)/Sutyeska (Monteneqro) cütünün məğlubu – Nyu Seynts (Uels)/ilkin mərhələnin qalibi cütünün məğlubu
İlkin mərhələnin finalçısı - Astana (Qazaxıstan)/ÇFR Kluj (Rumıniya) cütünün məğlubu
HJK (Finlandiya)/HB Torshavn (Farer adaları) cütünün məğlubu - Linfild (Şimali İrlandiya)/Rusenborq (Norveç) cütünün məğlubu
Nımme Kalyu (Estoniya)/Şkendiya (Makedoniya) cütünün məğlubu – F91 Düdelanj (Lüksemburq)/Valletta (Malta) cütünün məğlubu
Qeyd: "Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Hersoqovina) cütünün məğlubu üçüncü təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Liqa yolu
Honved (Macarıstan)/Jalgiris (Litva) cütünün qalibi –
SƏBAİL (AZƏRBAYCAN)/Universitatya (Krayova, Rumıniya) cütünün qalibi
Norçöpinq (İsveç)/Sent Patrik (İrlandiya) - Dinamo (Minsk, Belarus)/Liepaya (Latviya) cütünün qalibi
Barri Taun (Uels)/Kliftonvill (Şimali İrlandiya) - Heuqesunn (Norveç) cütünün qalibi - Şturm (Avstriya)
Lexiya (Polşa) - İnter (Finlandiya)/Brondbü (Danimarka) cütünün qalibi
Domjale (Sloveniya)/Baltsan (Malta) cütünün qalibi - Malmö (İsveç) - Ballimena Yunayted (Şimali İrlandiya)/Runavik (Farer adaları) cütünün qalibi
ÇSKA (Bolqarıstan)/Titoqrad (Monteneqro) cütünün qalibi – Osiyek (Xorvatiya)
Laçi (Albaniya)/Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi – Şiroki Briyeq (Bosniya və Hersoqovina)/Kayrat (Qazaxıstan) cütünün qalibi
AEK (Cənubi Kipr)/Petrokub (Moldova) cütünün qalibi - Levski (Sofiya, Bolqarıstan)/Rujomberok (Slovakiya) cütünün qalibi
Zeta (Monteneqro)/ Fehervar (Macarıstan) cütünün qalibi - Breydablik (İslandiya)/Vaduts (Lixtenşteyn) cütünün qalibi
Molde (Norveç)/KR Reykyavik (İslandiya) cütünün qalibi - Çukariçki (Serbiya)/Banants (Ermənistan) cütünün qalibi
Roma (İtaliya) - Debretsen (Macarıstan)/Kukesi (Albaniya) cütünün qalibi
Arsenal (Rusiya) - NEFTÇİ (AZƏRBAYCAN)/Sperantsa (Moldova) cütünün qalibi
Sant Xuliya (Andorra)/Europa (Cəbəllütariq) - Legiya (Polşa) cütünün qalibi - Vitebsk (Belarus)/KuPS (Finlandiya) cütünün qalibi
QƏBƏLƏ (AZƏRBAYCAN) - Dinamo (Gürcüstan) - Fiorita (San Marino)/Enqordani (Andorra) cütünün qalibi
Aberdin (Şotlandiya)/RoPS (Finlandiya) cütünün qalibi - Fola (Lüksemburq)/Çixura (Gürcüstan) cütünün qalibi
Lütsern (İsveçrə) - Riteryay (Litva) - Klaksvik (Farer adaları)/Tre Fiori (San Marino) cütünün qalibi
Espanyol (İspaniya) - Styarnan (İslandiya)/Levadiya (Estoniya) cütünün qalibi
Utrext (Hollandiya) - Akademiya Pandev (Şimali Makedoniya)/Zrinski (Bosniya və Hersoqovina) cütünün qalibi
Malatyaspor (Türkiyə) - Olimpiya (Sloveniya)/Riqa FŞ (Latviya) cütünün qalibi
Antverpen (Belçika) - Vitorul (Rumıniya)
Priştina (Kosovo)/Sent Jozefs (Cəbəllütariq) - Reyncers (Şotlandiya) cütünün qalibi - Kork Siti (İrlandiya) - Progres (Lüksemburq)/Kardiff Metropolitan Yuniversiti (Uels) cütünün qalibi
Krakoviya (Polşa)/Dunayska Streda (Slovakiya) cütünün qalibi - Atromitos (Yunanıstan)
Pünik (Ermənistan)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi - Yablonets (Çexiya)
Radniçki (Serbiya)/Flora (Estoniya) cütünün qalibi - Ayntraxt (Almaniya)
Buduçnost (Monteneqro)/Narva (Estoniya) cütünün qalibi - Zarya (Ukrayna)
Ventspils (Latviya)/Teuta (Albaniya) cütünün qalibi – Qzira Yunayted (Malta)/Hayduk (Xorvatiya) cütünün qalibi
Strasburq (Fransa) - Makkabi (Hayfa, İsrail)/Mura (Sloveniya) cütünün qalibi
Vulverhempton (İngiltərə) - Kruzeyders (Şimali İrlandiya)/B36 Torshavn (Farer adaları) cütünün qalibi
Mlada Boleslav (Çexiya) - Ordabası (Qazaxıstan)/Torpedo (Gürcüstan) cütünün qalibi
Aris (Yunanıstan) - AEL (Cənubi Kipr)
Brann (Norveç)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi - Kauno Jalgiris (Litva)/Apollon (Cənubi Kipr) cütünün qalibi
Jöness (Lüksemburq)/Tobol (Qazaxıstan) cütünün qalibi - Vitoriya (Portuqaliya)
Alkmaar (Hollandiya) - Heken (İsveç)
Alaşkert (Ermənistan)/Makedoniya (Şimali Makedoniya) cütünün qalibi - Styaua (Rumıniya)/Milsami (Moldova) cütünün qalibi
Şaxtyor (Belarus)/Hibernians (Malta) cütünün qalibi - Esberq (Danimarka)
Lokomotiv (Bolqarıstan) - Radnik (Bosniya və Hersoqovina)/Spartak (Slovakiya) cütünün qalibi
Konna-Kvey (Uels)/Kilmarnok (Şotlandiya) cütünün qalibi - Partizan (Serbiya)
Qeyd edək ki, ikinci mərhələnin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar