21 in 15:57aktual

“Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür

“Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür
“Səbail” isə “göz yaşlarına sahib çıxa bilmir”
2019/20 avrokubok mövsümü bizim üçün açıq elan olundu. İyunun 18-də və 19-da İsveçrənin Nyon şəhərində atılan püşkdən sonra təmsilçilərimizin qarşılaşacağı rəqiblərin adına aydınlıq gəldi. “Qarabağ”, “Neftçi” və “Səbail”in üzləşəcəyi komandaların adları dəqiq bilinirsə, Avroliqa mübarizəsinə ikinci mərhələdən başlayacaq “Qəbələ” birinci mərhələnin matçlarını gözləmək məcburiyyətindədi.
İnsaf naminə, budəfəki püşkün üzümüzə güldüyünü deyə bilərik. Əsas ümid yerimiz “Qarabağ”la “Neftçi”di ki, bu iki komandanın sınağa çəkəcəyi rəqiblər “əjdaha” sayılmır. Ümumi dəyərləndirməyə gəlincə...
Qarabağ
Püşkdən öncə səbətdə 5 potensial rəqib var idi ki, “Valletta”, “Sutyeska”, “Partizani”, “Saburtalo” və “Sarayevo” arasında nisbətən çətin rəqib sonuncular hesab olunurdu. Ona görə də “Partizani”nin adını eşidən azərbaycanlıların sevinməsi normaldı. Düzdü, hər biri öz ölkəsinin çempionudu və bunu nəzərə alıb birini başqasından üstün saymaq doğru olmaz. Sadəcə, ölkədə futbolun və futbolçuların səviyyəsi baxımından Bosniya və Hersoqovina təmsilçisi bir addım öndə görünür.
“Qarabağ”ın ən böyük üstünlüyü avrokuboklardakı böyük təcrübədi. “Partizani” avrokuboklara 1962-ci ildən qatılmasına baxmayaraq, ən yaxşı halda Avroliqanın pley-offunda mübarizə aparıb. Bu, 2016/17 mövsümünə təsadüf edib.
Çempionluq sevincini 26 ildən sonra yenidən yaşayan tiranalıların heyətində bir neçə legioner olsa da, əsas “silahları” albanlardı. Onlar da zəngin təcrübəyə sahib deyil. Əvəzində “Qarabağ”da avrokuboklardakı oyun sayı 50-dən çox olan xeyli futbolçu var. Daha bir maraqlı fakt isə baş məşqçi postunda dəyişikliyin olmasıdı. Çempion olan Şkender Geqanı Franko Lerda əvəzləyib ki, italyanın komandanı yaxından tanıması və istədiklərini həyata keçirməsi müəyyən vaxt tələb edəcək. Bir sözlə, futbolsevərlərin “Qarabağ”ı növbəti mərhələdə görməsi anlaşılandı.
Neftçi
1991-ci ildə yaranmasına baxmayaraq, bu, “Sperantsa”nın avrokuboklarda debüt mövsümü kimi yadda qalacaq. Payızda başa çatan mövsümü Nisporeni təmsilçisi 8 komanda arasında 4-cü pillədə başa vursa da, “Şerif”in “qızıl dubl”u sayəsində avrokuboklara vəsiqəni təmin etmişdi. Moldovalılar, demək olar, bütün komponentlərdə Azərbaycanın ən köklü və titullu klubundan geri qalır. İstər büdcə, istər təcrübə, istər futbolçuların ad-sanı, istərsə də azarkeş dəstəyi baxımından. Təkcə Stiven Jozef-Monrozla Baqali Dabonun “Neftçi”dəki illik məvacibi az qala “Sperantsa”dakı bütün futbolçuların qazancına bərabərdi.
Heyət qorunub-saxlanılsa da, komandanın indiki durumunun ürəkaçan olmadığını deyə bilərik. Hazırda davam edən Moldova çempionatında artıq 13 tur geridə qalıb ki, “Neftçi”nin rəqibi 19 xalla 5-ci pillədə qərarlaşıb. Əvəzində “ağ-qaralar”ın heyəti yetərincə güclənib. Yay fasiləsində heyətə qatılan Voislav Stankoviç, Stiven Jozef-Monroz, Rauf Əliyev və Dario Federiko kimi futbolçularla əsas məqsəd Avroliqanın qrupuna qədər irəliləməkdi, nəinki birinci mərhələni adlamaq.
“Sperantsa”nın özü kimi, baş məşqçisi də avrokuboklarda debüt edəcək. Klub prezidentinin oğlu olan Kristian Efrosun cəmi 27 yaşı var ki, Roberto Bordin onun atası yaşdadı. Heç şübhəsiz, baş məşqçilərin taktiki savaşında da italyanın bir addım öndə olduğu görünür.
Moldavanların xeyrinə işləyən yeganə amil bu ölkədə çempionatın “yaz-payız” sistemi ilə keçirilməsi, yəni hələ də davam etməsidi. Futbolçular oyun təcrübəsi baxımından əziyyət çəkmir. “Neftçi”lilər isə istirahətdən yeni qayıdıb və bu qarşılaşmalara qədər yalnız yoldaşlıq görüşləri ilə kifayətlənəcəklər. Bakılılar “Sperantsa” səddini keçə bilməsələr, bu, “Neftçi” tarixi üçün ən rüsvayçı uğursuzluq olacaq. Belədə klub rəhbərindən tutmuş süpürgəçiyə qədər hər kəs istefa ərizəsini yazıb, işdən getməlidi.
Səbail
Sözün əsl mənasında adamın bu komandaya yazığı gəlir. Mövsümboyu çalışıb sonda “bürünc” medal qazanasan, yaya hazırlıq görəsən, sonda qarşına belə rəqib çıxa. Halbuki potensial rəqiblər arasında daha uyğunları – Moldova “Petrokub”u, Estoniya “Narva Trans”ı, Albaniya “Laçi”si də vardı. “Kor püşk” Bayıl təmsilçisinə birmənalı şəkildə ən arzuolunmaz rəqibi qismət etdi.
Klubun maddi durumunun yetərincə yaxşı olması heyətin qurulmasına təsirsiz ötüşməyib. Odu ki, “Universitatya”nın heyətində İtaliya, Portuqaliya, Xorvatiya, Bosniya və Hersoqovina, İsveçrə kimi ölkələrdən kifayət qədər legioner top qovur. Üstəlik, Rumıniyanın istedadlı futbolçuları.
“Səbail”, həmçinin Aftandil Hacıyev baş məşqçi kimi avrokuboklarda debüt edəcəksə, krayovalılar bu yarışda zəngin təcrübəyə sahibdi. Oyun sayı bir tərəfə, rəqibin beynəlxalq qarşılaşmalardakı qələbə sayının 27-yə bərabər olmasını xatırladaq.
Deyilənə görə, mövsüm başa çatandan sonra Rumıniya təmsilçisində ciddi dəyişikliklər baş verib və verməkdədi. Baş məşqçi yeni gəlib, bəzi futbolçular yola salınıb, bir neçəsi də yolüstədi. Belə dəyişikliyin fayda verəcəyini gözləmək absurd olar. Lakin durumun necəliyindən asılı olmayaraq, cütün favoriti rumınlar sayılır. “Səbail”in mərhələ adlaması sözün hər mənasında ciddi uğur kimi qəbul olunacaq. Təbii ki, bacarsalar.
Qəbələ
Aparıcı futbolçularını itirən və əsasən avrokubok təcrübəsi az olanların və heç olmayanların ümidinə qalan bölgə təmsilçisinin ilk cəhddəcə darmadağın olacağını düşünsək də, püşkün nəticəsi xeyli ümidləndirdi. Yaxın keçmişdə iki dəfə Avroliqanın qrup həyəcanını yaşayan “qırmızı-qaralar” kubokun sahibi kimi mübarizəyə ikinci mərhələdən qoşulacağından, ilkin təsnifat mərhələsindəki “Dinamo” (Tiflis, Gürcüstan) – “La Fiorita” (San Marino)/“Enqordani” (Andorra) cütünün qalibini gözləməlidi. Möcüzə baş verməsə, gürcülərin uğur qazanacağı inandırıcı görünür. Bu isə “Qəbələ” üçün yetərincə normal rəqibdi. Düzdü, heyətlərində İspaniya, Argentina, Rusiya və Ukrayna kimi ölkələrdən legionerlər var. Üstəlik, başa çatan mövsümdə çempionluq uğrunda mübarizə apararaq, sonda yalnız “Saburtalo”dan geri qalıblar. Lakin istənilən halda “Dinamo” “Qəbələ” üçün “əjdaha” rəqib sayılmamalıdı. Bir qədər istəkli olmaqla mərhələni adlamaq mümkündü.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar