15 in 00:52aktual

İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi

İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi
AFFA azarkeşlərin taleyindən xəbərsizdi
Srağagün keçirilən Azərbaycan - Slovakiya oyununda (1:5) azarkeşlərin "istefa" şüarları səsləndirdiyini bilirsiz. Buna görə hətta bir neçə fanat tribunadan uzaqlaşdırıldı. Onlardan bəzilərinin bölməyə aparıldığı, ancaq saat 23.00-a qədər hamının sərbəst buraxıldığı deyilir. Bundan başqa da "Bakcell Arena"da bəzi diqqətçəkən məqamlar yaşandı. Söhbət biletlərin hamısının satılmasına rəğmən, stadionda təxminən 2 min yerin boş qalmasından, qonaq azarkeşlərin mərkəzi sektorda məskunlaşmasından, oyundan sonra AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsindən gedir. Bütün bunlarla bağlı federasiyadan münasibət öyrənməyi lazım bildik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq.
Firuz bəydən öncə "istefa" şüarına görə tribunadan uzaqlaşdırılan azarkeşlərlə bağlı sualımıza cavab aldıq: "Azarkeşlərin "istefa" qışqırdığını hamı kimi biz də eşitdik. Ancaq polisin müdaxiləsi-filan artıq bizdən asılı olan məsələ deyil. Hüquq-mühafizə orqanlarının işini biz tənzimləmirik. Onunla bağlı bizimlə heç bir müzakirə olmayıb. Belə tədbirlərdən öncə hüquq-mühafizə orqanlarının təhlükəsizliklə bağlı öz planı olur. Gəlib vəzifələrini icra edirlər. Biz polisə necə deyə bilərik ki, kimisə tutun aparın? Asayiş keşikçilərinə göstəriş verə bilmərik axı".
İlk oyunda macar azarkeşlər künc bayrağı istiqamətində və ikinci mərtəbədə olan sektorda yer almışdılar. Ümumiyyətlə, "Bakcell Arena"da qonaq fanatları həmişə dediyimiz tribunada görməyə adət etmişik. Slovaklar isə mərkəzi sektorda idilər. Səbəbini AFFA-nın sözçüsü belə izah etdi: "Əsasnaməyə görə rəqib komandanın azarkeşlərinə stadionda müəyyən faiz yer ayrılmalıdı. Üstəlik, Əsasnamədə o da qeyd olunub ki, rəqib fanatların istəyi olarsa və bilet varsa, 1-ci kateqoriyaya da bilet almağa ixtiyarları var. Slovaklara da macarlarla oyunda olduğu kimi dediyiniz sektorda - ikinci mərtəbədə yer ayrılmışdı. Mərkəzdə gördüyünüz azarkeşlər isə Əsasnamənin imkan verdiyi yerdən bilet almışdılar. Öz pulları ilə biletlərinu alıb gəlmişdilər. Yəni qonaq azarkeşlər də 1-ci kateqoriyadan bilet ala bilərlər. Sayı da stadionun tutumundan asılıdı. Səhv etmirəmsə, "Bakcell Arena"da bu rəqəm 200 nəfərdi. Dəqiq saylarını deyə bilmərəm, amma slovaklar da təxminən elə o qədər idilər".
Biletlərin hamısının satılmasına baxmayaraq, stadionun dolmaması haqda da Firuz bəyin fikirlərini öyrəndik: "Bilet satışı o demək deyil ki, alanlar hamısı gələcək. Adicə hansısa tədbir keçirirsən, 300 nəfər çağırırsan, 250-si gəlir. O tutuma dəvətnamələr də daxildi. Tutaq ki, hansısa tərəfdaş şirkətə 100 dəvətnamə verirsən, 50 nəfər gəlir. Belə şeylər olur".
Slovakiya ilə oyundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin (İK) təcili toplantısı keçirilib. Baş məşqçi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Xorvat mütəxəssis hər iki qarşılaşma ilə bağlı İK-ya qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İK-nın ümumi rəyi belə olub ki, milliyə dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidilər. Firuz bəydən toplantıda nələrin müzakirə edildiyini də soruşduq: "Evdə qeydə alınan və biri böyük hesabla bitən məğlubiyyətlər müzakirə edildi. Bu oyunlar ətrafında fikir mübadiləsi aparıldı. Yurçeviç qısa hesabat verdi. Mətbuat konfransında hansı fikirləri səsləndirmişdisə, demək olar, eyni şeyləri orda da dedi. Sonra da qeyd etdi ki, oyun yeni bitdiyinə görə geniş hesabat təqdim etmək üçün vaxtım olmayıb. Onsuz da həmişə baş məşqçilər oyunlardan sonra İcraiyyə Komitəsinə hesabat verirlər. Yaxın günlərdə Yurçeviç hər iki matçla bağlı geniş hesabat da təqdim edəcək".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar