21 in 16:24aktual

Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik?

Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik?
“Neftçi” Bordindən asılıdı, “Qarabağ” problem görmür
Bu yay avrokuboklarda ölkəmizi təmsil edəcək klublar premyer-liqanın digər komandalarından fərqli təlim-məşq toplanışına daha erkən start verib. “4-lüy”ə daxil olan klublardan üçü - “Qarabağ”, “Neftçi” və “Səbail” artıq Bakını tərk edərək toplanış üçün müxtəlif ölkələrə üz tutublar. Yalnız “Qəbələ” hazırlığı vətəndə keçir ki, bu da başadüşüləndi. “Üçlük”dən fərqli ölkə kubokunun son qalibi qitəmiqayslı turnirə ikinci mərhələdən başlayacaq. Onu da xatırladaq ki, “köhlən atlar” toplanış üçün Avstriyaya, “ağ-qaralar” Türkiyəyə üz tutubsa, “dənizçilər” Bolqarıstanı özlərinə məskən seçiblər. Toplanış zamanı təmsilçilərimizin müxtəlif əcnəbi klublarla yoxlama görüşləri planlaşdırılıb. Məhz həmin qarşılaşmalarda məşqçilər koprusu rəhbərlik etdiyi komandanın beynəlxalq oyunlara nə dərəcədə hazır olduğunu üzə çıxaracaq. Mütəxəssislər oyunları texniki zonadan canlı izlədiklərindən özləri üçün müəyyən çıxarışlar edə bilirlər. Bəs həmin kollektivlərin azarkeşləri? Onların da haqqı çatır ki, könül verdikləri komandanın məsul sınaq ərəfəsində hansı durumda olduğunu bilsinlər. Bəs bunun üçün nə lazımdı? Əlbəttə, bu yerdə klub saytları yada düşür. Klubların mətbuat xidmətləri həmin yoxlama oyunlarından saytları vastəsilə canlı yayın təşkil edib azarkeşlərini sevindirə bilər. Elə idman mediasının nümayəndələri də həmin görüşləri izləməklə klublarımızın qitəmiqyaslı turnirlərə hazırlığını dəyərləndirmək imkanı qazanar.
Bəs klublar özləri bu işdə maraqlıdı, yayın təşkil olunacaq? Xatırladaq ki, dəfələrlə təmsilçilərimizin istər qış, istərsə də yay fasiləsində keçirdiyi yoxlama görüşlərindən belə yayınlar təşkil olunub. Qeyd etdiyimiz məsələ ilə bağlı avrokubok təmsilçilərimizin mətbuat katibləri ilə əlaqə saxladıq. Bu məqsədlə öncə “Qəbələ”nin sözçüsü Anar Hacıyevlə danışdıq: “Bu suala indidən dəqiq cavab verə bilməyəcəm. Çünki Türkiyəyə xüsusi texniki avadanlıq aparmaq fikrimiz yoxdu. Ancaq ola bilər ki, yayın təşkil edək. Hər şey yoxlama matçlarının keçiriləcəyi stadionun texniki imkanlarından asılıdı. Ordakı şəraitlə tanış olduqdan sonra sizə daha dolğun cavab verə bilərəm. Yayın təşkil etmək üçün bəzi variantlar var ki, onlardan da istifadə etmək mümkündü. Məsələn, ola bilər, rəqiblərimizdən hansısa yoxlama görüşünü öz saytı vasitəsi ilə yayınlayar və biz də qarşı tərəflə razılığa gəlib, onlardan görüntüləri götürə bilərik. Və ya özümüz sürətli internet olacağı halda bu işi görə bilərik. Bunu edə bilməsək belə, istənilən halda, Türkiyədə keçirəcəyimiz hər bir qarşılaşmanın qısa xülasəsini hazırlayıb saytımızda yerləşdirəcəyik”.
“Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyev isə yayın məsələsinin baş məşqçinin qərarından asılı olduğunu vurğuladı: “Komandamızın Türkiyədə keçirəcəyi yoxlama görüşlərini yayınlamaq üçün hər cür texniki imkanımız var. Ancaq bu məsələdə son qərar baş məşqçimiz Roberto Bordinə məxsusdu. O razılıq versə, bütün görüşləri saytımız vasitəsilə azarkeşlərin diqqətinə çatdıracağıq. Əks halda matçlarda yaşanan maraqlı epizodlardan hazırlanmış videoicmalı portalımızda görə biləcəksiz”.
“Səbail”in mətbuat katibi, hazırda komanda ilə birgə Bolqarıstanda olan Törə Əhmədova isə bunları dedi: “Ötən mövsüm komandamızın hazırlıq dönəmində keçirdiyi yoxlama görüşlərindən biri canlı yayınlanmışdı. Bildiyiniz kimi, onu da PFL həyata keçirmişdi. Qurumun əməkdaşları komandaların toplanış keçdiyi məkanlara ezam olunmuşdular. Bu il isə PFL-dən heç kim komanda ilə birgə ezam olunmayıb. Ona görə də bu sual hələ açıq qalıb. Əslində mən də istərdim ki, yoxlama görüşləri saytımız vasitəsilə canlı yayınlansın. Ancaq bunun üçün stadionların şəraiti ilə tanış olmalıyam. İlkin təəssürat bunun mümkün olmayacağından xəbər verir”.
Nurlan İbrahimov isə “Qarabağ”ın oyunlarından yayın təşkil etmək fikirlərinin olduğunu vurğuladı: “Həmişə olduğu kimi, çalışacağıq yoxlama görüşlərini canlı yayınlayaq. Xüsusi bir şey baş verməsə, tərəfdarlarımız həmin matçları saytımız vasitəsilə izləyəcəklər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar