21 in 16:18aktual

"Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var

"Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var
Rüstəm Allahverdiyev: “Özlərini haqlı sayırlarsa, istənilən yerə müraciət edə bilərlər”
Klublarımız təxminən 20 gündən sonra avrokubok mübarizəsinə start verəcək. Bu üzdən komandaların heyətlə bağlı çalışmaları davam etdirməsi normaldı. Beynəlxalq arenada uğur qazanmaq istəyən klub laızmınca güclənməlidi. "Neftçi" də Türkiyədə təlim-məşq toplanışını davam etdirir, artıq bir neçə transfer gerçəkləşdirilib. Ancaq komandanın hücumçusu düşərgədə deyil. Söhbət Mirabdulla Abbasovdan gedir. Məlum olduğu kimi, forvard "ağ-qaralar"dan ayrılmaq istəyir. Lakin nədənsə bu vida hələ də yubanır.
Əvvəlki saylarımızda məsələylə bağlı bəzi detalları diqqətinizə çatdırmışdıq. Odu ki, ortaya bəzi suallar çıxır. Futbolçu 100 min manat müqabilində sərbəst qala bilərsə, klubu buna necə mane olacaq? Yox, "Neftçi" onu satmaq istəmirsə və özünü bu məsələdə haqlı sayırsa, futbolçu niyə düşərgədə deyil? Suallara cavab almaq üçün dünən paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: "Mirabdullanın menecerinin hər açıqlamasına cavab vermək məcburiyyətimiz yoxdu. Özlərini haqlı sayırlarsa, istənilən yerə müraciət edə bilərlər. Müqavilənin şərtlərinə görə haqlı tərəf bizik. Buna görə də yalnız bizim dediklərimiz olacaq. Mirabdullanın düşərgədə olmamasına gəlincə, millidə olduqdan sonra icazə almışdı. Hazırda klubumuzla danışıq aparır. Yaxın günlərdə Abbasovla bağlı qərarımızı ictimaiyyətə açıqlayacağıq. Müqavilədəki maddə belədi ki, qarşılıqlı razılıq əsasında yay və qış "transfer pəncərəsi"ndə 100 min manat ödəməklə başqa kluba keçə bilər. Bu maddə isə bizə üstünlük verir. Ona görə də deyirik ki, Mirabdulla 100 min manata satılmır. Futbolçu getmək istəyirsə, bizim tələblərimiz var, qarşı tərəf də bilir, onları yerinə yetirib getsin. Mirabdulla və ya onu istəyən klub tələblərimizi yerinə yetirə biləcəksə, futbolçu gedəcək. Yox, bu baş verməsə, komanda ilə məşqlərə qoşulmalıdı. Məşqlərə qoşulmasa, klubun kodeksi var, ona uyğun addımlar atılacaq. O ki qaldı tələblərimizə, bunlar futbolçu ilə klub arasında olan məsələdi. Tam aydınlaşdandan sonra bu haqda açıqlama verəcəyik".
Yeri gəlmişkən, "Neftçi" ilə bağlı daha bir məsələ müzakirələrə səbəb olub. Məlum olduğu kimi, "ağ-qaralar"ın bu yay transfer etdiyi futbolçulardan biri Dario Federikodu. Hansı ki, bu futbolçu qışda komandanı daha çox pul verən Cənubi Koreya "Daequ"suna dəyişdi. Məsələ təkcə Darionun flaqmanı atıb getməsində, bunun çempionluq mübarizəsində "Neftçi"nin əleyhinə işləməsində deyil. Federiko Koreyaya getdikdən sonra "ağ-qaralar"la, eləcə də klubun idman direktoru Ceyhun Sultanovla bağlı heç də xoş sözlər deməmişdi. Belə fikirlər səsləndirən birini geri qaytarmaq nə ölkənin ən köklü klubu, nə də onun rəhbərliyi üçün müsbət qərar deyil. Heç "Neftçi"nin Dariodan asılı olduğunu da söyləmək mənasızdı. "Daequ"da yarım mövsümə 69 dəqiqə oynayan futbolçu, çətin ki, əvvəlki formasında olsun. Bəs görəsən, həmin açıqlamaların müəllifi olan Federikoya bu cür güzəştin səbəbi nədi? Allahverdiyevi dinləyək: "Bəli, Dario qışda sərfəli təklif aldı və getdi. Klubumuz da onun transferindən müəyyən məbləğ qazandı. Bu gün komandaya qoşulmalıdı. Mətbuat xidmətinin rəhbəri olaraq, ondan həmin açıqlamaları haqda soruşacam. Şəxsən özüm üçün də maraqlıdı. Hələ ki düşərgədə olmadığı üçün Ceyhun Sultanovla da söhbətləri olmayıb. Darionun "Daequ"da işləri yaxşı getmədiyi üçün gəlmək istədiyi klub "Neftçi" olub. Özü bizə meneceri vasitəsilə müraciət etdi. "Neftçi"yə gəlmək istədiyini bildirdi. Başqa təklifləri də var imiş. Lakin deyib ki, "Neftçi"dən başqa klubda oynamaq istəmirəm. Danışıldı, baş məşqçi də qayıtmasının tərəfdarı olduğunu bildirdi. Şərtlər müzakirə olundu, təkliflərimizi müsbət qarşıladı".
Sonda maraqlı bir məlumatı da diqqətinizə çatdıraq. "Neftçi"nin stajlı azarkeşlərindən olan Kənan Hənifəyev "Speranta" ilə oyuna sərfəli matç-tur təşkil edə biləcəyini "feysbuk"da bildirib. O həmçinin Moldova səfərində iştirak edənlərə mümkün Tula səfərinə də 20 faiz endirimli paketlə təmin edəcəyini də qeyd edib. Məlum olduğu kimi, Hənifəyev bu sahədə çalışır. Artıq 30-ya yaxın "Neftçi" azarkeşi Moldovaya getmək üçün müraciət edib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar