17 in 23:06aktual

Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir

Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir
“Azərsun”dan edilən şikayətdən sonra baş redaktoru kənarlaşdırıblar
Macarıstanla Slovakiyaya biabırçı şəkildə uduzan, ruhsuz, mübarizəsiz təslim olan milliyə yönələn tənqidlər başadüşüləndi. “Bakcell Arena”da “istefa” şüarlarından başlayan etiraz dalğası mətbuatda, sosial şəbəkələrdə də davam etdirilir. Hətta bəzi ictimai-siyasi saytlar da yığmaya hücuma keçiblər və …əndazəni aşıblar.
“Qarabağ”lılar milliyə xəyanət edib?
Konkret oxu.az və baku.ws portallarında məğlubiyyətin günahkarı kimi hədəf əsasən “Qarabağ”lılar göstərilib. Belə anlaşılır ki, Ağdam təmsilçisinin üzvləri millinin sabiq çalışdırıcısı Qurban Qurbanov amilinə görə seçmə oyunlarda can yandırmayıblar.
Oxu.az ardıcıl iki gün eyni mövzuda yazı dərc edib. “Biabırçı məğlubiyyətin əsas “qəhrəmanları” - “çox sağ olsunlar” sərlövhəli yazının məğzi belədi: “Sosial şəbəkələrdə istifadəçilər ən çox müdafiə xətti və dayaq yarımmüdafiənin zəif olmasından şikayətləniblər. Buraxılan beş qolu nəzərə alsaq, onların tam haqlı olduğunu deyə bilərik. Kapitan Rəşad Sadıqovun gedişindən sonra millinin müdafiə xətti Bədavi Hüseynova tapşırılıb. Lakin son oyunlar, əsasən də bugünkü qarşılaşma Hüseynovun bu vəzifə ilə bacarmadığını göstərir. Bədavi rəqib komandanın futbolçularından çəkinir, təkbətək mübarizələrdə onlara uduzur. Slovaklar Azərbaycan millisinin yarımmüdafiə və müdafiə xəttini gəzə-gəzə, bəzi məqamlarda isə əzə-əzə keçirdilər. Bədavi Hüseynov isə nə özü onların qarşısını kəsə bilirdi, nə də komanda yoldaşlarını düzgün istiqamətləndirirdi. Azərbaycan komandasının müdafiə xəttində sanki xaos hökm sürürdü, futbolçular bir-biri ilə anlaşa bilmirdilər.
Məğlubiyyətimizdə “Qarabağ”ın və millinin dayaq yarımmüdafiəçisi Qara Qarayevin də payı böyükdü. İlk dəqiqələrdən inamsız təsir bağışlayan Qara Qarayev özünü sanki Antalyada istirahətdəki kimi hiss edirdi. Ayağına top düşən kimi geriyə qapıçıya ötürürdü, belə desək, topu başından edirdi.
Qarayev kimi futbolçuların millidə niyə oynadığını anlamaq belə çətindi. Məsələn, Slovakiyanın yarımmüdafiəçisi Stanislav Lobotka millimizin qapısına ilk qolu vuranda Qaranın yanından “Mersedes” “Jiquli”nin yanından keçərmiş kimi ötdü. Qarayev isə dayanaraq sanki azarkeş kimi qapımıza vurulan qola tamaşa etdi.
Rahil Məmmədovun bununla bağlı bəxti gətirib desək, yanılmarıq. Üç gün əvvəl, elə bu “Bakcerll Arena”da Macarıstana 1:3 hesabı uduzan millinin oyununu xatırlasaq, ilk növbədə Məmmədov və onun kobud səhvləri və inamsız oyunu yada düşür.
Bu arada sual yaranır ki, Azərbaycan üçün meydanda can qoymayan, oyunlara həvəssiz çıxan Hüseynov, Qarayev, Məmmədov kimi futbolçular niyə millidə oynamalıdılar?”
Oxu.az saytındakı ikinci yazıda da yalnız “Qarabağ”lı futbolçular hədəf göstərilir: “Görünən kəndin bələdçiyə ehtiyac yoxdu. Dəyişən bəzi futbolçularımızın milli formanın üzərindəki Azərbaycan bayrağının məsuliyyətini dərk etməməsidi.
Hücumçumuz, vaxtilə elə həmin Slovakiyada legioner həyatı yaşamış Ramil Şeydayev istisna olmaqla, dünən meydanda futbol oynayan vardı?
Bəlkə elə məsələ burda gizlənir?! Biz nə vaxta kimi Qara Qarayevi, Maksim Medvedevi, Bədavi Hüseynovu “Qarabağ”da görəcəyik? Niyə bu futbolçular legioner karyerası qurmaq istəmir? İnanın mənə, menecerlərinə desələr, Türkiyə və Rusiyanın ortabab klublarında çıxış edərlər. Amma etmirlər, çünki qorxurlar.
Niyə Riçard Almeyda bir az çətinə düşən kimi Qazaxıstanda tab gətirməyib üzüqoylu, suyu tökülə-tökülə yenidən Bakıya, “Qarabağ”a qayıtdı? Niyə dağıstanlı olan Bədavi Hüseynovun peşəkar karyerası ancaq Azərbaycanla bağlıdı? Niyə Rusiyada ən azı Mahaçqala “Anji”si ona qucaq açmır? Bax, səbəblər budu.
Amma deyək ki, qorxurlar, Azərbaycanda hər il yüksək maaş alan bu futbolçular öz isti evlərindən bir qədər aralıda yerləşən iş yerlərini dəyişməkdən çəkinirlər. Bəs bu futbolçuların milli ruhları harada qaldı?”
Daha bir qeyri-idman saytı - “baku.ws” da əsas günahkar kimi “Qarabağ”ın təmsilçilərini göstərib və niyyətini açıq şəkildə ortaya qoyub: “Millətlər Liqası başlamadan öncə rəqiblərinə yuxarıdan aşağı baxaraq özünü aşkar favorit görən, sonda isə biabırçılıqla üzləşən milli komandamızdan Slovakiya qarşısında da nəsə gözləmək sadəlövhlük olardı. Amma görmək istədiyimiz də bu deyildi. Ən azı mübarizə görmək istəyirdik. Özünə kişi deyib ortada gəzən futbolçulardan belə namərdlik gözləmirdik. Düzdü, komanda məğlub da olar, qalib də gələr, amma ruhla mübarizə aparar, qazandığı pulun haqqını verər. Azarkeşlər də hər zaman komandasını dəstəkləyər. Lakin dünənki oyundakı komandanı necə dəstəkləyəsən? Geyindiyi formasının üstündəki bayrağa hörmət etməyənə biz niyə hörmət etməliyik? Komandamız sözün əsl mənasında morqa oxşayırdı. Top dalınca qaçmağa əziyyət çəkən 11 ruhsuz bədən cansız meyit təsiri bağışlayırdı.
Hə, bir də məsələnin bu tərəfi var ki, millimizin əsas özəyini “Qarabağ”ın futbolçuları təşkil edir. Bu klubun ehtiyat oyunçularla birlikdə 8 oyunçusu milli komandaya çağırılmışdı və bir çoxu da forma geyindi. Hamı indi “Qarabağ”ın futbolçularını ona görə daha çox tənqid edir ki, o futbolçulardan gözləntilər daha böyükdü. Belə bir söz var ki, uman yerdən küsərlər. Millinin heyətinə çağırılmış Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev, Riçard Almeyda, Mahir Əmrəli “Qarabağ”ı Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsinə çıxarmış futbolçulardı. Necə olur ki, klub səviyyəsində can-başla oynayan bu futbolçular milli komandada bərbad çıxış edirlər?! Məşqçi amilinə görədi? Belədisə, Qurban Qurbanov milliyə rəhbərlik edərkən niyə uğur qazana bilmədilər? Yoxsa “Qarabağ”ın ÇL-dəki rəqibləri millimizin AÇ-2020-dəki rəqiblərindən daha zəif idi? Məncə, istənilən səbəb, sadəcə, bəhanədi. Görünən budu ki, komandamızın futbolçularında milli ruh əskikliyi var. Oyunun 1-ci dəqiqəsindən etibarən sanki “bircə oyun tez bitsəydi” düşüncəsi var”.
Yanlış yanaşma, yoxsa...?
Əcəba, məsələyə bu prizmadan yanaşma niyə idman saytlarının ağlına gəlmədi? Hər halda, hətta AFFA-ya yaxın saytlarda belə “Qarabağ”ın futbolçularının qəsdən zəif oynaması ehtimalına toxunan olmadı.
Doğrudanmı adı çəkilən saytların idman bölməsindən yazan həmkarlarımız bilmir ki, “Qarabağ”ın ÇL-dəki, AL-dəki uğurlarında əsas pay sahibləri qaralar, bədavilər yox, Dino Ndlovu, Miçel, Dani Kintana və başqa əcnəbilər olub? Yaxud Qurban Qurbanov amilinə görə “qəsdən zəif oynayan” futbolçular niyə Millətlər Liqasında həmin baş məşqçiyə uğur qazandırmadılar? Belədisə, niyə hədəf əsasən “Qarabağ”ın futbolçuları seçilib? Qapıçı Səlahət Ağayevin, müdafiəçi Anton Krivotsyukun, Şəhriyar Rəhimovun və başqalarının səhvi yox idi?
Yersiz ittiham oxu.az-da rəhbər dəyişikliyinə səbəb oldu
Daha çox qərəzə oxşayan bu yazıların SOCAR-a yaxınlığı ilə tanınan və ən oxunaqlı xəbər portallarında yer alması maraqlı faktdı. Yeri gəlmişkən, haqqında bəhs etdiyimiz yazılardan sonra oxu.az saytının rəhbərliyindəki dəyişiklik diqqəti çəkir. Saytın əvvəlki baş redaktoru Elvin Şirinov vəzifəsindən kənarlaşdırılıb. Tanınmış jurnalist Nigar Etibar (Əsədova) “Global Media Group”a daxil olan sayta baş redaktor vəzifəsinə təyin edilib. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, “Azərsun”dan edilən şikayətdən sonra baş redaktoru kənarlaşdırıblar.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar