15 in 01:05aktual

Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər

Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər
Vaqif Sadıqov: “İlk dəfə evdə belə ruhsuz bir komanda gördük”
Şahin Diniyev: “İlləri boşa vermişik, sistem yarada bilməmişik”

Millinin Macarıstana və Slovakiyaya məğlubiyyətləri ölkə futbolunun gündəmini silkələdi. Azarkeşlərin “Bakcell Arena”da birağızdan “istefa” şüarı səsləndirməsi vəziyyətin ciddiliyini ortaya qoydu, “yuxarılar” da dərhal reaksiya göstərdilər. Təsadüfi deyil ki, Slovakiya ilə oyundan dərhal sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirdi, yığmanın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdilər.
Üç turda 3 yenilgi alan, artıq hər kəsə “8 oyun, 8 məğlubiyyət” əndişəsi yaşatmağa başlayan millinin çıxışına futbol mütəxəssislərinin münasibətini öyrənməyə çalışdıq. AFFA İcraiyyə Komitəsinin üzvü, o cümlədən Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqov kifayət qədər açıq danışdı, son görüşün detallarını açıqladı: “Acınacaqlı məğlubiyyətlərdi. Bu yenilgilər bizi məcbur etdi ki, İcraiyyə Komitəsi təcili bir araya gəlsin. Azərbaycan futbolu, azarkeşi belə məğlubiyyətlərə layiq deyil. Ona görə qərara gəldik ki, baş məşqçi Nikola Yurçeviçi dəvət edib hesabat istəyək. Ona öz iradlarımızı bildirdik və hesabat tələb etdik. Geniş müzakirəyə ehtiyac olduğunu bildirdik. Hazırda əlavə nəsə deməyə sözüm yoxdu. Hesab edirəm ki, çox danışmağa ehtiyac da yoxdu. Reallıq odu ki, pis oynayırıq. Əvvəl heç olmasa, tablodakı hesab bizi razı salmasa da, oyun planında təsəlli tapa bilirdik və ya əksinə. Ancaq dünən nə meydandakı oyun, nə də tablodakı hesab bizi qane etdi. İlk dəfə idi evdə belə ruhsuz bir komanda gördük. Səviyyə və keyfiyyət baxımından hansısa rəqibdən geri qala bilərik, ancaq həmişə xarakter göstərmişik, sona qədər mübarizə aparmışıq. Bizi ən çox bu məsələ narahat edirdi və bu iradlarımızı baş məşqçiyə çatdırdıq. Yurçeviçin gecə vaxtı bizə ətraflı hesabat verəcəyini gözləmirdik. O gərək soyuq başla bunu etsin. Bütün günahı onun üstünə yıxmaq da doğru olmazdı. Sadəcə, o da bilməlidi ki, belə zəif oyunlara görə hesabat tələb olunur. Hesab edirəm ki, geniş müzakirəyə ehtiyac var. Həm də İcraiyyə Komitəsinin növbəti iclası nə qədər tez olsa, o qədər yaxşıdı. Yurçeviçin dəlillərini bilmək də maraqlıdı. Onu ətraflı dinləməliyik. Son vaxtlar komandanın yanında olan, içəridə başverənləri bilən odu. Görünən odu ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin dediyim kimi, hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidi. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq”.
Məşqçilər Komitəsinin üzvü, millinin sabiq çalışdırıcılarından olan Şahin Diniyev əvvəldən də möcüzəyə ümid etmədiyini deyir. Təcrübəli mütəxəssis illəri boşa verdiyimizi düşünür: “Açığı, hamı kimi mən də çox üzgünəm. Milli hər iki oyunu pis keçirdi. Macarıstana məğlubiyyətin səbəbləri kimi standart vəziyyətləri qabartdıq, ancaq yada salsaq, görərik ki, oyun epizodundan da qollar buraxdıq, yetərincə səhvlər gördük. Bununla belə, yenə də ümidliydik, Slovakiyadan xal ala biləcəyimizə inanırdıq. Çünki millimiz qeyri-standart komandadı. Demək istəyirəm ki, bəzən bir oyunda pis oynayıb digərində nəticə qazandığımız vaxtlar olub. Tez-tez olmasa da, təəccübləndirməyi bacarmışıq. Reallığı bilən mütəxəssis kimi olmasa da, vətəndaş kimi uğur gözləyirdik. Deyirdik, bəlkə təsadüfi nəsə baş verər, qələbə qazanarıq. Əfsuslar ki, o da olmadı. Yurçeviçi “qurbanlıq qoyun” etməyin tərəfdarı deyiləm. Neçə illərdi bunu deyirəm, baş məşqçinin kimliyindən asılı olmayaraq, “Real”, “Barselona” kimi komandalar heç vaxt iddiasız olmur. Baş məşqçi güclü olanda çempion olur, zəif olanda 3-cü yeri tutur. Bir məşqçi komandanı pisə və ya yaxşıya 10-15 faiz dəyişə bilər. Qalanı o komandanın özündən, potensialından asılıdı. Potensialımız budusa, Yurçeviç ciddi heç nə edə bilməz. Qoy futbolçularımız məndən inciməsin, olanı deyirəm. Problemə ümumi yanaşanda isə köklər dərindədi. Problem uşaq futbolunda, klubların sistemsiz yanaşmasındadı. Milli piramidanın zirvəsidi, oranı hamı yaxşı görür və o dəqiqə başlayırlar qılınclamağa. Ancaq millidəki problemlər “domino” effektinin nəticəsində üzə çıxır. Yəni o daşlar bir-biri ilə əlaqəlidi, birinə toxunan kimi hamısı aşır. İlləri boşa vermişik, sistem yarada bilməmişik. Uşaq futbolumuz düzdü, klub futbolumuz, çempionatımız qaydasındadı? Ramil Şeydayevi çıxmaq şərtilə, son illər adını fəxrlə çəkə biləcəyimiz hansı futbolçunu milli üçün yetişdirmişik? Həmin Şeydayev ki, Rusiya məktəbində yetişib, püxtələşib, Rusiya çempionatında 16-cı yeri tutan komandada çıxış edir. Şimal qonşularımız isə Avropanın “top-5”nə daxil deyil. Hansı futbolçumuz xaricdə çıxış edir? Düzdü, millidəki legionerlərin sayı az deyil, amma mən Almaniyanın regional liqasında, həvəskar statusu daşıyan, bilmirəm neçənci bundesliqada çıxış edən futbolçudan danışmıram. Nə vaxt ki futbolçularımız ortabab Avropa komandalarında çıxış etməyə başlayacaq, onda millidən uğur görməyə başlayacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar