Qazaxıstan premyer-liqasında 14-cü turun oyunları keçirilib. Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Aktobe" ilə qarşılaşıb. Kostanay təmsilçisi minimal hesabla (1:0) qalib gəlib. Bu oyunda da “Tobol”un “çərçivə”sini Balayev qoruyub. Qeyd edək ki, 14 oyundan sonra Emilin komandası 32 xalla ikinci yerdədi.
Latviya çempionatında isə 17-ci turun qarşılaşmaları baş tutub. Azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geydiyi “Dauqavpils” səfərdə “Spartak”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar 3 cavabsız qolla məğlub olub. Futbolçularımızdan Turalla Vüqar da bu matçın iştirakçısı olub. Onlar hər ikisi start heyətində meydana çıxıb və sonadək mübarizə aparıblar. Bayramlı 90-cı dəqiqədə sarı vərəqə də alıb. Elvinin adı, ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Dauqavpils” hazırda 19 xalla altıncıdı. Vüqar isə cari mövsümdə vurduğu 7 qolla çempionatın ən yaxşı üç bombardirindən biridi.